Modern.az

Rus mətbuatının yeni Qafqaz müharibəsi ssenariləri

Rus mətbuatının yeni Qafqaz müharibəsi ssenariləri

13 Noyabr 2009, 10:46

Rus "Hərbi-Kosmik Müdafiə" jurnalı etnik münaqişələr, ərazi iddiaları, enerji qaynaqlarını ələ keçərmə mübarizəsi ya da ayrılıqçı (separatist) cərəyanların Rusiyanın cənubunda çox sayda ölkənin iştirak edəcəyi müharibəyə yol aça biləcəyini iddia edib və içində Türkiyənin də yer aldığı müxtəlif ssenarilər yayınlayıb.
Hərbi mövzularda ən nüfuzlu nəşrlərdən olan və Rus hərbi sənayesinin fikirlərini əks etdirdiyi bilinən jurnalın son sayında Rusiya ilə Türkiyəni qarşı-qarşıya gətirə biləcək və əsasən səmada yaşanacaq üç müharibə ssenarisi hazırlamışdır. Senarilərə görə Türkiyə, İran, Pakistan və Əfqanıstan kimi müsəlman ölkələrin Rusiyanı Qafqazdan kənarlaşdırmaq niyyəti ucbatından başlayacaq münaqişələrə ABŞ və NATO-nun də qoşulacaq, Moskvaya isə yalnız Ermənistanın dəstək verəcəkdir. Jurnaldakı senarilər belə qeyd olunur:

1-ci ssenari

Ayrılıqçılıq, terrorizm, etnik münaqişələr, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi ya da bölgədəki mülki rus vətəndaşlarının öldürülməsi ilə başlayacaq müharibədə bir cəbhədə Türkiyə, Azərbaycan və Gürcüstan, qarşı cəbhədə isə Rusiya ilə Ermənistan iştirak edəcək. Üç ölkənin 500-dən çox döyüş təyyarəsi Rusiyanı Qafqazdan uzaqlaşdırmaq, iqtisadi gücünə zərər vermək və bəzi bölgələrini ələ keçərmək məqsədiylə cənub seqmentlərini 7-10 gün boyunca aralıqsız bombalayacaq.

2-ci ssenari

Bölgədəki etnik münaqişələr ya da İranın dini yayılmasından qaynaqlanan müharibədə Rusiya, İran, Azərbaycan və Gürcüstanla vuruşmaq məcburiyyətində qalacaq. Təxminən 250 döyüş təyyarəsinin qatılacağı müharibənin bir məqsədi də Xəzərdəki neft hövzələrini ələ keçirmək olacaq.

3-cü ssenari

Ayrılıqçılıq, terrorizm, itirilən torpaqların yenidən ələ keçərilməsi ya da Qafqazda mövqe qazanma niyyətinin səbəb olacağı müharibədə Rusiyanın tək müttəfiqi Ermənistan olacaq. Qarşı cəbhədə isə ABŞ-ın dəstəklədiyi Türkiyə və Gürcüstan iştirak edəcək. Müharibəyə çox güman ki, Azərbaycan, ayrıca qismən Ukrayna, Bolqarıstan və Rumıniya qoşulacaq. Rus torpaqlarını mindən çox Türk, Türkiyədəki bazalardan və Aralıq dənizidəki təyyarə gəmilərdən qalxacaq ABŞ və NATO təyyarələri bombalayacaq, Rus hava gücü bir neçə saatda yox ediləcək. Daha sonra quru hərəkatı başlayacaq, Rus enerji qaynaqlarının daşındığı yoldakı bəzi Şimali Qafqaz respublikaları işğal ediləcək, Ermənistan torpaqları ələ keçiriləcək və bəzi ölkələr xəritədən silinəcək.
Qeyd edək ki, rus hərbi dairələrinə yaxın media ötən il Rusiya-Gürcüstan savaşı öncəsi Cənubi Qafqaza dair belə ssenarilər irəli sürmüşdü...

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi