Modern.az

Polis ƏMƏLİYYAT keçirdi: 59 nəfər TUTULDU

Polis ƏMƏLİYYAT keçirdi: 59 nəfər TUTULDU

Aktual

7 Mart 2018, 10:48

Daxili İşlər Nazirliyi (DİN) 2018-ci il martın 6-dan 7-dək daxili işlər orqanlarındaqeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

 

DİN-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 94 cinayət faktı qeydə alınıb.

 

Onların da 14-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 7 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü