Arxiv
27 Avqust 2018, 09:30 | REPORTAJ
Məşhurların övladları - Əli Əhmədovun doktor oğlu - FOTOLAR  

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... 

 

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da... Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... 

 

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

 

Budəfəki təqdimatımız baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun oğlu Fikrət Əhmədov barəsindədir.


65 yaşlı Əli Əhmədov
 1953-ci ilin 27 yanvarda Ermənistanın Basarkeçər rayonunun rayonunun Dərə kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olub, sonradan təhsilini Moskva şəhərində davam etdirib. Moskva Dövlət Tarix İnstitutunu bitirdikdən sonra Ə.Əhmədov Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alıb.


Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsində baş elmi işçi, 1976-79-cu illərdə  Azərbaycan Elmlər Akademiyasnda arxiv müdiri vəzifəsində çalışıb.

1979-1982-də Azərbaycan Dövlət Universitetində laborant, 1982-1997-də bu ali təhsil ocağında müəllim, böyük müəllim, dosent işləyib.

1978-ci ildən BDU-nun Politologiya və Sosiologiya kafedrasında çalışır. 1997-ci ildən indiyə kimi həmin kafedranın müdiridir. O, fəlsəfə elmləri doktoru, professordur.


Ə.Əhmədov 1997-1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsində müdir müavini, 1999-2000-ci illərdə  Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

05.11.2000-02.12.2005-də ikinci çağırış Milli Məclisin, 06.11.2005-29.11.2010-da üçüncü çağırış Milli Məclisin, 29.11.2010-12.11.2013-də dördüncü çağırış Milli Məclisin deputatı olub.

1999-cu ildən Yeni Azərbaycan Partiyasının icra katibi, 2005-ci ildən Partiyanın sədrinin müavini-icra katibidir.


Əli Əhmədov 22 oktyabr 2013-cü ildən indiyə kimi  Azərbaycan Respublikası Baş nazirinin müavini postunu tutur.

O, 2013-cü ildəAzərbaycan Respublikasının“Şöhrət” ordeni, 2009-cu ildə Polşa Prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Kavaler" ordeni ilə təltif olunub.

Əli Əhmədovun iki oğlu var. Onun oğlanlarından biri - Orxan Əhmədov prokurorluq sistemində işləyir.



Baş nazir müavininin digər oğlu Fikrət Əhmədov 9 aprel 1982-ci ildə Bakıda doğulub.

1999-2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində ali təhsil alıb.

2006-2012-ci illərdə təhsilini Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetinin urologiya kafedrasında davam etdirib. O, burada assistent doktor olaraq çalışıb və 2012-ci ildə uzmanlıq həkim dərəcəsi alıb.


Uroloq Fikrət Əhmədov 2012-ci ildə İngiltərənin London şəhərində yerləşən Great Ormont Street Hospital for children xəstəxanasında pediatrik urologiya ixtisası üzrə kurs keçib.

2013-cü ilin dekabr ayında tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb.

Fikrət Əhmədov 2008-ci ildən etibarən Endourological Society təşkilatının və European Association of Urology Assosiasiyasının üzvüdir.  2012-ci ildən Azərbaycan endouroloji dərnəyinin də üzvüdür.

F.Əhmədov 2013-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin  Urologiya kafedrasının baş laborant, 2016-cı ildən etibarən kafedranın assistenti vəzifəsində fəaliyyət göstərir.

2014-cü ildən hal-hazıradək Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır.

Eyni zamanda 2017-ci ilin dekabr ayında ATU-nun xarici tələbərlə iş üzrə dekanlığında dekan müavini vəzifəsinə təyin olunub.

Fikrət Əhmədov ingilis, türk və rus dillərini bilir.


A.Qorxmaz 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ceyhun Bayramov: "Bu yalnız sərhəd məsələsi deyil” 25 Oktyabr 2020, 12:39 Koreyada quş qripi aşkarlandı 25 Oktyabr 2020, 12:35 Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49 Paytaxtda COVID-19-a ən çox yoluxma bu rayondadır - STATİSTİKA 25 Oktyabr 2020, 09:46 “Hərbi sirri paylaşma, sakit dur!” - FOTO 25 Oktyabr 2020, 09:33 Qarabağda döyüşən erməni müğənni silahını atıb qaçdı 25 Oktyabr 2020, 09:27 Kiyevin meri koronavirusa yoluxdu 25 Oktyabr 2020, 09:23 Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa..." 25 Oktyabr 2020, 09:16 Ronaldu Həbibi təbrik etdi 25 Oktyabr 2020, 09:08 Şimali Kiprdə Qarabağa dəstək mitinqi  25 Oktyabr 2020, 09:00 "Böyük Dəbilqə"nin qalibi  mükafatını əsgərlərimizə göndərəcək 25 Oktyabr 2020, 08:58 “Samsung”un rəhbəri vəfat etdi 25 Oktyabr 2020, 08:44 Cəbhəyanı rayonlarda 9 partlamamış hərbi sursat aşkarlandı 25 Oktyabr 2020, 08:37 Dünyada koronavirusa yoluxma sayında rekord artım 25 Oktyabr 2020, 08:34 Rusiyada məşhur deputat güllələndi 25 Oktyabr 2020, 08:32 Müdafiə Nazirliyi: Düşmən qüvvələri Ağdərə və Xocavənddə məhv edildi 25 Oktyabr 2020, 08:29 Makqreqor Həbibi təbrik etdi 25 Oktyabr 2020, 08:18