Modern.az

Bu gündən Bakı-Sumqayıt yolu bağlanır

Bu gündən Bakı-Sumqayıt yolu bağlanır

Aktual

26 İyun 2018, 00:29

Bakı-Sumqayıt yolundan istifadə edən sürücülər alternativ yollardan istifadə etməlidir. Bu gündən Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından üzü Xırdalan dairəsi istiqamətinə qədər olan yolda hərəkət məhdudlaşdırlıacaq. Yola yeni asfalt-beton örtük vurulacaq. İşlərin qısa vaxt ərzində tamamlanması nəzərdə tutulub.

Modern.az xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, həmin istiqamətdə asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatında yenilənmə işləri aparılacaq.Yola yeni asflat-beton örtük vurulacaq.

 

Təmir işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından, yəni Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından dəmir yolu körpüsünədək olan hissəsini əhatə edəcək.

 

Sürücülərə isə Bakı Dairəvi-1 - Lökbatan-Hocahəsən , Binəqədi şosesi - Binəqədi-Biləcəri , Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat alternativ avtomobil yollarından istifadə etməkləri tövsiyə olunur.

 

Anar Nəcəfli “Xəzər xəbər”ə onu da bildirib ki,sonrakı mərhələdə Xırdalan dairəsindən üzü ''Vaz dairəsi'' adlanan hissəyə qədər yola yeni-asfalt beton örtükün vurulması nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!