Arxiv
28 Fevral 2017, 00:23 | AKTUAL
Bu gün od çərşənbəsidir

Bu gün xalq təqvimi ilə Boz ayın ikincisi çərşənbəsi – Od çərşənbəsidir. Modern.az-ın məlumatına görə, Od çərşənbəsi xalq arasında həm də “Üsgü çərşənbə”, “Adlı çərşənbə” kimi də adlandırılır. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Od çərşənbəsi yeni həyatın, baharın, istiliyin gəlişini simvolizə edir. Ənənəyə görə, Od çərşənbəsindən sonra bahara doğru daha da yaxınlaşmış oluruq, Günəş yavaş-yavaş torpağı qızdırır, isindirir. 

Bu çərşənbədə odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd edirlər. Odla bağlı olan bir çox xalq deyimləri - inanclar, atalar sözləri, andlar, alqışlar bu günə kimi qalmaqdadır. Məsələn: od inamdandır; odla oynayan odsuz qalar; odu söyən qara günə qalar; ocaq dağıdanın ocağı dağılar; ocaq yanında səslənirsə, demək, kimsə sözünü danışır; od haqqı!; ocağın qaralmasın!; od-ocağa həsrət qalasan! 

Bu çərşənbə axşamında hər bir ailə çalışır ki, imkanı dərəcəsində evində istilik verən yeməklər bişirilsin, süfrə açılsın, xonça bəzənsin, şamlar yandırılsın. Şam istiliyin, odun, işığın qorunub saxlanması, səadətin rəmzidir. Ona görə də hər kəs od çərşənbəsini şad, şən və bolluq içində keçirməyə can atır.   

Bu çərşənbə özünün adət-ənənələri, ritualları ilə zəngindir. İstiliyin qorunması, istiliyin yenidən qayıdıb torpağa hopması, torpaqda istiliyin başlanması və nəhayət, əmək mövsümünün başlanması üçün torpağa məhsul əkininə hazırlıq ənənələri Od çərşənbəsində əksini tapır. 

Bu çərşənbədə daha güclü tonqallar çatılmalı, daha güclü atəşfəşanlıq keçirilməlidir, tonqalın ətrafına toplaşan insanlar odun üzərindən atlanmaqla köhnə ildən qalan əzablarını, ağırlıqlarını sanki arxada qoyur və yeni ildə xoşbəxt, firavan həyat yaşayacaqlarına inanırlar.

Modern.az

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə ilə Rusiya arasında üçüncü qarşıdurma – bu dəfə Qarabağda 3 Avqust 2020, 15:44 Ermənilər Müdafiə Nazirliyinin adına saxta "twitter" hesabı açıb - XƏBƏRDARLIQ 3 Avqust 2020, 15:23 Rusiyada virusa yoluxanların sayı 850 mini keçdi 3 Avqust 2020, 14:58 İtaliya Azərbaycana tibbi missiya göndərir 3 Avqust 2020, 14:40 “EduHack” hakatonu yekunlaşdı: Distanttəhsil problemlərinə qarşı 18 innovativ təqdimat 3 Avqust 2020, 14:25 Siyəzəndə karantini pozanlar cərimələnib 3 Avqust 2020, 14:19 İranda koronavirusa yoluxanların sayı kəskin artdı 3 Avqust 2020, 14:16 Karantin qaydalarını pozan daşıyıcılara XƏBƏRDARLIQ 3 Avqust 2020, 14:02 Rezidentura imtahanları ilə bağlı şərtlər AÇIQLANDI 3 Avqust 2020, 13:57 Gəncədə 38 yaşlı kişi meyiti tapılıb 3 Avqust 2020, 13:45 Sabiq Roma papası ağır xəstələnib 3 Avqust 2020, 13:34 Sabahın hava PROQNOZU - Külək, yağış, leysan... 3 Avqust 2020, 13:20 DİM abituriyentlərə MÜRACİƏT ETDİ 3 Avqust 2020, 13:01 Nobel mükafatçıları Əbdüs Salam və Aziz Sancardan müsəlman dünyasına ÇAĞIRIŞ 3 Avqust 2020, 12:49 DİN Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı 3 Avqust 2020, 12:18 Növbədənkənar sessiyanın ilk iclasının gündəliyi AÇIQLANDI 3 Avqust 2020, 12:09 Erməni təxribatı - Azərbaycan Konsulluğundan UFC prezidentinə etiraz  3 Avqust 2020, 12:05 Xızıda poçtun seyfini yaran şəxs tutulub 3 Avqust 2020, 11:40 Həftəsonu 3 nəfər yol qəzalarında ölüb 3 Avqust 2020, 11:27 Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulunun nəticələri açıqlanıb 3 Avqust 2020, 11:25 Bakıda sosial məsafə gözləməyənlər, maska taxmayanlar CƏRİMƏLƏNDİ 3 Avqust 2020, 11:18 Ramiz Mehdiyevə növbəti İTTİHAM - Sabiq baş konsul akademikə SÖZ ATDI 3 Avqust 2020, 11:03 Mənəviyyat işığında 3 Avqust 2020, 10:50 Azərbaycandakı faktiki hava şəraiti ilə bağlı AÇIQLAMA 3 Avqust 2020, 10:46 10 erməni 2 azərbaycanlıya hücum etdi, gücləri çatmadı, silaha əl atdılar - Kanadadakı qarşıdurmanın TƏFƏRRÜATI 3 Avqust 2020, 10:36 Silsilə oğurluq edən şəxslər saxlanılıb 3 Avqust 2020, 10:32 Azərbaycanda istixanalar, soyuducu anbarlarla bağlı YENİLİK 3 Avqust 2020, 10:28 Heydər Əliyev Fondu 100 min aztəminatlı ailəyə qurban payı çatdırıb 3 Avqust 2020, 10:09 Oğuzda kriminal aləmə yaxın qohumlar polisə atəş açıb - FOTOALAR 3 Avqust 2020, 10:06 Bakıda iki sərnişin avtobusu toqquşub, yaralanan var - FOTO - YENİLƏNİB 3 Avqust 2020, 09:55 Jurnalist ÖLDÜRÜLDÜ 3 Avqust 2020, 09:46 Ermənilər yenidən kəndlərimizi atəşə tutdular - Müdafiə Nazirliyi 3 Avqust 2020, 09:20 Bakıdan konsul göndərilən jurnalistlər - 7 diplomatdan 5-i… 3 Avqust 2020, 09:00 Nardaranda dənizdə boğulanın kimliyi bilindi 3 Avqust 2020, 08:57 İctimai nəqliyyatın hərəkəti bərpa olundu 3 Avqust 2020, 08:48