Modern.az

“İrəli” sədri və katibliyi “Heydər zirvəsi”nə yürüş etdilər - FOTOLAR

“İrəli” sədri və katibliyi “Heydər zirvəsi”nə yürüş etdilər - FOTOLAR

9 May 2017, 12:58

Mayın 7-8-də “İrəli” İctimai Birliyinin sədri və katibliyi Şahdağda yerləşən “Heydər zirvəsi”nə yürüşdə iştirak ediblər.

 

Modern.az xəbər verir ki, yürüş gənclərin vətənpərvər, sağlam ruhda böyüməsi və görkəmli dövlət xadiminin anadan olmasının 94-cü ildönümü ilə bağlı keçirilib.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və katiblik üzvləri 3571 m məsafəni qət edərək, Azərbaycan bayrağını, eləcə də “İrəli”nin bayrağını “Heydər zirvəsi”ndə dalğalandırıblar. 
Qeyd edək ki, iki gün davam edən yürüşdə iştirakçılar kamp şəraitində çadırda qalıblar.


Yürüş iştirakçıları Azərbaycan Hava və Ekstremal idman növləri Federasiyası tərəfindən Heydər Əliyevin doğum gününə həsr edilmiş “Heydər zirvəsinə” (3751m) müvəffəqiyyətlə yürüş etdiklərinə görə sertifikatla təltif olunub.



Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir