Modern.az

Əsgər ağa Adıgözəlov Gorani - teatrımızın yaradıcılarından biri

Əsgər ağa Adıgözəlov Gorani - teatrımızın yaradıcılarından biri

28 Aprel 2017, 17:26

May ayının 3-də ictimai fikir tariximizin ən görkəmli nümayəndələrindən biri - yazıçı, jurnalist, dramaturq, tərcüməçi, xeyriyyəçi Əsgər Ağa Adıgözəlov Goraninin anadan olmasının 160 ili tamam olur.

 
Modern.az-ın məlumatına görə, o, Azərbaycan teatrının yaradıcılarından biridir. 1873-cü il mart ayının  10-da Nəsən bəy Zərdabinin rəhbərliyi ilə Bakı realnı məktəbinin yuxarı sinif şagirdlərinin iştirakı ilə tamaşaya qoyulan M.F.Axundovun “Hekayəti vəziri xani Lənkəran”pyesində Teymur ağa rolunu oynayıb.  Bu gün Azərbaycan professional teatrının yaranma tarixi kimi ölkəmizdə hər il qeyd olunur. Həmin il aprelin 17-də isə müəllifin “Hacı Qara”  pyesi tamaşaya qoyulub. Beləliklə teatr tariximizdə Əsgər ağa Adıgözəlov ilk dəfə Hacı Qara rolunu oynayıb.

 
"Qocalıqda yorğalıq" pyesinin və "Qara yel" romanının müəllifidir. Əsgər Adıgözəlov ilk tərcüməçilərimizdən biridir. M.Lermontovun “Yel gəmisi” əsərini də ilk dəfə  dilimizə o tərcümə edib. Əsgər ağa Adıgözəlov məşhur “Qarabağnamə” əsərinin müəllifi Mirzə Adıgözəl bəyin nəvəsidir. Mirzə Adıgözəl bəy sonralar isə Gəncə bələdiyyəsinin sədri olarkən Əsgər Adıgözəlov dahi Nizaminin məqbərəsini təmir etdirib. 40 ilə yaxın Gəncədə və Tiflisdə hüquq-mühafizə orqanlarında işləyib. Azərbaycan dilində ilk coğrafiya dərsliyini də Əsgər Adıgözəlov tərtib edib.

 
1906-1910-cu illərdə Gəncə şəhər bələdiyyəsinin rəisi olarkən şəhərdə abadlıq işləri aparıb, Gəncəçayın sahilində gözəl bir park saldırıb, buraya Fransada istehsal edilmiş çıraqlar gətirdib.

Bu dövrdə öz hesabına 2 qız məktəbi, 2 xəstəxana açıb.

Onlarla Azərbaycanlı tələbini öz vəsaiti hesabına oxudub. 1910-cu ildə Gəncədə vəfat edib.

Əsgər ağa Adıgözəlov Goraninin böyük nəsil şəcərəsində elm adamları, incəsənət xadimləri, görkəmli həkimlər var.
Azərbaycan Republikasının Xalq artisti, beynəlxalq müsabiqələr laueratı, xalq artisti pianoçu Murad Hüseynov da Əsgər ağa Adıgözəlov Goraninin nəticəsidir.

 

Gülhüseyn  Kazımlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir