Modern.az

Deputatlar tətili harada keçirəcəklər..? (III Yazı)

Deputatlar tətili harada keçirəcəklər..? (III Yazı)

1 Avqust 2011, 13:55

İsti yay günlərində hamı istirahət etmək istəyir... Bunun üçün cibinin dolu, bir də zamanın olması yetərlidir. Maraqlıdır, Milli Məclisin deputatları istirahət üçün haranı seçirlər..?

Modern.az saytı millət vəkilləri ilə sorğuları davam etdirir.

Deputat Elman Məmmədov bildirib ki, o bütün dövrlərdə tətil müddətini Azərbaycanda keçirib. “Hesab edirəm ki, insan ömür boyu bütün tətil dövrünü Azərbaycanın gəzməli yerlərinə sərf etsə,  respublikamızın 30-40 faizini gəzib qurtara bilməz. Ona görə də mən istirahət müddətində  diqqəti həmişə Azərbaycanaa verirəm, indi də Bakıdayam. İstirahətimi Azərbaycanda keçirməyə üstünlük verəcəm”.

Deputat Fərəc Quliyev isə xaricə olduğunu bildirib.

Millət vəkili Sabir Rüstəmxanlı da Bakıda olduğunu qeyd edib. O bildirib ki, işlərinin çoxluğundan istirahətə vaxt ayıra bilmir.
“Amma mən işimi və xaricə səfərlərimi istirahət kimi qiymətləndirirəm”-deyə o qeyd edib.

Deputat Fərhad Qəribov hazırda Şamaxıdadır. O qeyd edib ki, 15 gün Kürdəmirdə istirahət edib. “Kürdəmirdəki “İstisu” sanatoriyasında istirahət etdim. Orada çıxan suda “Radon” var ki, o dünyada az tapılan müalicəvi əhəmiyyətli maddədir və ürək-damar xəstəliklərinə xüsusilə xeyirlidir. İndi isə Şamaxıdayam və Şamaxının havasını, şəraitini dünyanın heç bir yeri ilə dəyişmərəm”.
Fərhad Qəribov bildirib ki, ümumiyyətlə dincəlmək üçün Azərbaycanda bütün şərait var. Ona görə də xaricə üz tutmağı özü üçün məqbul hesab etmir.  

Deputat Fazil Mustafa da Bakıda olduğunu bildirib. O qeyd edib ki, həmişə Xəzərin sahilində dincəlməyə üstünlük verir. Millət vəkili bunu imkanı ilə əlaqələndirib, həm də qeyd edib ki, o uzağa getməyə xoşlamır. Deputat həm də futbol oynayır və futboldan ayrılmaq istəmədiyinə görə də xaricə üz tutmayıb. Eyni zamanda işlərinin çoxluğun da Bakıda qalmağa üstünlük verib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi