Modern.az

Pauerliftinqçilərimiz dünya çempionu oldular

Pauerliftinqçilərimiz dünya çempionu oldular

16 Noyabr 2009, 13:17

Noyabrın 10-dan 15-dək ABŞ-ın Nevada ştatının Lav-Veqas şəhərində keçirilən pauerliftinq üzrə dünya çempionatı Azərbaycan idmançıları üçün uğurla başa çatıb. İdmançılarımız Vüqar Namazov, Bəxtiyar Quliyev və Rüfət Ağayev fəxri kürsünün ən yüksək zirvəsinə qalxaraq dünya çempionu adını qazanıblar. Modern.az-ın məlumatına görə, hazırda ABŞ-da olan Vüqar Namazov bildirib ki, yarışda 27 ölkədən gəlmiş idmançılar iştirak ediblər. İdmançılarımız qızıl medalların sayına görə komanda hesabında da birinci olublar. Hər üç idmançımız ağır çəkilidir. Belə ki Bəxtiyar Quliyev 100, Vüqar Namazov 125, Rüfət Ağayev isə 140 kq çəki dərəcəsində dünya çempionu olublar.

Qeyd edək ki, pauerliftinq ağırlıqqaldırmanın bir növü olmaqla üç hərəkətdən ibarətdir. İdmançı ştanqı ayaqüstə vəziyyətdən bir dəfə qurşağa qədər qaldırır, bir dəfə isə oturmuş vəziyyətdə çiyninə qoyaraq ayağa qalxır. Növbəti hərəkətdə isə uzanaraq ştanqı sinədən yuxarı qaldırır. Hazırda ölkəmiz pauerliftinq üzrə reytinq cədvəlində dünyada öncül yerlərdən birini tutur. Azərbaycan hətta pauerliftinqin yarandığı ABŞ-ı da qabaqlayır.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı