Modern.az

"Ermənsitan hələ ki, öz mövqeyini dəyişmək istəmir"

"Ermənsitan hələ ki, öz mövqeyini dəyişmək istəmir"

5 May 2017, 10:01

Ermənistan tərəfi özünü yenə də konstruktiv apara bilmir, vaxtı uzatmağa, status-kvonu saxlamağa var qüvvəsilə cəhd göstərir. Mənim təəssüratım, məndə olan məlumat budur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin sədri Novruz Məmmədov jurnalistlərə deyib.

PA rəsmisi qeyd edib ki, baxmayaraq ki, Azərbycan və Rusiya tərəfindən müəyyən təzyiqlər göztərilir, amma Ermənistan hələ ki, öz mövqeyini dəyişmək istəmir:

"Bu da görünür ki, Ermənistan rəhbərliyinin, Sarkisyanın, Nalbandiyanın maraqlarına uyğun gəlir. Onlar hələ də başa düşə bilmirlər ki, tamamilə səhv yoldadırlar və bu yol onları hara aparıb çıxarır? Bunun haqqında düşünməklərinin artıq vaxtı gəlib çatıb".


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi