Arxiv
3 İyul 2018, 13:48 | ƏDƏBİYYAT
Cümhuriyyət parlamentinin yeganə qadını - Mollaların təhdid etdiyi xanım kim idi?..  

Bu il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilir.

Modern.az saytı 1918-ci il 28 mayda əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələri davam etdirir.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətindən danışdıqda Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi azsaylı insanların adlarını çəkməklə, onlar barəsində yazıları oxumaqla kifayətlənirik.

 

Lakin həm onların rəhbərlik etdiyi komandanın əksər üzvləri, həm də 23 ay ərzində əvəzsiz işlər görmüş digər şəxslər təəssüf ki, unudulur. Onların arasında ziyalı qadınlar da var. Etiraf edək ki, 1918-ci ilin Bakısında bir qadının ziyalı elitada çalışması bir kişinin bu istiqamətdəki fəaliyyətindən azı on dəfə çətin idi.

 

Cümhuriyyət dövrünün ziyalı qadınları əsasən mədəni-maarifçi, sosial, ictimai sahədə fəaliyyət göstərirdilər. Həm pedaqoji, həm də publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımlar heç də dövrün kişilərindən geri qalmırdılar. Buna səbəb əslində Cümhuriyyət hakimiyyətinin qadın məsələsi və qadın hüquqları istiqamətində apardığı düzgün siyasət idi. Şərqdə ilk dəfə olaraq qadına seçkidə iştirak etmək hüququ verilmişdi. Yeni qız məktəbləri açılır və xanımlar hazır kadr kimi cəmiyyət üçün yetişdirilirdi. Məhz, bu addımlar cımiyyətdə qadının da rolunu artırırdı.

Onlardan biri də…

 

Onlardan biri də Şəfiqə Əfəndizadədir. O, Azərbaycan Cümhuriyyəti parlamentinin yeganə qadın əməkdaşı, Cənubi Qafqazın ilk qadın jurnalisti hesab edilir.

Şəfiqə xanım  1882-ci ildə Gürcüstanın tarixən türklərin yaşadığı Cavahetiya bölgəsində, Axalsix rayonunun Azqur kəndində doğulub. Atası Məmmədəmin Şeyxzadə dövrünün tanınmış ziyalısı və müəllimi idi. Övladlarının təhsil alması ilə şəxsən özü məşğul olurdu. Şəfiqə də bacısı Səidə ilə təhsillərini məhz atasından alıb. On dörd yaşında ikən o, Şəki şəhərinə gedir. Burada atasının çalışdığı "Darrüssiyada" məktəbinin nəzdində qızlar üçün açılmış xüsusi qrupda dərs deməyə başlayır. Lakin burada çox qalmır, həmin il Bakıya gəlir. Qadın savadsızlığına qarşı mübarizə aparan ziyalılarla çiyin-çiyinə çalışır.

Bu zaman böyük mesenat, milyonçu Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbini açır. Bununla da, müsəlman Şərqində qadınların yüksək təhsil almasının təməli qoyulur. Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov Məmmədəmin Şeyxzadəyə məktub yazaraq, ondan qızını həmin məktəbdə dərs deməyə göndərməsini xahiş edir. Ata bu dəvətdən məmnun qalır. Ancaq qızının dövlət məktəbində təhsil almadığı üçün belə bir hüququ olmadığını bildirir. Belə olan halda Şəfiqə 1901-ci ildə Tiflisə qayıdır, orada imtahan verir və müəllimlik attestatı alır. Sonra yenidən Bakıya dönür. Rus-müsəlman qızlar məktəbində ana dilindən dərs deyir.

Mollaların qənimi

Şəfiqə xanım Cümhuriyyət dövrünün ən fəal xanımı hesab olunur. O, ali təhsil almamasına baxmayaraq, həm publisist, həm də pedaqoq kimi çox dəyərli fəaliyyətə sahiblənib. Həmçinin, Cümhuriyyət parlamentində stenoqramçı kimi çalışaraq, orada bütün Azərbaycan qadınlarını təmsil edib.

Bu xanım mütərrəqqi fikirlərinə görə xeyli təzyiqlərə də məruz qalıb. Məsələn, bir gün yas məclisində kişilərin yığışdığı məkana daxil olur və mollanın qələtini düzəldir. Baxmayaraq ki, o zaman qadının kişi məclisində olması qadağan idi. Amma buna rəğmən Şəfiqə xanım savadsız molla ilə də mübahisə edir ki, bu da məclisdəkilərin hiddətinə səbəb olur.

Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova Şəfiqə xanım barəsində bir məqamı xüsusi qeyd edir:


“Milli istiqlal hərəkatının yükşəlişində qadınlarımızın da öz payı var. Onlar əsasən  “Nəşri Maarif”, “Nicat” cəmiyyətlərində ictimai, maarifçi və xeyriyyə işləri ilə məşğul olurdular. Cumhuriyyət dövrünün faəl xanımlarından Şəfiqə Əfəndizadəni göstərə bilərik. Qeyd edək ki, həm Şəfiqə xanım, həm də dövrün digər ziyalı qadını Sara xanım qurultayda başıaçıq çıxış edəndə az qala böyük “İsmailiyyə” binası alqışlardan titrəyirdi. İnsanlar bir ağızdan “yaşasın hüruriyyəti nisvan!” deməklə bu iki xanımı alqışlayırdılar.
Daha sonra Kazanda ümumrus müsəlmanlar qurultayı keçirildi. Orada da Şəfiqə xanım Əfəndizadə, Səlimə xanım Yaqubova iştirak edirdilər.  Şəfiqə xanım həm parlamentdə stenoqramçı işləyir, həm gimnaziyada dərs deyir,  həm də publisistik fəaliyyət göstərirdi. “Şərq qadını”, “Dəbistan” jurnalında çalışıb. “İşıq” jurnalı var idi ki, o Azərbaycanın ilk qadın jurnalı olub”.

 

İctimai fəalların sevimlisi

Ş.Əfəndizadə həm də ictimai işlərlə də məşğul olurdu. O, Hacının Qızlar məktəbində dərs deyən zaman müəllimə rəfiqələri - Hənifə xanım Məlikova, Səkinə Axundzadə, Sara Vəzirova ilə birlikdə dram dərnəyi yaratmışdı. Eyni zamanda, qızlara teatr mədəniyyəti, aktyorluq sənəti barədə məlumatlar verir, onları o dövrdə çıxan mətbuat xülasələri ilə tanış edirdi.

Şəfiqə xanıç bir müəllimə kimi də, şagirdlərdə Azərbaycan ədəbiyyatına maraq və həvəs yaradırdə. Qızlara nəinki ədəbi əsərləri, dərslikləri oxumağı, eyni zamanda sərbəst, aydın, savadlı yazmağı da öyrədirdi. Gənc qızların yüksək təhsil almasına çalışan Şəfiqə xanım 1910-cu ilədək bu məktəbdə müəllimə işləyib. Fars, rus və ərəb dillərini, Şərq klassik ədəbiyyatını dərindən öyrənib. Eyni zamanda, qadın pedaqoji məktəbindəki müəllimlik kurslarında dərs deyib.

Cümhuriyyət dövrü mətbuatının araşdırıcısı Qərənfil Quliyeva Şəfiqə xanımın fəaliyyətinin çox az öyrənildiyini qeyd edir:

“1917-ci ilin aprelində Bakıda İsmailiyyə binasında Zaqafqaziya müsəlmanlarının qurultayı keçirilib. Qurultayda müxtəlif təbəqələrdən olan kişilərlə yanaşı, cəmi üç qadın - Tiflisdən Sara Talışinskaya, Bakıdan Şəfiqə Əfəndizadə və Sara Vəzirova iştirak ediblər. Fars, rus və ərəb dillərini yaxşı bilən, Şərq ədəbiyyatını mükəmməl öyrənən, Avropa mədəniyyəti ilə yaxından tanış olan Şəfiqə xanımın səlis, aydın və savadlı çıxışı hamını heyran edir. Şəfiqə xanım çıxışının sonunda qadınların maariflənməsi üçün yeni məktəblərin və teatrların açılmasını tələb edir. Onun çıxışı salonda böyük əks-səda doğurur”.

 İki haşiyə

Tarixçi M.Oruclu yazır: "Şəfiqə Əfəndizadə və Sona Talışxanova adlı iki azərbaycanlı qadının çıxışından sonra vəziyyət nümayəndələri qadın məsələsinə ciddi münasibət bildirməyə vadar etdi. Qadınların çıxışından sonra keçmiş Bakı qazısı Ağa Məhəmməd Kərim tribunaya çıxaraq onları şəriət qanunlarına zidd olaraq kişilər qarşısında çıxış etdiklərinə görə mühakimə etdi. Bu zaman bütün zal qızışdı, kimin kimlə savaşdığı məlum olmadı. Maarifpərvər ziyalılar aranı sakitləşdirərək, qadınları gizlincə dal qapıdan cıxarmağa nail oldular".

****

C.Məmmədquluzadənin "Ölülər" pyesi ilk dəfə Bakıda 1916-cı ildə tamaşaya qoyulub. Tamaşa zamanı Şəfiqə xanım salonda bir qadının ağladığını görərək, ona yaxınlaşıb. Nə üçün ağladığını soruşanda qadın "Bu ki mənim həyatımdır, çəkdiyim əzablardır", - deyə həyəcanla cavab verib.
"Ağlama, bacım. Bu, təkcə sənin yox, bütün Azərbaycan qadınlarının həyatıdır", - deyə Şəfiqə xanım onu sakitləşdirib. Bu hadisə onu çox təsirləndirib. "Açıq söz" qəzetində "Ölülər" pyesi haqqında məqalə yazıb.

Cümhuriyyət dövründəki çətinliklər

Araşdırmaçı Qərənfil Quliyeva Şəfiqə xanımın AXC dövründəki fəaliyyəti haqqındakı araşdırma yazısında onun xeyli çətinliklər yaşadığını göstərir:

“1918-ci ilin martında ermənilər tərəfindən törədilən mart faciəsi Şəfiqə xanımın da həyatına ağır zərbələr vurub. Bu qanlı olayda Şəfiqə xanımın başına bəlalar gəlib. Bir müddət Qubada, Azqurda və İstanbulda yaşayıb. Lakin Azərbaycanda baş verən hadisələri mütəmadi olaraq izləyib və münasibət bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsindən sonra 1919-cu ilin aprelində Bakıya qayıdan Şəfiqə xanım yenidən pedaqoji işinə bərpa olunub”.

 

Son dayanacaq – Sovet dövrü…

Amma o, Sovet dövründə də dinc oturmayıb. Bu illərdə də müəllimliklə yanaşı, publisistik fəaliyyətini davam etdirib. 1923-cü ildə nəşrə başlayan "Şərq qadını" jurnalının redaksiya heyətinin üzvü seçilib, jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olub. Jurnal o zaman onun haqqında yazırdı:

"Şəfiqə xanım bütün Zaqafqaziyada ilk Azərbaycan dili müəlliməsi və bununla yanaşı, ilk Azərbaycan qadın jurnalistivə publisisti olmuşdur".

Tədqiqatçıların yazdığına görə, 1932-ci ilə qədər pedaqoji fəaliyyətlə məşğul olan Şəfiqə xanım Zaqafqaziyada, Qafqazda, Moskvada keçirilən qadın konfrans və qurultaylarında nümayəndə kimi iştirak edirdi.

Bütün ömrünü Azərbaycan qadınının maariflənməsinə, azadlığına həsr edən Şəfiqə xanım Əfəndizadə 1959-cu ildə Bakıda dünyasını dəyişib.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanlı deputat Belarusda parlament seçkilərini izlədi 17 Noyabr 2019, 16:53 Keçmiş döyüşçü Albert Aqarunovun komandirlərinin unudulmasına ETİRAZ ETDİ 17 Noyabr 2019, 16:49 “SİRAB” ASC-nin sədri şirkətə qarşı kampaniyaya etirazını bildirdi 17 Noyabr 2019, 16:45 Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ - Etirazlar böyüyür 17 Noyabr 2019, 16:22 “Mən bu kreslodan göyərmiş barmaqlarla yapışmayacam” - Prezident 17 Noyabr 2019, 16:18 Xərçəngdən əziyyət çəkənlərə dəyərli MƏSLƏHƏTLƏR 17 Noyabr 2019, 16:14 Həkimlər prezidentin həyatını xilas edib 17 Noyabr 2019, 16:03 Gürcüstanda müxalifət yürüş keçirib – FOTO 17 Noyabr 2019, 15:52 Rektordan tələbələrə daha 10 tövsiyə 17 Noyabr 2019, 15:29 Bakıda ağır qəza - 2 ölü, 2 yaralı 17 Noyabr 2019, 13:56 “İrandakı iğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var” - Siyasi mühacir 17 Noyabr 2019, 13:37 Sabahın hava PROQNOZU açıqlandı 17 Noyabr 2019, 13:02 “Sizin “izzəti –nəfs” dediyiniz, “sanballı rəqabət” dediyiniz budurmu?” - Əli Həsənov 17 Noyabr 2019, 12:25 Benzinin qiyməti İranda iğtişaşlar yaratdı - 12 ölü... 17 Noyabr 2019, 12:14 Ağlagəlməz QATİLLƏR 17 Noyabr 2019, 11:59 Naxçıvanda hərbi təlim yekunlaşdı - VİDEO 17 Noyabr 2019, 11:34 “525-ci qəzet” 25 YAŞINDA... 17 Noyabr 2019, 11:28 Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir 17 Noyabr 2019, 11:23 Şagirdləri “Bakı Metropoliteni”nə apardılar - FOTOLAR 17 Noyabr 2019, 11:05 Siyasətin Əliləri... - Həsənovlardan Kərimliyədək... 17 Noyabr 2019, 10:56 Akademik Əhliman Əmiraslanovun doğum günüdür 17 Noyabr 2019, 10:51 Nənə və 4 nəvəsi dəm qazından boğulub öldü 17 Noyabr 2019, 10:39 Qol.az saytı 11 yaşına çatdı 17 Noyabr 2019, 10:28 Belarusda parlament seçkisi keçirilir 17 Noyabr 2019, 10:22 Azərbaycan “Tokio 2020” Olimpiadasına 10 vəsiqə qazanıb 17 Noyabr 2019, 10:17 Avro-2020-nin seçmə mərhələsində 9-cu tur yekunlaşdı - NƏTİCƏLƏR 17 Noyabr 2019, 10:08 Ermənistan atəşkəsi 23 dəfə pozub 17 Noyabr 2019, 10:05 Mehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun! 17 Noyabr 2019, 10:02 Aksiya zamanı 147 nəfər saxlanılıb 17 Noyabr 2019, 00:53 Güclü qara görə məktəblər bağlandı 17 Noyabr 2019, 00:37 Türkiyədə zəlzələ oldu 17 Noyabr 2019, 00:19 Azərbaycan xalqının Dirçəliş Günü - VİDEO 17 Noyabr 2019, 00:00 “Qrupdakı bütün komandalar Azərbaycan yığmasından yaxşıdır” - Nikola Yurçeviç 16 Noyabr 2019, 23:56 Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı - YENİLƏNİB 16 Noyabr 2019, 23:42 Suriyada terror: 10 ölü 16 Noyabr 2019, 23:20