Arxiv
28 Aprel 2017, 17:41 | AKTUAL
Onlar Bakı marafonunda xeyriyyə üçün qaçacaqlar...

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH)23 əməkdaşı həm sağlamlığı təmin etmək, həm də ehtiyacı olanlara dəstək göstərmək məqsədilə aprelin 30-da “Bakı Marafonu 2017”-də iştirak edəcək.

 

“Sağlamlıq naminə qaç!” devizi altında marafona qoşulan BŞH-nin əməkdaşları aparılan qaçış kampaniyası çərçivəsində toplanan vəsaiti ürək çatışmazlığından əziyyət çəkən doqquz yaşlı Leyla Rəfizadənin əməliyyatı üçün sərf edəcəklər.

 

BŞH-nin İnsan Resursları şöbəsinin rəhbəri və builki marafonun iştirakçısı İranə Əhmədova əməliyyat şirkətinin əməkdaşlarının yarışa qatılmağına belə münasibət bildirib: “Sağlam həyat tərzinin təbliği, gənclərin inkişafı və xeyriyyə tədbirlərinin keçirilməsi Bakı Şəhər Halqası Əməliyyat şirkətinin əsas dəyərlərindəndir. Bakı marafonundaiştirak etməklə biz cəmiyyətdə öz dəyərlərimizi təbliğ edir və hər kəsi bu ideyaya qoşulmaqda fəal olmağa çağırırıq.

 

Şirkətimizin hər bir əməkdaşı Leyla üçün keçirdiyimiz aksiyanı dəstəkləyir və biz inanırıq ki, göstərilən yardımlar nəticəsindəLeyla tezliklə şəfa tapacaq. Biz BŞH əməliyyat şirkəti olaraq xeyriyyəçiliyin cəmiyyətimizdə daha geniş vüsət alması və eyni zamanda bunun cəmiyyətin əsas dəyərlərindən birinə çevrilməsi üçün bundan sonra da öz dəstəyimizi göstərməyə davam edəcəyik. Hamını keçirdiyimiz xeyriyyə aksiyamıza qoşulmağa dəvət edirik!”

 

Marafonda iştirak etmək BŞH-nin əməkdaşları arasında artıq ənənəyə çevrilib. Builki marafona qatılanlardan Ayan Ağayeva və Bülənt Özərdim həm də beynəlxalq marafonların iştirakçılarıdır. Ötən il baş tutmuş Bakı marafonunda əməliyyat şirkətini 3 nəfər təmsil etmişdi və iştirakçılardan Ayan Ağayeva həmin marafonu qadınlar arasında 21-ci yerdə başa vurmuşdu.

 

Qeyd edək ki, əməliyyat şirkəti 2016-cı ilin dekabrında keçirilmiş “Soyuq əllər, isti ürək” kampaniyası çərçivəsində “Sən də yardım əlini uzat!” devizi altında ürək çatışmazlığından əziyyət çəkən azyaşlı Zeynəb üçün3500 manat həcmindəvəsait toplamışdı. İndiki kampaniya çərçivəsində isə şirkət Leylanın ürək əməliyyatı üçün tələb olunan 3500 manatlıq vəsaiti yığmağa çalışır.Toplanan vəsait əməliyyata sərf olunması üçün “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinə təqdim olunacaq.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü 4 İyul 2020, 19:51 AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək 4 İyul 2020, 19:44 İranda elektrik stansiyada partlayış baş verib 4 İyul 2020, 19:38 Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu 4 İyul 2020, 19:22 KİVDF qəzetlərə maliyyə yardımı ayırdı - SİYAHI 4 İyul 2020, 18:47 Paytaxtın 544 küçəsi dezinfeksiya olundu 4 İyul 2020, 18:16 Türk əsgərinin qatilləri 30 il sonra YAXALANDILAR 4 İyul 2020, 18:10 Zelenskidən Putinə MESAJ: “Bizdən heç nə tələb edə bilməzsiniz” 4 İyul 2020, 18:02 Azərbaycanın 4 rayonunda yaranmış su qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA 4 İyul 2020, 17:48 Dünyanın ən yaşlı pişiyi öldü 4 İyul 2020, 17:24 Hövsanda dəfn mərasimində iştirak edənlər SAXLANILDI 4 İyul 2020, 17:13 Şəmkirçay su anbarında batan şəxs axtarılır 4 İyul 2020, 16:50 Gəncədə deputat və bələdiyyə sədrinin iştirakı ilə reyd keçirib 4 İyul 2020, 16:36 İcazəsiz istirahətə gəldilər, cərimə olundular - FOTO 4 İyul 2020, 16:24 İranda virusa yoluxanların sayı 250 minə yaxınlaşır 4 İyul 2020, 16:16 İsmayıllıda yığıncaq təşkil edən ata və 10 qonağı cərimələndi 4 İyul 2020, 15:59 Paytaxtda yük maşını piyadanı vurub öldürdü 4 İyul 2020, 15:49 AQTA maarifləndirir: Qablaşdırılma materialları qidaya necə təsir göstərir? 4 İyul 2020, 15:38 Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ 4 İyul 2020, 15:15 Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia İRƏLİ SÜRÜB 4 İyul 2020, 15:02 AMEA-nın şöbə müdiri dünyasını dəyişdi 4 İyul 2020, 14:55 Rəsmi Bakı ABŞ-ı Müstəqillik günü münasibətilə təbrik edib 4 İyul 2020, 14:40 Karantin vaxtı işləyən sexin 56 işçisi cəzalandırıldı 4 İyul 2020, 14:23 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib 4 İyul 2020, 14:16 Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır? – Ekspertdən İZAH 4 İyul 2020, 14:00 Polis supermarketlərdə reydlər keçirir 4 İyul 2020, 13:42 Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli 4 İyul 2020, 13:25 Gizli işləyən kafe aşkarlandı: sahibi 1500, müştərilər 100 manat CƏRİMƏLƏNDİ 4 İyul 2020, 13:17 Paytaxtda qanunsuz  fəaliyyət göstərən obyekt bağlandı 4 İyul 2020, 13:03 Bakıda sabah hava necə olacaq? 4 İyul 2020, 12:54 Beynəlxalq ekspert: “Dünya bol su dövründən su azlığı dövrünə keçir” 4 İyul 2020, 12:45 Gəncədə “COVİD-19”la mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb 4 İyul 2020, 12:33 Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi 4 İyul 2020, 12:24 Karantin günlərində Bakıdan Qəbələyə istirahətə gedənlər CƏZALANDIRILDI 4 İyul 2020, 12:13 Azərbaycan diasporu: Haradan haraya... 4 İyul 2020, 12:04