Modern.az

Bakı-Quba yolunda “Qazel” “Mercedes”lə toqquşdu, ata-oğul öldü - YENİLƏNİB  

Bakı-Quba yolunda “Qazel” “Mercedes”lə toqquşdu, ata-oğul öldü - YENİLƏNİB   

Aktual

4 Avqust 2017, 09:49

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 20-cı km-də “Qazel” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Modern.az xəbər verir ki, dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Qazel” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1971-ci il təvəllüdlü İsmixanov Etibar Rizvan oğlunun  və 1999-cu il təvəllüdlü İsmixanov Araz Etibar oğlunun cəsədlərini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:38-də başa çatıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!