Modern.az

Qatar biletlərinə 25 faiz ENDİRİM

Qatar biletlərinə 25 faiz ENDİRİM

Aktual

4 Avqust 2017, 15:58

Azərbaycan dəmir yolları sərnişinləri artıq hər bir istiqamətə alacaqları biletdən faydalana bilərlər.

 

Belə ki, istər ölkədaxili, istər beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarına, istərsə də Bakı-Sumqayıt elektrik qatarına əldə edilən biletlərə Referans Klinik Laboratoriya Mərkəzi və LOR Hospitalın 25% - lik endirim kuponu təqdim edilir.

 

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

 

Qurum rəsmisi bildirib ki, Referans Klinik Laboratoriya Mərkəzinin əsas məqsədlərindən biri inkişaf etmək, zəruri infrastruktura malik olmaq və pasiyentlərə daha yüksək keyfiyyətli xidmət göstərilməsidir:

 

“Referans Azərbaycanda ilk dəfə olaraq tam avtomatlaşdırılmış qapalı laborator sistemlə təchiz olunub. Ən müasir texnologiyaları özündə birləşdirən, Almaniya, Türkiyə, Fransa, ABŞ, Niderland və s. ölkələrin istehsalı olan cihazlar vasitəsilə laboratoriyada minlərlə analizlər, o cümlədən müxtəlif genetik testlər, onkoloji markerlər, yenidoğulmuşların skrininq testləri, autoimmun testlər və s. müayinələr yerinə yetirilir.

 

Eləcə də LOR Hospitalında hər növ burun, qulaq, boğaz və qırtlaq əməliyyatları, eləcədə plastik və rekonstruktiv əməliyyatlar həyata keçirilir”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı