Arxiv
17 Dekabr 2017, 01:14 | ÖLKƏ
Rəsulzadəni qınadığı üçün sonralar ondan üzr istəyən nazir oğlu- Tarixi sənəd

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

 

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini bundan sonra da davam etdirir.

 

Bu dəfə Cümhuriyyətin banisi olan Məhəmməd Əmin Rəsulzadə haqqında maraqlı tarixi faktı diqqətə çatdıracağıq.

 

Rəsulzadə ADR-in süqutundan sonra xaricə getməyə məcbur oldu. Amma orada yenə də Azərbaycanın istiqlalı uğrunda nəzəri-praktiki şəkildə mübarizə aparırdı. AXC dövründə, Cümhuriyyətin son iclasında  onunla razılaşmayan və Rəsulzadənin xaricə getməyini qınayan Şəfi bəy Rüstəmbəylinin tərəfdarları sonradan artdı. Şəfibəyçilik getdikcə inkişaf etdi. Amma çox keçmədi ki, Rəsulzadənin uzaqgörənliyi ilə onlar da barışmalı oldular. Belə şəxslərdən biri də ADR-in maliyyə nazirinin oğlu  olan Fuad Əmircanlıdır. Vaxtilə Rəsulzadəni qınayan nazir oğlu sonralar ondan rəsmi surətdə üzr istəmişdi.

 

Azərbaycanın tanınmış mühacirlərindən biri, “Azərbaycan Milli Komitəsi”nin Başqan yardımçısı, Berlində çıxan Azərbaycan legionerlərinin “Azərbaycan” qəzetinin məsul redaktoru olan Fuad Əmircalının - O, AXC dövründə (1918-1920) Maliyyə naziri vəzifəsində çalışmış Əbdüləli Əmircanovun oğludur - etirafı: “Mənim vaxtı ilə M.Ə.Rəsulzadə bəyə və müsavatçılara qarşı aldığım vəziyyət heç kimsədən gizli deyildir və bunu heç bir zaman inkar etmədim. Fəqət, kürreyi-ərz üzərində dürüst heç bir insan mənim və vətəndaşların şəxsləri əleyhinə və ya vətənpərvərlik və ya milliyyətçiliklərindən şübhə edəcək bir tək kəlmənin belə ağzımdan çıxdığına dair bir tək misal göstərə bilməz... Mən vaxtı ilə müsavatçıların və M.Ə.Rəsulzadənin mühacirətdəki taktikalarını doğru anlamadığım üçün onlarla uyuşa bilmirdim. Bu gün onlara dostanə əl uzatdımsa, bundan qızaracaq bir insan deyiləm, zira Avropa kitabxanalarını dolaşıb Azərbaycana aid hər əsərin mühacirətdə yalnız onlardan çıxdığını gözlərimlə gördükdən, başqalarının ancaq fürsət zühur etdikcə və ya işlərinə gəldikcə milli fəaliyyətdə məşğul olduqları halda onların intizamlı, mütənasib, davamlı və fəal bir surətdə özlərini tamamilə bu işə verdiklərini müşahidə etdikdən və milli yolda sapsağlam durduqlarına... bütün mövcudiyyatımla inandıqdan sonra... proqramları, xətti-hərəkətləri aydın olan və üstəlik milli yoldakı mövqeləri uzun təcrübələrlə sınanan bu qrupla işbirliyi edəcəyim aşkardır”.

 

Mənbə:  M. Kəngərli. Fuad Əmircan. “Azərbaycan” jurnalı, Ankara, N304, 1995-ci il. (Nəsiman Yaqublu, “Rəsulzadə Ensikpolediyası”)

 

E. Nihad

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Belarusda iki mindən çox insan saxlanıldı 12 Avqust 2020, 00:59 Trampı qorxuya salan səbəb 12 Avqust 2020, 00:45 Ceyhun Bayramov terror qurbanı olan şəhid diplomatları yad etdi 12 Avqust 2020, 00:27 Türkiyə hərbi təyyarəsi Livanda 12 Avqust 2020, 00:13 Avropa İttifaqı Belarusu sanksiya ilə HƏDƏLƏDİ 11 Avqust 2020, 23:53 Çempionlar Liqasının final oyunu təxirə salındı 11 Avqust 2020, 23:41 Dənizdə batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas edildi 11 Avqust 2020, 23:25 İmişli sakini həmkəndlisini qətlə yetirdi 11 Avqust 2020, 23:11 Yayılan fotolarla bağlı “Bandotdel”də monitorinq aparıldı 11 Avqust 2020, 22:55 Goranboyda üç uşaq anası özünü asdı 11 Avqust 2020, 22:39 Sumqayıtda yük maşını kanala aşdı 11 Avqust 2020, 22:22 Reanimasiyada olan koronavirus xəstələrinin sayı AÇIQLANDI 11 Avqust 2020, 22:09 Daha 40 şagird “Virtual məktəb”lə bağlı onlayn təlimə cəlb olunub - FOTO 11 Avqust 2020, 21:51 ABŞ Rusiyanın peyvəndini keyfiyyətsiz adlandırdı 11 Avqust 2020, 21:44 Türkiyədə 226 155 nəfər koronavirusdan sağaldı 11 Avqust 2020, 21:26 Dövlət Komitəsindən uşaq ədəbiyyatının tənqidinə REAKSİYA 11 Avqust 2020, 21:07 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə bu məsələləri müzakirə etdi - FOTO 11 Avqust 2020, 20:49 Hökumət təkzib etdi: komendant saatı tətbiq edilməyəcək 11 Avqust 2020, 20:35 ABŞ-da bir gündə 515 nəfər koronadan öldü 11 Avqust 2020, 20:19 Binəqədidə karantin qaydalarını pozanlar cərimələndi 11 Avqust 2020, 20:07 Livanda etirazçılar Prezidentin istefasını tələb edir 11 Avqust 2020, 19:57 Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı təxliyə ediləcək 11 Avqust 2020, 19:48 Hərbi hissədə ideoloji işə həsr edilən növbəti tədbir keçirilib - FOTO/VİDEO 11 Avqust 2020, 19:39 Aeroport yolunda qəza tıxac yaratdı 11 Avqust 2020, 19:30 Maliyyə dəstəyi üçün daha 148 min vergi ödəyicisi müraciət etdi 11 Avqust 2020, 19:21 Abşeronda sanitar-karantin qaydalarını pozan 28 nəfər cərimələndi - FOTO 11 Avqust 2020, 19:12 Azərbaycanda 15 yaşlı şagirdini hamilə buraxan müəllimə hökm oxundu 11 Avqust 2020, 19:03 Xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn görüş keçirilib 11 Avqust 2020, 18:54 Millimizin yeni baş məşqçisi “Qarabağ”ın oyununu izləyəcək 11 Avqust 2020, 18:45 Rusiya-Azərbaycan sərhədində gözləyən soydaşlarımız bu gün vətənə qayıdır 11 Avqust 2020, 18:36 Dadlı və faydalı quru meyvələri necə seçək? 11 Avqust 2020, 18:27 Baş nazir kafe və restoranlarla bağlı qərara dəyişiklik etdi 11 Avqust 2020, 18:18 Əqli qüsurlu qadın yaxınlarını axtarır - FOTO 11 Avqust 2020, 18:09 Dövlət Agentliyi daha 58 obyektdə qayda pozuntuları aşkarladı 11 Avqust 2020, 18:00 Müdafiə Nazirliyindən Nəcməddin Sadıqovla bağlı AÇIQLAMA 11 Avqust 2020, 17:54