Modern.az

“Sovetski”dəki yanğında ölənin kimliyi bilindi” – YENİLƏNİB

“Sovetski”dəki yanğında ölənin kimliyi bilindi” – YENİLƏNİB

27 Yanvar 2017, 20:42

Bu gün Bakının "Sovetski" kimi tanınan ərazisində üçmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı rəsmi məlumat verilib. Modern.az saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzovun sözlərinə görə, yanğın haqda məlumat bu gün saat 17.01 radələrində daxil olub: “Dərhal ərazi üzrə hadisə yerinə Yasamal Dövlət Yanğından Mühafizə hissəsinin yanğın bölmələri cəlb olunub. Yanğınsöndürənlər hadisə yerinə 17.10-da çatıb. Yanğının mürəkkəbliyi nəzərə alınaraq 2 saylı çağırış elan olunub. Dərhal Bakı qarnizonunun qüvvə və vasitələri hadisə yerinə cəlb edilib. Yanğının söndürülməsinə 13 yanğın avtomobili, 90 nəfərə yaxın şəxsi heyət cəlb olunub. Yanğın ümumi həyət tipli bir tərəfi 2 mərtəbəli, digər tərəfi 3 mərtəbəli taxta konstruksiyalardan ibarət olan mənzillərdə baş verib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər sakin xilas olunub, uçqun altında qalan 1 nəfər qadın meyiti aşkarlanıb. Dünyasını dəyişən 1969-cu il təvəllüdlü Liya Mixailovna Xazitovadır”.

Ə.Novruzovun sözlərinə görə, xilas olunanlardan 2-si qadın, 2-si isə kişidir: "Xilas olunanlardan 2 nəfəri ağır yataq xəstələridir. Bir nəfər qadın əl nahiyəsindən aldığı yanıq xəsarətlərindən Respublika Yanıq Mərkəzinə aparılıb, ona ilkin yardım göstərilib. Yanğının baş verməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır. Təhqiqat işlərinin nəticəsindən asılı olaraq yanğının başvermə səbəbləri müəyyən olunacaq. Pilləkən qəfəsləri taxta konstruksiyadan olduğundan yanğının ilk olaraq qısa müddətdə mənzillərə yayılma təhlükəsi sürətli olub, nəticədə insanlar alovun mühasirəsində qalıblar. Yanğınsöndürənlərin səyi nəticəsində insanlar xilas olunub. Yanğının söndürülməsi 35-40 dəqiqə çəkib. Hazırda konstruksiyaların sökülmə işləri davam edir".

 

Qeyd edək ki, yanğın hadisə zamanı dünyasını dəyişən 1969-cu il təvəllüdlü Liya Mixailovna Xazitovanın mənzilində baş verib.

 

xxx

 

Bakının "Sovetski" adlanan ərazisində, Murtuza Muxtarov və Həzi Aslanov küçələrinin kəsişməsində yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Modern.az-ın məlumatına görə, ətraf yollar bağlanıb.

 

xxx

 

Bakının "Sovetski" adlanan ərazisindəki yaşayış binasında güclü yanğın baş verib.

Modern.az-ın məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər tüstüdən zəhərlənib.

Yanğının söndürülməsi işləri davam etdirilir.

 

xxx

 

Paytaxtın "Sovetski" adlanan ərazisində güclü yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun Modern.az-a verdiyi məlumata görə, hadisə Şahmat məktəbinin yaxınlığında qeydə alınıb.

3 mərtəbəli yaşayış binasında başlayan yanğının miqyası hazırda böyüyüb. Hadisə yerinə 10 yanğınsöndürən maşını və çox sayda canlı qüvvə cəlb olunub.

Məlumata görə, yanğının güclənməsində səbəb həmin binanın taxta konstruksiyadan ibarət olmasıdır.

 

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər