Modern.az

Binəqədidə tibb işçilərinin peşə bayramı keçirilib

Binəqədidə tibb işçilərinin peşə bayramı keçirilib

20 İyun 2018, 15:22

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq 14 iyun 2018-ci il tarixdə Binəqədi rayonunda yerləşən Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında   “17 iyun - tibb işçilərinin peşə bayramı” münasibəti ilə tədbir keçirilib.



Modern.az xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra hakimiyyətinin İctimai –siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov,şöbənin baş məsləhətçisi Seymur Hacıyev, Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəyalı Məmmədov və rayonda fəaliyyət göstərən  səhiyyə müəssisələrinin baş həkimləri və tibb personalı iştirak edibler.

 

Tədbiri giriş sözü ilə açan xəstəxananın baş həkimi Bəyalı Məmmədov ilk olaraq bütün tibb işçilərini təbrik edərək onlara bu müqəddəs və çətin işlərində uğur və müvəffəqiyyətlər arzulayıb.  Ölkədə səhiyyənin inkişafına, əhalinin sağlamlığına böyük yer ayrıldığını və Ölkə başçısı İlham Əliyev cənablarının fəaliyyətinin ilk günlərindən etibarən əhalinin sağlamlığının qorunmasını ölkənin prioritet vəzifəsi kimi müəyyən etdiyini çıxışında vurğulayıb.

 

Daha sonra çıxış edən Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər xəstəxanasının poliklinika şöbəsinin müdiri İsa Cahanov Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzlərinin açıldığını, köhnə tibb ocaqlarının yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunduğunu qeyd edib.

 

Səhiyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edən Binəqədi RİH Başçısı Aaparatının İctimai –siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Elman Dadaşov bildirmişdir ki, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli liderin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçiləri Gününün təsis etməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. Natiq çıxışında Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sosial yönümlü siyasəti, ölkəmizdəki ictimai-siyasi stabillik, iqtisadi inkişaf sayəsində həm bütün Vətənimiz üçün, həm də ölkə səhiyyəsi üçün uğurlu bir il olduğunu qeyd etmişdir.  Tədbirin sonunda “ 17 İyun – Tibb işçilərinin peşə bayramı” münasibətilə rayonun səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.

      

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...