Arxiv
31 Avqust 2017, 14:37 | AKTUAL
Elmar Məmmədyarov Avropa İttifaqı ilə strateji əməkdaşlıq HAQDA...  

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Budapeştdə keçirilən Viseqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin görüşündə çıxış edib.

Bu barədə  Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

 

Nazir deyib:

 

"Macarıstanın Vişeqrad Qrupuna sədrliyi dövründə Vişeqrad (V4) və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etdiyinə görə öz təşəkkürümüzü çatdırmaq istərdim. Bu ənənəvi format, xüsusilə noyabr ayında Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti ərəfəsində gələcək əlaqələr üçün yollar və vasitələr düşünmək baxımından əlverişli imkanlar yaradılmasını təmin edir.

 

Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və təşkilatın üzvləri arasında strateji tərəfdaşlarının sayını artırır. Eyni zamanda Vişeqrad Qrupu bizi eyni şərtlər altında Aİ ilə dialoqu inkişaf etdirməyə ruhlandırır.

Biz sürətli danışıqlar yolu ilə Aİ ilə strateji tərəfdaşlığa dair sazişin yekunlaşdırılması və bu saziş əsasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıyıq. Ötən ilin fevral ayında danışıqların rəsmən başlamasından etibarən biz saziş layihəsinin müxtəlif bölmələri üzrə məhsuldar və konstruktiv dialoq aparmışıq.

Azərbaycan, həmçinin, Aİ ilə qarşılıqlı şəkildə razılaşdırılmış prioritetlər əsasında əlaqələrin qurulmasında maraqlıdır.

İqtisadi potensiala və hər bir ölkənin spesifik məqsədlərinə uyğunlaşdırılmış prioritetli əməkdaşlıq fərqlilik, çeviklik, fokuslaşmaq və daha böyük sahiblik prinsiplərinin həyata keçirilməsində daha səmərəli ola bilər. Aİ-Azərbaycan Tərəfdaşlıq prioritetləri bu məqsədləri konkret əməkdaşlıq sahələrinə çevirəcəkdir.

 

Birincisi bu gün Azərbaycan dəyəri 45-50 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizinin (CQD) – Avropa bazarlarına alternativ təbii qazın ixracına xidmət edən qitənin ən böyük infrastruktur və enerji layihəsinin reallaşmasında aparıcı dövlətdir. Bununla yanaşı, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycan regionlararası enerji bağlantısının genişləndirilməsi və Mərkəzi Asiyanı Avropa enerji arxitekturasına daha yaxın edən potensial təşəbbüslərə açıqdır.

 

İkincisi, Şərq Tərəfdaşlığı regionu, eləcə də Aİ üzvü olan və namizəd ölkələrdən müxtəlif səhmdarların cəlb olunduğu unikal iştirakçı çərçivə olan Cənub Qaz Dəhlizi digər birgə maraq kəsb edən sahələrdə, xüsusən nəqliyyat, Avropa və Asiya, o cümlədən Avropa – Cənub və Şimal – Cənubu birləşdirən yeni nəqliyyat-tranzit yollarının yaradılması üçün əlaqələri araşdırmaqla istifadə edilə bilər.

 

Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini təşviq etmək məqsədilə bir neçə əsas nəqliyyat layihəsinin icrasına cəlb olunub. Bu həftə Azərbaycan digər dörd ölkə ilə birlikdə Kabil şəhərində Lapis Lazuli Dəhlizi üzrə malların Avropa bazarlarına nəqli üçün nəzərdə tutulan yeni tranzit marşrutuna dair saziş imzaladı.

 

Çinlə Avropanı birləşdirən Trans-Xəzər Beynəlxalq Tranzit Marşrutu kimi regional layihələr üçün Mərkəzi Asiya ölkələri də daxil olmaqla daha geniş iştirak düşünülməlidir. Bu eyni zamanda trans-Avropa şəbəkəsini daha da Şərqə genişləndirmək məqsədi daşıyan Aİ-nin uzlaşma proqramına uyğun olacaq.

 

İyul ayında Aİ və Azərbaycan Ümumi Aviasiya Sahəsi Sazişinə dair danışıqları bərpa edib və sənədin ümumi strukturu ilkin olaraq razılaşdırılıb.Üçüncüsü, hərəkətlilik və insanlar arası təmasların təşviqi Aİ-Azərbaycan qarşılıqlı əlaqəsinin mühüm istiqamətidir. Biz inanırıq ki, readmissiya və vizaların sadələşdirilməsinə dair sazişinin uğurla həyata keçirilməsi Aİ və Azərbaycan arasında vizaların ləğvi üzrə dialoqun başlanması üçün zəmin yaratmalıdır.

 

Dördüncüsü, yenilənmiş Avropa Qonşuluq Siyasəti Avropa Qonşuluğunun bir çox hissələrində ən aktual problem kimi stabilliyi müəyyən edir. Həqiqi stabillik Şərq Tərəfdaşlığı coğrafiyasında sabitlik və əməkdaşlığı təhdid edərək uzun müddət davam edən hərbi münaqişələr həll edilmədən təsəvvür edilə bilməz.

 

Bu gün altı Şərq Tərəfdaşlığı ölkəsinin dördünün suverenliyi və ərazi bütövlüyü mövcud münaqişələr səbəbindən pozulmaqda davam edir. Beynəlxalq hüquq prinsiplərinin davam edən pozuntusunun nəticələrinin aradan qaldırılmaması, habelə münaqişənin həlli kontekstində bu prinsiplərin yanlış təfsiri və seçilmiş tətbiqi qaydalara əsaslanan Avropa düzənini pozur".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus xəstəsi barədə cinayət işi başlanıldı 1 Dekabr 2020, 10:10 Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO 1 Dekabr 2020, 10:04 28 koronavirus xəstəsi saxlanıldı - 19 nəfərə cinayət işi açıldı 1 Dekabr 2020, 09:58 Türkiyə səfirliyindən Laçın TƏBRİKİ 1 Dekabr 2020, 09:52 Koçaryan yenidən hakim qarşısına çıxarılır 1 Dekabr 2020, 09:46 Dəmir yolu körpüsünün tikintisi yekunlaşdı - FOTO 1 Dekabr 2020, 09:40 Hakimlər Paşinyanla görüşməkdən imtina etdi 1 Dekabr 2020, 09:34 Neft yenidən ucuzlaşdı 1 Dekabr 2020, 09:28 Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO 1 Dekabr 2020, 09:22 Dollar yeni aya bu məzənnə ilə BAŞLADI 1 Dekabr 2020, 09:17 “Ermənilər burada ölülərlə döyüşürdü” - “Dojd” telekanalı Füzulidə + VİDEO 1 Dekabr 2020, 09:12 Azərbaycanın 5 şahmatçısı reytinqində irəlilədi 1 Dekabr 2020, 09:06 Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidlərimiz - VİDEO 1 Dekabr 2020, 09:00 Trampın müşaviri istefa verdi 1 Dekabr 2020, 08:24 Bakıda yük avtomobilləri toqquşub - ölən var 1 Dekabr 2020, 08:10 Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?