Arxiv
5 May 2017, 00:53 | AKTUAL
"Ermənistan ATƏT-in Yerevan ofisinin mandatından sui-istifadə edirdi" - Qalib İsrafilov

“ATƏT-in Yerevandakı ofisinin bağlanması - Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirmək cəhdlərinin nəticəsidir”. Modern.az xəbər verir ki, bunu “Trend”ə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin rəhbəri Qalib İsrafilov bildirib.

Qalib İsrafilov bildirib ki, ATƏT Azərbaycan və Ermənistanda 2000-ci illərin əvvəllərində eyni vaxtda yerli missiyalarını təsis edib: “Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar olan məsələlərlə ATƏT-in Minsk Qrupu məşğul olduğu üçün əldə olunan anlaşma ondan ibarət idi ki ATƏT-in Bakı və Yerevan ofisləri bu məsələlərə cəlb olunmayacaqlar.

ATƏT-in Yerevan ofisinin birdən minalardan təmizləmə fəaliyyəti ilə məşğul olmağa başlaması şifahi razılaşmanı şübhə altına qoydu. Yeri gəlmişkən, bu gün Ermənistanın ATƏT yanında nümayəndəliyi təsdiq etdi ki, artıq sabiq Yerevan ofisi bu razılaşma ilə məhdudlaşmırdı. Azərbaycan tərəfindən bu fəaliyyət xüsusilə mahiyyət və coğrafi məhdudiyyət baxımdan onun miqyasına görə sual altına qoyuldu. Biz məxsusi olaraq Ermənistanda belə layihəyə ehtiyac məsələsi barədə sorğu-suallar qaldırdıq. Belə ki, Ermənistan-Azərbaycan müharibəsi dövründə Ermənistan ərazisi hərbi əməliyyatlar meydanı olmayıb. Biz davamlı şəkildə öz narahatlığımızı ifadə etmişdik ki, ofisin minalardan təmizləmə fəaliyyəti Ermənistanın müvafiq qurumlarının imkan və qabiliyyətlərini artıracaq və bunlar da asanlıqla Azərbaycanın işğal olunmuş ərazilərində istifadə oluna bilər.

Ermənistanın mediasının, eləcə də ATƏT-in Yerevan ofisinin məlumatı təsdiq edir ki, Ofisin minalardan təmizləmə üzrə fəaliyyəti birbaşa Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlıdır və ofisdən yardım alan tərəflərin fəaliyyətinin coğrafi dairəsi Azərbaycanın işğal olunmuş ərazilərini də əhatə edir. Beləliklə, Ermənistan tərəfi ATƏT-in Yerevan ofisinin mandatının qeyri-müəyyənliyindən sui-istifadə edirdi. Vəziyyəti düzəltmək və ofisin mandatının uzadılmasının yeganə yolu qeyri-müəyyənliyə son qoymaq və mandata aydınlıq gətirməkdən ibarət idi.

Bir neçə məsləhətləşmələrdən sonra Azərbaycan tərəfi prinsip etibarilə qərar layihəsində Avstiyanın sədrliyi tərəfindən irəli sürülən mandatın aydınlaşdırılmasına dair məqamları dəstəklədi. Qəbul olunduğu təqdirdə, bu qərar ATƏT-in Yerevan ofisinin fəaliyyətinin yalnız Ermənistanın ərazisi ilə məhdudlaşdırılmasını təsdiq edəcəkdi və heç bir halda Minsk konfransının məşğul olduğu münaqişə və tənzimləmə prosesinə aid olan məsələyə cəlb olunacaqdı. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi faktını nəzərə alaraq, sədrlik tərəfindən təklif olunan qərarın dəstəklənməsinə münasibətdə Azərbaycanın hazırlığı xoş niyyətin göstəricisi idi”.

Q.İsrafilov daha sonra bildirib ki, Ermənistanın ATƏT yanında nümayəndəliyinin mövqeyi aydın şəkildə göstərdi ki, Ermənistan məsələnin həllində maraqlı deyil və sədrliyin kompromis xarakterli təklifini dəstəkləməkdən imtina edir: “Biz ofisin bağlanmasına təəssüflənirik, amma bu Ermənistanın hər bir mümkün vasitədən istifadə edərək status kvonu saxlamaq və Azərbaycan ərazilərinin işğalını gücləndirmək üçün məqsədli cəhdlərinin nəticəsidir.

Yerevan ofisi ətrafında olan vəziyyət bir daha ATƏT-də göstərdi ki, Azərbaycan konstruktiv, amma prinsipial mövqe sərgiləyir və Azərbaycan öz legitim maraqlarını qoruyacaq və suverenliyi və ərazi bütövlüyüə xələl gətirəcək hər hansı cəhdə qarşı qəti şəkildə çıxış edəcəkdir”.

 

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13