Arxiv
4 Avqust 2017, 11:36 | AKTUAL
YAP-ın 11 rayon və şəhər təşkilatının sədri dəyişdirilib

Yeni Azərbaycan Partiyasının (YAP) 63 rayon və şəhər təşkilatında hesabat-seçki konfransları keçirilib.

Bunu Trend-ə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, 21 rayon və şəhər təşkilatında konfranslar hələ keçirilməyib: "Bu təşkilatlarda da konfranslar ilin sonuna qədər mərhələ-mərhələ keçiriləcək. Bu il seçki ili olmadığı üçün partiyanın ilk təşkilatları, rayon və şəhər təşkilatları ilə bağlı işlərimizi görürük, yekunlaşdırırıq ki, partiya təşkilatlarının fəaliyyəti tam tənzimlənsin, maddi texniki bazası yaxşılaşdırılsın. O cümlədən, son 5 ildə partiyaya yeni üzvlər daxil olub, partiya üzvlərinin sayı artıb. Bütün bunlar hamısı konfrans nümayəndələri tərəfindən nəzərə alınaraq, həm rayon və şəhər təşkilatlarının tərkibində, həm sədrliklərində dəyişikliklər edilib və bu proses davam edir".

S.Novruzov qeyd edib ki, konfranslar nəticəsində 11 rayon və şəhər təşkilatının sədrləri dəyişdirilib: “Ümumilikdə Yeni Azərbaycan Partiyasının 84 rayon və şəhər təşkilatı var. Bunlardan hələlik 11-nin sədri konfrans nümayəndələri tərəfindən dəyişdirilib. Dəyişiklik bu və ya digər səbəblər ilə əlaqədardır. Dünyasını dəyişən var, başqa işə keçənlər var, üzvlər tərəfindən mövcud ictimai-siyasi proseslərə cavab vermədiyi hesab olunanlar var və s.”

S.Novruzov vurğulayıb ki, bu konfransları seçkilərə hazırlıq kimi də dəyərləndirmək olar: “Siyasi partiyanın əsas funksiyalarından biri seçkilərdə iştirak etməkdir. Seçkilərdə partiyaların üzərinə çox böyük vəzifələr düşür, yəni seçki kampaniyasının təşkil olunması, təbliğat-təşviqat işlərinin aparılması, seçici imzalarının toplanılması və digər bu kimi məsələlər var. Ona görə də partiyanın kadr bazasının hazırlıq işləri vacib şərtlərdən biridir. Nəzərə alsaq ki, Azərbaycanda 5 mindən çox Məntəqə Seçki Komissiyaları var və seçkidə iştirak edən siyasi partiya hər məntəqəyə bir nümayəndə təyin edəndə, bu 5 mindən çox kadr deməkdir. Bunların hər biri öz hüquq və vəzifələrini bilməlidir. Buna görə də bütün bu işləri həyata keçirmək üçün uzun zamana ehtiyac var. Yeni Azərbaycan Partiyası indidən bu işləri həyata keçirir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda karantin qaydalarını pozduğuna görə 127 obyekt cərimələndi 24 Sentyabr 2020, 23:28 Təbriz küçəsində yanğın nəqliyyatın hərəkətində çətinliklər yaratdı 24 Sentyabr 2020, 23:14 Prezident Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi 24 Sentyabr 2020, 22:59 Ceyhun Bayramov Gürcüstan prezidenti ilə bölgədəki durumu müzakirə etdi 24 Sentyabr 2020, 22:46 Baş Prokurorluqdan Yusif İldırımzadənin qaynının qətli ilə bağlı AÇIQLAMA 24 Sentyabr 2020, 22:27 Fransa yeni qadağalar tətbiq edir 24 Sentyabr 2020, 22:08 Türkiyədə daha 74 nəfər koronavirusdan öldü 24 Sentyabr 2020, 21:49 Türkiyədə tunel çökdü: Dağıntılar altından 11 nəfər çıxarıldı 24 Sentyabr 2020, 21:37 Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:12 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02