Modern.az

“Qeyri-neft sektorunda Yaponiya şirkətlərinin iştirakı gözlənilir” - Səfir

“Qeyri-neft sektorunda Yaponiya şirkətlərinin iştirakı gözlənilir” - Səfir

27 Yanvar 2017, 20:16

“Azərbaycanın qeyri-neft sektorunun inkişafında Yaponiya şirkətlərinin iştirakı gözlənilir”. Modern.az saytı xəbər verir ki, bunu APA-ya Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi bildirib.

"Azəri-Çıraq-Günəşli” yatağında, həmçinin Bakı-Tiflis-Ceyhan layihəsində Yaponiyanın payı var. Bu il məqsədimiz bu sahədə çalışan 2 yapon şirkətinin gördükləri işləri daha da inkişaf etdirməkdir”, deyə səfir bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan qeyri-neft sektorun inkişafına meyil edir, iqtisadiyyatın diversifikasiyasına üstünlük verir: “Buna görə də yeni sahələrdə Yaponiyanın şirkətlərinin bu istiqamətdə iştirakı gözlənilir."

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?