Modern.az

Fuad Muradov Türkiyə İzcilik Federasiyasının rəhbərliyini qəbul edib

Fuad Muradov Türkiyə İzcilik Federasiyasının rəhbərliyini qəbul edib

28 Fevral 2017, 11:26

Milli Məclisin Gənclər və İdman Komitəsində Türkiyə İzcilik Federasiyasının rəhbərliyi və üzvləri ilə görüş keçirilib. Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov ölkəmizdə səfərdə olan qonaqları salamlayaraq hər il olduğu kimi bu il də Xocalı Soyqırımının ildönümündəki yürüşdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

 

Komitə sədri Azərbaycanda gənclər və idman siyasəti, rəhbərlik etdiyi Komitənin fəaliyyəti barədə Türkiyəli qonaqlara məlumat verib. Qeyd edib ki, bu gün Azərbaycan gəncliyi bütün sahələrdə olduğu kimi idman istiqamətində də öz uğurlu fəaliyyəti ilə seçilir.

 

Türkiyə İzcilik Federasiyasının rəhbəri Hasan Subaşı görüşə görə təşəkkürünü bildirərək vurğulayıb ki, Azərbaycan və Türkiyə bütün sahələrdə yüksək əməkdaşlıq edirlər. Eyni zamanda rəhbərlik etdiyi Federasiya hər il Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün “Ana fəryadı” abidəsinə yürüş edir. Həmçinin Türkiydə də bu tədbirləri həyata keçirir. Müxtəlif İzci düşərgələrini Azərbaycan şəhidlərinə, Xocalı və Qarabağ həqiqətlərinə həsr edir.

 

Görüşdə Azərbaycanda İzcilərin fəaliyyəti və qarşılıqlı əməkdaşlıq istiqamətində bir sıra fikir mübadiləsi aparılıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır