Arxiv
11 Noyabr 2009, 12:59 | MƏDƏNİYYƏT
Mahnı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bəstəkarlar İttifaqının (ABİ) Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birgə Sumqayıtın yaradılmasının 60 illiyi münasibətilə “Sumqayıt şəhərinə həsr olunmuş ən yaxşı mahnı” mövzusunda keçirdiyi müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Modern.az xəbər verir ki, Bülbül adına Uşaq İncəsənət Məktəbində baş tutan tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, qurumun katibi, əməkdar incəsənət xadimi Eldar Mansurov və şəhər ictimaiyyəti iştirak edib. Tədbirdə çıxış edən F.Əlizadə sənət adamları tərəfindən hər zaman Sumqayıtı vəsf edən şeirlər yazıldığını və mahnılar bəstələndiyini qeyd edib. Tədbirin sonunda çıxış edən icra başçısı V.Əliyev isə qalibləri təbrik edərək onlara uğurlar arzulayıb. Tədbir zamanı müsabiqədə qalib gələn əsərlər ifa edilib.

Qeyd edək ki, müsabiqənin I yerinin qalibinə  500, II və III yerlərin sahiblərinə isə 150 manat məbləğində pul mükafatı və diplomlar təqdim edilib.

Xatırladaq ki, tanınmış bəstəkar Eldar Mansurovun rəhbərlik etdiyi, əməkdar incəsənət xadimləri Mobil Babayev, musiqişünas Həcər Babayeva, musiqişünas Sevda Hüseynovadan ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunan 10 əsərin arasından qalibləri müəyyən edib. Musiqisi İlham Abdullayevə, sözləri isə Vahid Əzizə məxsus olan “Sumqayıt lövhələri” əsəri I yerə layiq görülüb. Münsiflər heyətinin qərarına görə, Ədviyyə Rəhmətovanın Zivər Ağayevanın sözlərinə bəstələdiyi “Sumqayıt”, musiqisi və sözləri Emil Murada məxsus olan “Gözəl Sumqayıt” mahnıları II, musiqisi Nərminə Nağıyevaya, sözləri isə Qafqaz Əvəzoğluna məxsus olan “Sumqayıtım” mahnısı isə III yeri qazanıblar. Müsabiqədə qalib gələn əsərlər Sumqayıt şəhərinin 60 illiyinə həsr olunan qala-konsertdə ifa ediləcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə əhali küçələrə axışdı 6 Dekabr 2019, 21:56 Cəlilabadda 19 yaşlı gənc küt alətlə döyüldü 6 Dekabr 2019, 21:39 ABŞ-da hərbi bazada atışma: 4 ölü 6 Dekabr 2019, 21:24 Qızılcadan ölənlərin sayı 140 minə çatdı 6 Dekabr 2019, 21:10 “Qarabağ” xal itirdi 6 Dekabr 2019, 20:51 F-35-ləri ala bilməsək... 6 Dekabr 2019, 20:37 Deputat Yevda Abramov vəfat etdi 6 Dekabr 2019, 20:24 Azərbaycanla  Gürcüstan arasında humanitar əməkdaşlıq  müzakirə olundu 6 Dekabr 2019, 20:17 Dünyada  ilin ən yaxşı hava limanı 6 Dekabr 2019, 20:03 Leriklilər ağacəkmə kampaniyasında fəal iştirak ediblər - FOTO 6 Dekabr 2019, 19:40 “Tufan“ adlı solo konserti keçirilib - FOTO 6 Dekabr 2019, 19:29 Əli Əsədov Dünya Bankının regional direktoru ilə görüşüb 6 Dekabr 2019, 19:18 Xaçmazda minik maşını ilə yük maşını toqquşub, ölənlər var 6 Dekabr 2019, 19:09 Azərbaycan gündəlik neft hasilatını 7 min barrel azaldacaq   6 Dekabr 2019, 19:00 AFFA “Qəbələ”yə maddi yardım edəcək? 6 Dekabr 2019, 18:50 Hesablama Palatasının Təlim Mərkəzi açılıb 6 Dekabr 2019, 18:40 “Cahana sığmayan şair” adlı tədbir keçirilib - FOTO 6 Dekabr 2019, 18:29 AzMİU ilə “PMD Projects” arasında müqavilə imzalanıb - FOTO 6 Dekabr 2019, 18:23 Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu 6 Dekabr 2019, 18:17 Bu gün Azərbaycanda 650 mindən çox ağac əkilib 6 Dekabr 2019, 18:17 Rüstəm Xəlilov icra başçısı kimi sakinlərlə ilk görüşünü keçirib - FOTO 6 Dekabr 2019, 18:10 Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşdülər 6 Dekabr 2019, 18:02 “Parlament siyasət meydanıdır” - Sədr müavini  6 Dekabr 2019, 17:57 Manatın üçgünlük məzənnəsi açıqlanıb 6 Dekabr 2019, 17:56 Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı 6 Dekabr 2019, 17:48 BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb   6 Dekabr 2019, 17:46 Ağac əkimi Nəsimi ruhuna ehtiram, ekoloji tarazlığa töhfədir 6 Dekabr 2019, 17:38 Binəqədidə ağacəkmə aksiyası keçirilib - FOTO 6 Dekabr 2019, 17:34 Brüsseldə Avropa Parlamenti deputatlarının Qarabağa səfərinə ETİRAZ EDİLİB 6 Dekabr 2019, 17:33 Sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır - Nazirlik 6 Dekabr 2019, 17:30 Nazim Bəydəmirli yenidən deputat olmaq niyyətindədir 6 Dekabr 2019, 17:27 MSK-dan növbədənkənar parlament seçkisi AÇIQLAMASI 6 Dekabr 2019, 17:10 Prezident və birinci xanım gənclərlə selfi çəkdirdilər - FOTOLAR 6 Dekabr 2019, 16:57 İstirahət günləri üçün hava PROQNOZU 6 Dekabr 2019, 16:54 Daşnaklar Paşinyana qarşı partizan müharibəsinə HAZIRLAŞIR 6 Dekabr 2019, 16:51
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?