Arxiv
28 May 2018, 23:45 | AKTUAL
Azərbaycan Cümhuriyyətinin son günündən “reportaj” - Top lüləsinin hədəfində olan parlament

Modern.az  1918-ci il 28 may tarixində əsası qoyulan və bu gün 100 yaşı tamam olan   möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı növbəti yazını təqdim edir:

 

Bu dəfə Cümhuriyyətin sonuncu gününün xəyali təsvirini diqqətiniziə çatdıracağıq. Amma təbii ki, sənədlərin, faktların dili ilə... Həmin ağrı-acılı gündə sapı özümüzdən olan baltalar görün nə qədər əlimyandıda olduğunu, canfəşanlıq etdiyini siz də görün...

 

Çingiz İldırım kursantları tərki-silah edir ki, vətəninə hücum edən bolşeviklərə silah çevirə bilməsinlər. Daha sonra özü dənizdən topların lüləsini parlamentə tərəf tuşlayır.

 

Nə isə... Gəlin, həmin gündən xəyali reportajı özünüz oxuyun. Faktlar Manaf Süleymanova aiddir. Allah rəhmət eləsin, yaxşı araşdırmaçı olub. Amma bolşeviklərin Bakını zəbtini az qala, bayram kimi qeyd edib. Parlamentin təslim olmaq haqqında qərarını qələbə verir. Biz isə heç vaxt həmin hissələri siz dəyərli oxuculara təqdim etmərik. Bu həm şanlı Cümhuriyyətimizə, həm də dəyərlərimizə qarşı hörmətsizlik olar:

 

“1920-ci il aprelin 27-də Azərbaycan İnqilab Komitəsi dərhal kömək üçün radio ilə Moskvaya - V. İ. Leninə müraciət etdi. Müraciətnamədə deyilirdi ki, Bakı proletariatı üsyan edərək Müsavat hökumətini yıxmışdır. İnqilab Komitəsi Gənc Rusiya Sovet Respublikası hökumətinə qardaşlıq ittifaqı bağlamağı təklif edir. Xarici və daxili əksinqilabın birləşmiş qüvvələrinə qarşı öz gücü ilə müqavimət göstərməyə imkanı olmayan İnqilab Komitəsi kömək üçün dərhal Qızıl Ordu hissələrinin göndərilməsini xahiş edir. Qızıl Ordunun Qafqaz cəbhəsinin sərkərdəsi M. N. Tuxaçevskinin əsgərləri Denikinin könüllü ağqvardiyaçı dəstələrini tar-mar edib Zaqafqaziyaya yaxınlaşmışdı. XI Qızıl Ordu artıq Dağıstanı təmizləyib Azərbaycan sərhədlərində idi. Bakı proletariatı var qüvvəsi ilə silahlı üsyana hazırlaşırdı. Mədən və zavodlarda, fabrik və emalatxanalarda, dəmir yolunda və donanmada, xüsusən hərbi gəmilərdə və əsgərlər arasında əlahiddə dəstələr yaradılmışdı; təbliğatçılar əhali arasında qızğın fəaliyyət göstərirdilər”.

 

 

Bu da Manaf Süleymanovun məşhur “Oxuduqlarım, eşitdiklərim, gördüklərim” kitabında yazdığı sözlər... Görəsən, o zaman Cümhuriyyəti devirmək üçün can atan Çingiz ildırımkimilər sonradan “qızıl, qızıl” dedikləri ordu sahiblərinin onları nə günə salacaqlarını təsəvvür edirdilərmi?!

 

Aprelin 25-də M. Q. Yefremov Qırmızı Ordunun İnqilab Şurasına çağırılır. Ona Bakıya hərəkət etmək əmri verilir. Aprelin 26-da Azərbaycan Kommunist Partiyasının və RKP-nin Qafqaz Ölkə Komitəsinin Bakı bürosu ilə birgə təcili iclasında əksinqilabçı Cümhuriyyət  hökumətini silahlı üsyan yolu ilə yıxmaq üçün operativ plan tərtib edilir. Qaraşəhər və Bayıldakı gizli anbarlardan fəhlələrə silah paylanır, Çingiz İldırım, Mirzə Davud Hüseynov, Həmid Sultanov və başqa bolşeviklərin topladıqları silahlar proletar inqilabına xidmət edəcəkdi. Eyni ilə Balaxanı, Sabunçu, Ramana, Binəqədi və sair mədənlərdə, Ağşəhər və Qaraşəhərdəki zavodlarda, dəmir yolu deposu və emalatxanalarında əhaliyə silah paylanır. Gəmilərdə, körpülərdə və tərsanələrdəki fəhlələrə isə Çingiz İldırımın göstərişi ilə silah verilir. Mədən və zavodlarda törədilə biləcək təxribat və yanğının qabağını almaq məqsədiylə xüsusi silahlı gözətçilər təyin edilir. Aprelin 26-da Azərbaycan Kommunist Partiyası MK nümayəndələri Q. Musabəyov, H. Cəbiyev və sairələri Dağıstan - Azərbaycan sərhədinə gəlirlər. Aprelin 27-si səhər AKP MK Müvəqqəti İnqilab Komitəsi yaradır və Nəriman Nərimanov Komitəyə sədr seçilir. Hərbi donanmanı üsyana hazırlamaq Çingiz İldırıma tapşırılır. Donanmada 7 hərb gəmisi vardı. Onlara güclü toplar qoyulmuşdu. Hərb gəmilərinin heyəti bütünlüklə kommunistlərdən və onların tərəfində olan adamlardan ibarət idi. Aprelin 26-dan 27-nə keçən gecədə, Çingiz İldırım gəmilərə top güllələri yollayır. Bayılda, ən hündür yerdə uzaqvuran sahil topları qoyulmuşdu.

 

“Aprelin 27-də səhər tezdən, Çingiz İldırım bir dəstə dənizçi ilə gözlənilmədən Bakı hərbi yunker məktəbinə daxil olub, bütün kursantları tərksilah etmişdilər. Bir az sonra fəhlələrlə bərabər birinci şəhər polis şöbəsini tutub və hökumətin Bayıldakı silah anbarını zəbt edirlər. Limanı tutandan sonra Bayıl həbsxanasındakı siyasi məhbusları azad edirlər. Dadaş Bünyadzadə, Rəhim Hüseynov, Qasım İsmayılov və digər bolşeviklər həbsdən xilas olurlar. Azərbaycan KP MK-nın sərəncamı ilə Xəzər hərbi donanması əmrə hazır idi. Bütün gəmilərdən aypara və səkkiz guşəli ulduz və üç (qırmızı, abı və yaşıl) rəngli müsavat bayraqları çıxardılıb əvəzinə Sovet Azərbaycanının çəkicoraqlı, ay-ulduzlu qırmızı bayraqları sancılır. Aprelin 27-də səhər saat 10-da Çingiz İldırımın komandası altında limandakı hərb gəmiləri top lülələrini Parlamentin binasına tuşlamışdı”.

 

Sonuncu gündən reportaj

 

Bakıda çox gərgin, qeyri-adi, təhlükəli vəziyyət yaranmışdı, hərbi donanma bütünlükdə, ordunun bir hissəsi, dəmir yolu, poçt, teleqraf, radio artıq bolşeviklərin əlində idi. Müsavat hökumətinin başçısı Nəsibbəy Yusifbəyov, hərbiyyə naziri Mehmandarovdan soruşur: “Müsavat ordusu düşmənin qarşısını saxlaya bilərmi?” Hərbi nazir Səmədbəy suala sualla cavab verir: “Siz hansı düşməndən danışırsız?” - Və özü də cavab verir.

 

– “Əgər daşnakları və menşevikləri deyirsinizsə, buna ümid etmək olar, lakin Qızıl Ordunu nəzərdə tutursunuzsa, bu mənasızdır, cənab baş nazir. Onlara qarşı bir an belə gücümüz çatmaz! Biz bolşeviklərlə döyüşməyəcəyik!”.

 

Vəziyyəti müzakirə etmək üçün aprelin 27-də səhər saat 10-da parlamanın fövqəladə iclası çağırılır. Hamı toplanır. Birdən salona başda Həmid Sultanov olmaqla üç nəfər daxil olur. Həmid Sultanov cəld addımlarla yaxınlaşıb içində ultimatum olan zərfi parlamanın sədrinə verir. Salonda hamı özünü itirir, hamı susur. Parlamanın sədri ultimatumu oxuyur: “Azərbaycan İnqilab Komitəsi parlamanı buraxıb Müsavat hökumətinin dərhal inqilabi komitəyə təslim olmağını tələb edir!”.

 

Elə bu vaxt, Çingiz İldırımın hərbi Qızıl Donanma adından Müsavat hökumətinə və parlamana göndərdiyi ultimatumu gətirdilər.

 

Parlaman sədri ultimatum gətirənlərə müraciət edərək dedi: “Quracağınız hökumətin siyahısını verin, məsələni fraksiyalarda müzakirə edək!”.

 

Həmid Sultanov Azərbaycan inqilabi komitəsinin siyahısını təqdim edir. Müzakirə başlandı.

 

Bu zaman şəhərdə…

 

Adını çəkdiyimiz mənbədən oxuyuruq: “Bu zaman şəhərdə dövlətlilər arasına neçə gün əvvəl çaxnaşma düşmüşdü. Dəmir yolu vağzalında, bina qarşısındakı meydanda, perronlarda adam əlindən tərpənmək olmurdu. Dəniz qırağında da körpülərdə eyni vəziyyət idi. Bolşeviklərə “Yardım alayı” dəstələrində şəhərdəki idarə və dövlətlilərin imarətlərini, Bank və ticarət müəssisələrini, zəngin mağazaları qorumaq, yanğına, soyğunçuluğa yol verməmək tapşırılmışdı. “Təzəpir” məscidindəki “Yardım alayı” dəstəsində məşq edən kommunist Məhərrəm Sultanov nəql edirdi ki, komandirimiz türk kommunisti Məmməd Tahir bizi “Tacirlər” bankı, “Volqa – Kama” bankı və “Şimal bankı” yerləşən binaların dövrəsində gözətçi qoydu və dedi: “Şurası müdafiə məntəqəsi. Sayıq bulunun!”.

 

 

Çox sərt və fikirli idi, adi vaxtlardakı mülayim rəftardan əsər-əlamət yox idi. Özü də silahlanmışdı. Danışanda səsi zəhmli, danışıq tərzi sərt idi. Qonşuluqdakı damı uçmuş, divarları dağılmış müsəlman teatrının xarabalığı adamın ürəyini göynədirdi. Küçələrdə də, ətrafda da qeyri-adi bir səs-küy, bir qarışıqlıq başlayırdı. Silahlı fəhlələrlə dolu maşınlar sürətlə şütüyürdü...”.

 

Birdən vağzal tərəfdən parovozun və yardıma gəlmiş “III İnternasional”, “Ulyantsov” zirehli qatarlarının sürəkli, qorxulu fit səsləri ucaldı... Hərb gəmilərinin fit sədaları da onlara qoşuldu.

 

Aprelin hələ 27-də axşam qaranlığı düşəndə ultimatumu müzakirə etmiş fraksiyaların qərarını parlaman sədri elan etdi: “Azərbaycan parlamanı bu gündən öz fəaliyyətini dayandırır və müsavat hökuməti bütün hakimiyyəti doktor Nəriman Nərimanovun sədrliyi altında qurulmuş Azərbaycan inqilabi komitəsinə təslim edir”. Qaranlıq tündləşirdi. Minarələrdən ucalan azan səsləri qızıllı kilsədə çalınan boğuq zəng səslərinə qarışırdı.

 

Amma o günə də çox qalmamışdı. Hansı günə ki, Nərimanov da, Qarayevlər də, İldırımlar da öz günahlarından asılacaqdılar…

 

Azərbaycan isə yenidən müstəqil olacaqdı!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tovuzda qəza - Piyada öldü 1 Dekabr 2020, 13:40 “Bakı Qarabağdakı xristian ziyarətgahlarının təhlükəsizliyini təmin edəcək” - Rusiya səfiri 1 Dekabr 2020, 13:34 Şəhidin son sözü: “Məndən narahat olmayın”… 1 Dekabr 2020, 13:32 “Ağdamdan Xankəndiyə yarım saat, Yerevandan isə 10 saatlıq yol var” 1 Dekabr 2020, 13:27 Vətən, torpaq, bayraq SEVGİSİ... 1 Dekabr 2020, 13:23 Azərbaycan XİN-dən Laçın TƏBRİKİ 1 Dekabr 2020, 13:20 Ermənistan təcili yardım sürücüsünün nəşini Azərbaycana təhvil verdi 1 Dekabr 2020, 13:18 “Üç ilə Laçın şəhəri də bizə qaytarılacaq” 1 Dekabr 2020, 13:14 “44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək” - İlham Əliyev 1 Dekabr 2020, 13:10 Rusiyalı sülhməramlılar: “Erməni əhalisi Laçını tərk edib” 1 Dekabr 2020, 13:08 Nazirlik bu vəzifələrə işçi axtarır 1 Dekabr 2020, 13:06 Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi 1 Dekabr 2020, 13:03 “Hanı o 7 şərt? Getdi işinə” – İlham Əliyev Ermənistana mesaj verdi 1 Dekabr 2020, 13:00 Qələbəni bizə yaşadanlara və qələbəmizə sevinənlərə eşq olsun! - VİDEO 1 Dekabr 2020, 12:56 Sabah hava necə olacaq? - PROQNOZ 1 Dekabr 2020, 12:52 Paşinyan məhkəmədə uduzdu 1 Dekabr 2020, 12:50 İlham Əliyev üçtərəfli bəyanatın detallarını ŞƏRH ETDİ 1 Dekabr 2020, 12:45 İlham Əliyev yeni çəkiləcək “Azərbaycan-Naxçıvan dəhlizi”ndən DANIŞDI 1 Dekabr 2020, 12:40 Prezident məhv edilən erməni texnikasının yekun siyahısını AÇIQLADI 1 Dekabr 2020, 12:35 “Biz Laçınımıza mədəniyyəti qaytarırıq” - Anar Kərimov 1 Dekabr 2020, 12:30 “Fransa parlamentinin bizim məsələ ilə nə işi var?” – İlham Əliyev 1 Dekabr 2020, 12:28 “Kimsə Qarabağ münaqişəsinin davam etdiyini düşünürsə, səhv edir” 1 Dekabr 2020, 12:25 Bəyanata əgər kimsə müdaxilə etmək istəsə...” - Prezidentdən sərt MESAJ 1 Dekabr 2020, 12:20 Təhsil Nazirliyi vaxtı uzatdı 1 Dekabr 2020, 12:17 “Ermənistan rəhbərliyində Laçını qaytarmaq fikri olmayıb” 1 Dekabr 2020, 12:14 Prezident bəzi sirləri açdı: “Laçın dəhlizi erməni işğalçılarından təmizlənib” - Müraciətin tam MƏTNİ 1 Dekabr 2020, 12:09 Prezident Laçının işğaldan azad olunması münasibətilə xalqı təbrik etdi 1 Dekabr 2020, 12:05 Prezident xalqa müraciət edib - VİDEO 1 Dekabr 2020, 12:00 İsveçrədəki azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu göndərib 1 Dekabr 2020, 11:54 Xanım sürücünün yolunu kəsən şəxs həbs edildi - VİDEO 1 Dekabr 2020, 11:52 Türkiyədən Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA 1 Dekabr 2020, 11:52 Bakının bu yollarında avtobuslar üçün xüsusi zolaqlar ayrıldı - SİYAHI 1 Dekabr 2020, 11:50 “Artıq dekabrın 1-dən sonra postmüharibə dövrü başlayır” - Malik Həsənov 1 Dekabr 2020, 11:48 “Sumqayıt - dənizə addımlayan şəhər...” - Rəhman Orxanın kitabı çıxdı 1 Dekabr 2020, 11:45 Təhsil haqqı dövlət tərəfindən ödənilən tələbələrin siyahısı AÇIQLANDI 1 Dekabr 2020, 11:43
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?