Modern.az

Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə Katibi Azərbaycana gəlir

Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə Katibi Azərbaycana gəlir

Aktual

9 Fevral 2018, 12:45

Müqəddəs Taxt-Tacın Xarici dövlətlərlə əlaqələr üzrə Katibi Arxiyepiskop Paul Riçard Gallagher 9-12 fevral tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.

 

Bu haqda Modern.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Arxiyepiskop Paul Riçard Gallagherin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü, Fəxri Xiyaban və Şəhidlər Xiyabanına, Müqəddəs Məryəm Katolik kilsəsi, Təzəpir Məscidinə ziyarəti və başqa tədbirlərin təşkil edilməsi planlaşdırılır. 

Xarici İşlər Nazirliyində görüşdən sonra mətbuat konfransı nəzərdə tutulmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu