Modern.az

Ağdaşda üçotaqlı ev yandı

Ağdaşda üçotaqlı ev yandı

Aktual

9 Mart 2018, 00:14

Ağdaşda yanğın olub.

Modern.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Aşağı Ləki kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli, 3 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları 74 m² sahədə yanıb. Evin qalan hissəsi və ona bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!