Arxiv
16 Noyabr 2010, 02:12 | ÖLKƏ
Həcc - İslamın 5 əsas şərtindən biri...

Həcc Allahın vacib buyurduğu əməldir və hər il onun icrası üçün milyonlarla müsəlman uca Tanrıdan günahlarının bağışlanmasını diləmək məqsədilə müqəddəs Kəbənin ətrafına toplaşır. Artıq bir neçə gündür dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlar Məkkə şəhərindəki müqəddəs yerləri ziyarət etmək üçün Səudiyyə Ərəbistanındadırlar. Noyabrın 15-də  2 milyondan çox zəvvar Həcc ayinlərinin icrasına başlayıb. Onların arasında 2 mindən çox azərbaycanlı da olub.

Həccə getməyin şərtləri

Həcc ziyarəti hər bir mömin müsəlmanın pulu və canı hesabına yerinə yetirdiyi əməldir. İslam dininə sitayiş edən hər kəsin ömründə heç olmasa bircə dəfə Həccə getməsi vacib buyurulur. Amma bunun üçün bir neçə şərtin yerinə yetirilməsi mütləqdir. Belə ki, ziyarətə gedən müsəlman həddi-buluğa çatmalı, maddi durumu onun səfərə çıxmasına imkan verməlidir. O, səfərdə olarkən ailəsinin maddi çətinlik görməməlidir. Bundan başqa insanın səhhəti qaydasında olmalıdır ki, Həcc əməllərini icra edə bilsin.
Xatırladaq ki, bu müqəddəs ziyarət kiçik və böyük Həcc olmaqla iki yerə bölünür. Kiçik Həcc ziyarəti ilin istənilən vaxtında həyata keçirilə bilər ki, bu zaman Həccin vacib  əməllərin bir qismi yerinə yetirilir. Bu ziyarəti yerinə yetirən müsəlman hacı adını qazanmır.
Böyük Həcc isə ildə bir dəfə İslam təqvimi ilə Zilhiccə ayının əvvəllərində yerinə yetirilir və daha geniş ibadətlərlə müşayiət olunur ki, onları icra edən müsləmanlar hacı adı qazanırlar.

Ümrə ziyarəti

Həccə gedən müsələmman ilk növbədə ümrə ziyarətini yerinə yetirməlidir ki, bura da 5 vacib əməl daxildir: ehram bağlamaq, Kəbənin təvafı, təvaf namazı, Şəfa və Mərvə dağları arasında yürüş etmək, təqsin (yəni başın tükündən bir qədər kəsmək və dırnaq tutmaq).
Ehram ziyarət geyimidir və iki ayrı parçadan ibarət olub tikişsizdir. Tikişsiz ehram yalnız kişilər üçündür. Ehram bağlayan şəxsə 24 işi etmək haram sayılır. Bunlar heyvan ovlamaq, qadınla yaxınlıq etmək, kəbin kəsmək, ətir vurmaq, sürmə çəkmək, güzgüyə baxmaq,  yalan danışmaq, Allah and içmək, barmaqlara və qola zinət əşyaları taxmaq, qadınlara zinət sayıla biləcək geyim və digər əşayalar geymək, bədənə yağ sürtmək, bədəndə olan bit və başqa həşəratları öldürmək, özünün və başqasının bədənindən tük çəkmək, bədəndən qan çıxartmaq, dırnaq tutmaq, diş çıxarmaq, silah gəzdirmək, hərəmdən (Kəbəni əhatə edən ərazi) gül və ya ağac qoparmaq, kişilər üçün başı örtmək və yol gedərkən kölgədə olmaq, qadınlar üçün üzü örtməkdir. Ümrə ziyarətinin sonuncu qaydası olan təqsirin (saç və dırnaqların kəsilməsi) icrasından sonra bu zamana qədər haram sayılan 24 əməlin hamısı halal olur.

Həccin əməlləri

Ümrə ziyarətindən sonra-Zilhiccə ayının 8-dən etibarən hər bir müsəlman Həccin əməllərinin icrasına başlamalıdır. Bu əməllərin sayı isə 13-dür. Öncə hamı ehram bağlamalıdır. Daha sonra Məkkə şəhərinin 24-cü kilometrliyində yerləşən Ərəfat çölündə dayanmaq lazımdır. Zilhiccə ayının 10-da (Qurban bayramı günü) sübh azanından gün çıxanadək Ərəfatla Mina dağının arasındakı Məşərül-Həram adlanın ərazidə dayanmaq gərəkdir. Gün çıxandan sonra zəvvarlar  Mina dağına qalxmalıdırlar. Burada gün batanadək hər bir zəvvar şeytana 7 dənə daş atmalıdır. Bu proses 3 gün davam edir. Daha sonra üç gün ərzində hər kəs Həccin əsas atributlarından olan qurbanlıq heyvan kəsməlidir. Qurbanlıq heyvan dəvə, inək, qoyun, keçi ola bilər. Bunun ardınca Mina dağına qalxan zəvvar saçından bir qədər kəsməli və dırnaqlarını tutmalıdır. Birinci dəfə ziyarətə gələn kişilər başlarını dibdən qırxdırmalıdırlar.

Bundan sonra ziyarətçi Kəbəyə qayıtmalıdır. Burada Kəbəni təvaf (7 dəfə dövrə vurmaq) etmək vacibdir. Zəvvarlar Kəbənin ətrafında dövrə vurduqca dua oxumalıdırlar. Sonra iki rükət təvaf namazı qılınmalıdır. Təvaf namazını qılan zəvvar müqəddəs Zəmzəm suyundan içib Səfa və Mərvə dağları arasındakı məsafəni 7 dəfə qət etməlidir. Nəhayət Həccin sonuncu əməli olan təvafi-nisa yerinə yetirilməlidir. Yəni hacılar niyyət edərək Kəbənin ətrafında dövrə vurmalı və ardınca iki rükət namaz qılmalıdırlar. Sadalanan Həcc əməllərinin hamısının ayrı-ayrılıqda dini, tarixi, fəlsəfi və ilahi məntiqi var.

Həcc əməllərini yerinə yetirərək hacı adını qazanmış müsəlmanlar sonda Məkkədə vida təvafı etməlidir. Bu zaman o, Allah evində daha çox namaz qılıb, özü, ata-anası, qohum-əqrəbaları, vətəni üçün dua edib, Zəmzəm suyundan içib bacardığı qədər Kəbə ətrafında dolanarsa savab yiyəsi olar. Vida təvafından sonra Məkkəni tərk edən hacılar İslamın ikinci müqəddəs şəhəri olan Mədinəyə gedərək Məhəmməd Peyğəmbər (s) və digər müqəddəslərin məzarlarını ziyarət etməlidir.

Müqəddəs ziyarətin tələfatları

Onu da qeyd edək ki, artıq neçə illərdir müqəddəs Həcc ziyarəti tələfatsız ötüşmür. Ən böyük faciə 1990-cı ildə baş verib. Məkkədən Minaya gedən tuneldə 1426 zəvvar ayaq altında qaldığından dünyasını dəyişib. Adətən bədbəxt hadisələr Mina vadisində-şeytana daş atma mərasminin icrası zamanı baş verir. Bu, Həccin ən təhlükəli mərasimi sayılır. Həmin mərasimin icrası basabasla nəticələnir ki, bu da zəvvarlar arasında tələfata səbəb olur. 2004-cü ildə şeytanın daşa basılması zamanı 252 zəvvar həlak olmuş, 244-ü isə xəsarət almışdı. Məhz 2004-cü ildə baş verən faciədən sonra Səudiyyə Ərəbistanı hökuməti şeytanın daşa basılma mərasminin icra olunduğu yerin yenidənqurulmasına milyonlarla dollar xərcləyib. Zəvvarların hədəfi nişan almasını asanlaşdırmaq üçün Şeytan hesab olunan beton dirəyin hündürlüyü 25 metrə çatdırılıb, onu əhatəsinə isə plastik materialdan qalın hasar çəkilib ki, basabas zamanı əzilənlərin aldığı xəsarət ağır olmasın. Bundan başqa asayişi qoruyan qüvvələrin müşahidə aparmasını asanlaşdırmaq üçün ərazidə xüsusi kameralar da quraşdırılıb. Lakin görülən tədbirlərə baxmayaraq hələ ki, bədbəxt hadisələrin baş verməsinin qarşısını almaq mümkün olmayıb.
2005-ci ildə 100-ə yaxın zəvvar təkcə şeytana daşatma mərasimi zamanı dünyasını dəyişib. 2006-cı ildə isə şeytanın daşlanması mərasimində 346 nəfər həlak olub. Bundan başqa müxtəlif xəstəliklər və digər səbəblərdən də hər il onlarla zəvvar dünyasını dəyişir.
Ümumiyyətlə, 1990-2006-cı illərdə 2,5 mindən çox zəvvar həlak olub.
Xatırladaq ki, ötən illərdə Həcc ziyarəti zamanı müxtəlif səbəblərdən bir neçə azərbaycanlı da vəfat edib. Digər mərhum zəvvarlar kimi onlar da Məkkədəki qəbristanlıqda dəfn olunublar. Bu il Həccə gedən zəvvarlardan biri yolda ürəktutmasından vəfat edib və onun meyiti Azərbaycana gətirilib.

 Adəm QORXMAZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda Dairə Seçki Komissiyasının sədri vəfat etdi 19 Fevral 2020, 18:30 Dəmir yolu stansiyasında partladıcılar tapıldı - FOTO 19 Fevral 2020, 18:21 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib 19 Fevral 2020, 18:10 Putin maaşının azlığından şikayətləndi 19 Fevral 2020, 18:03 İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi 19 Fevral 2020, 17:55 ABŞ-ın keçmiş səfiri və həmsədri Azərbaycanda görüşlər keçirir 19 Fevral 2020, 17:53 Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı 19 Fevral 2020, 17:50 Xəzərdə zəlzələ olub 19 Fevral 2020, 17:45 “Kimsə qapını camaatın üzünə bağlayıb...” - Məzahir Pənahov 19 Fevral 2020, 17:39 Prezident İlham Əliyev və Mehriban Əliyeva İtaliyada səfərdədir 19 Fevral 2020, 17:35 MSK Məlahət İbrahimqızının dairəsindən şikayətə BAXDI 19 Fevral 2020, 17:30 Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı - SƏRƏNCAM 19 Fevral 2020, 17:25 Cavid Osmanovun lider olduğu dairədə iki məntəqənin nəticəsi ləğv edildi 19 Fevral 2020, 17:21 Qidanın keyfiyyətini harada və necə yoxlatmalı? 19 Fevral 2020, 17:16 Aydın Mirzəzadənin lider namizəd olduğu dairə ilə bağlı QƏRAR VERİLDİ 19 Fevral 2020, 17:00 Axşam Xətai rayonunda su olmayacaq 19 Fevral 2020, 16:53 "Azərişıq" 5 min manat cərimə olundu 19 Fevral 2020, 16:46 MSK ittihamlara cavab verdi: “Bu hal ola bilməz” 19 Fevral 2020, 16:38 Protokolları verməkdən boyun qaçıran məntəqədə nəticələr ləğv olunacaq - Məzahir Pənahov 19 Fevral 2020, 16:30 Əhəd Abıyev Daşkəsəndə səyyar qəbul keçirdi 19 Fevral 2020, 16:24 Sevinc Fətəliyevanın dairəsində 5 məntəqənin nəticələri ləğv olundu 19 Fevral 2020, 16:22 MSK daha 3 dairə ilə bağlı QƏRAR VERDİ 19 Fevral 2020, 16:15 MSK-nın iclası BAŞLADI 19 Fevral 2020, 16:09 Paşinyan 2 generalı qovdu 19 Fevral 2020, 16:03 Saxta sənədlərlə maliyyə əməliyyatı aparan şəxslər SAXLANILDI 19 Fevral 2020, 15:57 Vidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılır 19 Fevral 2020, 15:50 Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb 19 Fevral 2020, 15:42 TƏBİB Ağdaşda yayılan təhlükəli virusla bağlı məlumat yaydı 19 Fevral 2020, 15:36 11 məntəqə ləğv edildi, fərq isə belədir... 19 Fevral 2020, 15:06 Ukraynadakı diaspor lideri GİLEYLƏNDİ: “Səfirin bizə qarşı qarayaxmalarını başa düşə bilmirəm” 19 Fevral 2020, 15:00 Bakı-Qazax yolunda raket tapılıb - FOTO 19 Fevral 2020, 14:54 Dağlıq Qarabağın azərbaycanlı icması ermənilərin saxtakarlığına münasibət bildirdi 19 Fevral 2020, 14:48 Bu fotoyla məşhurlaşan kənd müəllimi nazirliyə dəvət olundu - FOTO 19 Fevral 2020, 14:42 Ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət 19 Fevral 2020, 14:36 Azərbaycanın bu ərazisində təhlükəli xəstəliklər yayıldı 19 Fevral 2020, 14:30