Arxiv
12 Aprel 2018, 10:49 | HADİSƏ
Araz Əlizadə onu qadın hesab edən AŞPA həmməruzəçisinə CAVAB VERDİ  

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak dünən özünün “Twitter” bloqunda Azərbaycanda keçirilən növbədənəkənar prezident seçkisini müşahidə etdiyini yazıb. O, namizədlərdən birinin – Sosial Demokrat Partiyasından namizədliyini verən şəxsin qadın olduğunu yazıb.

Seçkidə iştirak edən 8 namizəddən biri, Azərbaycan Sosial Demokrat Partiyasından namizədliyini verən şəxs isə bu qurumun sədri, deputat Araz Əlizadədir.

Araz Əlizadənin Stefan Şennaka verəcəyi cavabın maraq doğurduğunu nəzərə alan Modern.az-ın əməkdaşı Sosial Demokrat Partiyasının sədri ilə əlaqə saxlayıb.

“Stefan Şennakın məni qadın kimi təqdim etməsinin səbəbini deyə bilmərəm. Onunla heç bir görüşümüz olmayıb. Bir-birimizi tanımırıq. Amma səlahiyyətli nümayəndəm Sevda Əliyeva ayın 9-da onlarla görüşmüşdü. Ümumiyyətlə, son günlər bir mövzu var. Araz Əlizadə qadındır, yoxsa kişi?!”, - deyə Modern.az-a açıqlamasında prezidentliyə keçmiş namizəd, Milli Məclisin deputatı  Araz Əlizadə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan ŞennakIın onu qadın kimi təqdim etməsinə münasibət bildirərkən deyib. 

Araz Əlizadə həmməruzəçinin onun adını Arzu kimi oxuması iddiasına da aydınlıq gətirib.

“Azərbaycanda Arzu adında qadın da, kişi də var. Düşünmürəm ki, o, Araz adını Arzu kimi oxusun. O, ümumiyyətlə, Arzu sözünün mənasını bilmir. Mənə elə gəlir ki, o, diqqətlə qulaq asmayıb və ona görə də belə yanlışlığa yol verib”.

Prezidentliyə keçmiş namizəd bir dəfə də digər bir halla rastlaşdığını bildirib:

“Keçən prezident seçkilərində (2013) Latın Amerikasından bir müşahidəçi vardı. Onların qarşısında çıxış edəndə baxdım ki, bu adam yatıb. Ola bilər ki, yorulub. Görüş başa çatandan sonra  əl çalınanda bu yuxudan ayıldı və əlini qaldırdı. Üzünü mənə tutaraq “niyə gender məsələsinə toxunmadınız?” dedi. Cavab verdim ki, “gender məsələsindən danışanda siz yatmışdınız”. Belə hallara rast gəlmək mümkündür”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BMT nümayəndəsi əhaliyə çağırış etdi - “Bunu Azərbaycan üçün edin” 10 İyul 2020, 11:25 Yaponlar bu dərmanın koronavirusa qarşı faydasız olduğunu SÜBUT ETDİ 10 İyul 2020, 11:20 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 10 İyul 2020, 11:15 Hacıqabulda reydlər davam edir - FOTO 10 İyul 2020, 11:09 “5 ayın iqtisadi göstəriciləri gələcəyə dair pozitiv vədlər verir” - Deputat   10 İyul 2020, 11:03 “İki sahil”in nəşrə başlamasından 29 il ötür 10 İyul 2020, 10:58 Asiya Parlament Assambleyasının konfransı keçirilib 10 İyul 2020, 10:56 Həkim çatışmazlığı rezidenturaya sənəd qəbulunu yenidən aktivləşdirdi 10 İyul 2020, 10:52 ADU-nun Konfutsi İnstitutu onlayn seminar keçirib 10 İyul 2020, 10:48 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 10 İyul 2020, 10:44 Prezidentin verdiyi müsahibə xalqımızı birliyə çağırır   10 İyul 2020, 10:40 Ötən gün 1 440 nəfər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 10:36 KATV-nin interneti niyə çökdü? - Şirkətdən AÇIQLAMA 10 İyul 2020, 10:30  Gömrük Hospitalı işçi axtarır - həkim, tibb bacısı (qardaşı), xadimə... 10 İyul 2020, 10:24 Prokurorluq baldızını bıçaqlayan Anar Əlizadəni AXTARIR 10 İyul 2020, 10:18 Partiya sədrinə ağır itki üz verdi 10 İyul 2020, 10:12 Səhiyyə Nazirliyi koronaviruslu xəstələri 3 TƏSNİFATA ayırdı 10 İyul 2020, 10:06 Xüsusi karantin rejimi tətbiq olunan 16 bölgə üzrə 190 manat tam ÖDƏNİLDİ 10 İyul 2020, 10:01 Bu şəhərdə məktəblər virusa görə yenidən bağlandı 10 İyul 2020, 09:58 Ən çox iş yerini dəyişən müəllimlər bu şəhər və rayonlardan oldu 10 İyul 2020, 09:53 Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI 10 İyul 2020, 09:48 Samir Şərifova yeni səlahiyyət verildi - QƏRAR 10 İyul 2020, 09:42 Bakıda yenidən karantin postları QURULDU 10 İyul 2020, 09:36 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur 10 İyul 2020, 09:30 Azərbaycanda elektrik enerjisi istehsalı artıb  10 İyul 2020, 09:24 COVID-19-dan sağalanların immun sistemi ZƏDƏLƏNİR 10 İyul 2020, 09:18 Keçmiş deputat işsizdir: “Qorunmaqdan başqa yolumuz yoxdur” - MÜSAHİBƏ 10 İyul 2020, 09:17 Prokurorluq Şirvandakı qətllə bağlı məlumat yaydı 10 İyul 2020, 09:12 Ermənilər snayperlərdən atəş açdı 10 İyul 2020, 09:06 Füzulidə koronovirus pandemiyasına qarşı reydlər davam etdirilir 10 İyul 2020, 09:00 Heydər Əliyevə tərcüməçilik etmiş lerikli - Ərəblər ona heyrətlənmişdilər... 10 İyul 2020, 08:54 Göygöldə ferma yandı - xəsarət alanlar var 10 İyul 2020, 08:35 Boliviyanın müvəqqəti prezidenti koronavirusa YOLUXDU 10 İyul 2020, 08:24 Koronavirusdan sonra ən çox rast gəlinən FƏSADLAR 10 İyul 2020, 08:12 Bu gün ali məktəblərə ilk qəbul imtahanları keçirilir 10 İyul 2020, 08:00