Arxiv
22 Sentyabr 2018, 20:56 | AKTUAL
Leyla Əliyeva Beynəlxalq Sülh Günü tədbirində - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə bu gün Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib. Modern.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

 

Beynəlxalq Sülh Gününün təsis olunması tarixi və əhəmiyyətindən danışan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirdi ki, bu il Beynəlxalq Sülh Günü “Sülh hüququ: Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 70 illiyi” devizi altında keçirilir. O, ölkəmizdə də bu günün hər il yüksək səviyyədə qeyd olunduğunu bildirib. Nazir vurğulayıb ki, Beynəlxalq Sülh Günü ilə əlaqədar Ombudsmanın təşəbbüsü ilə ölkəmizdə hər il 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” keçirilir. Bu ay çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də müvafiq tədbirlər təşkil olunur.

 

Sahil Babayev dövlətimizin başçısının uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycanın öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda, mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran bir dövlət olduğunu vurğulayıb. Nazir, həmçinin ölkəmizdə sosial ədalət prinsipinə söykənən əmək və sosial hüquqlar sisteminin bərqərar olduğunu qeyd edib. O bildirib ki, insan hüquqlarının vacib tərkib hissəsi olan əmək və sosial hüquqlar sistemi daim mütərəqqi dünya təcrübəsinə əsasən təkmilləşdirilir.

 

Nazir qeyd edib ki, yeni qəbul edilən “Əlilliyi olan şəxslər haqqında” Qanun fiziki məhdudiyyətli vətəndaşlarımızın hüquqlarının müdafiəsi sahəsində beynəlxalq təcrübəni əks etdirməkdədir. Ölkəmizdə əlilliyi olan şəxslər üçün bərpa mərkəzləri şəbəkəsinin genişləndirilməsi, fərdi reabilitasiya proqramının icrası istiqamətində işlər aparılır.

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova Beynəlxalq Sülh Gününü təsis edən BMT tərəfindən bütün dünya dövlətlərinə sülhyaratma proseslərinin önündə getməyin, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmanın tövsiyə olunduğunu vurğulayıb. O, insan hüquqlarının təmin olunmasının yalnız sülh şəraitində mümkünlüyünü vurğulayaraq, torpaqlarının 20 faizi işğal edilmiş, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan ölkəmiz üçün sülh mövzusunun önəmli olduğunu diqqətə çatdırıb. Elmira Süleymanova Dağlıq Qarabağ münaqişəsi ilə üzləşən xalqımızın sülh mövzusuna həssas yanaşdığını deyərək, belə tədbirlərin sülh mövzusunun təbliğinə təkan verdiyini bildirib.

 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai BMT ilə Azərbaycan arasında insan hüquqlarının qorunması istiqamətində səmərəli əməkdaşlığın qurulduğunu vurğulayıb. Bildirib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsindən 70 il keçməsinə baxmayaraq, bu gün də bu istiqamətdə səmərəli işlər görülərək maarifləndirmə aparılır.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan əl işlərindən ibarət sərgiyə baxıb.

 

Sərgidə əlilliyi olan şəxslərin sülh mövzusunda yaratdığı incəsənət nümunələrinə, tematik əyləncə güşələrinə də baxış olub.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti burada sərgilənən əl işlərinin müəllifləri ilə söhbət etdi, əsərlərin yaradılması prosesi ilə maraqlandı, onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

 

Leyla Əliyeva BOCCIA İdman Federasiyasının idmançıları ilə də görüşüb. Ölkəmizdə BOCCIA idmanının yaradılması Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşıb.1984-cü ildə Paralimpiya Oyunlarının proqramına daxil edilən BOCCIA 34 il ərzində 50 ölkədə inkişaf etdirilərək sürətlə məşhurlaşıb. Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən 2013-cü ildən ölkəmizdə BOCCIA idman növünün təbliğinə başlanılıb və bu idman növü üzrə milli komanda yaradılıb. Azərbaycan idmanı üçün yenilik olan bu idman növündə ağır kateqoriyalı əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar güclərini sınaya bilərlər.

 

Beynəlxalq Sülh Günü kimi tədbirlər Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” çərçivəsində əhalinin hüquq düşüncəsinin inkişafına, sülh və dözümlülük mədəniyyətinin təbliğinə xidmət edir.

 

Leyla Əliyeva uşaqlarla birlikdə bütün dünyada sülh rəmzi olan göyərçinləri səmaya buraxıb.

 

Tədbir iştirakçıları Beynəlxalq Sülh Gününün daha bir rəmzi jestini həyata keçiriblər. Onlar rəngli boyalarla əl izlərini tabloya qoyublar.

Dənizkənarı Milli Parkda əlilliyi olan şəxslərdən və uşaq yaradıcılıq mərkəzlərindən olan rəqs qrupları musiqili proqramla çıxış ediblər. Maraqlı faktlardan biri də ondan ibarətdir ki, rəqs edənlər arasında eşitmə qabiliyyəti olmayan uşaqlar da var idi. Amma buna baxmayaraq bulvara gələn hər kəs bu çıxışları böyük maraqla izləyib.

 

Beynəlxalq Sülh Günü 1981-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən təsis edilib. 2001-ci ildə Baş Assambleya hər il Beynəlxalq Sülh Gününü qeyri-zorakılıq və atəşkəs günü olaraq qeyd etməyi qərara alıb. Bu əlamətdar gün BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayır. Yaponiya parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın mütləq dünya sülhü!” sözləri yazılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 7 Avqust 2020, 22:45 Təyyarə qəzasında 14 nəfər öldü - YENİLƏNİB 7 Avqust 2020, 22:32 Xəzərdə batan yeniyetmənin meyiti tapıldı 7 Avqust 2020, 22:13 Hacıqabulda SOCAR-a məxsus kəmərdə partlayış - YENİLƏNİB 7 Avqust 2020, 21:59 İri ticarət mərkəzləri bağlı qaldı   7 Avqust 2020, 21:47 Açıq havada idman oyunlarına İCAZƏ VERİLDİ 7 Avqust 2020, 21:22 Karantin rayonlarına giriş-çıxışla bağlı YENİ QAYDALAR 7 Avqust 2020, 21:17 Baş Nazirdən 190 manat birdəfəlik ödəmə ilə bağlı QƏRAR 7 Avqust 2020, 21:01 10 avqustdan bu qadağalar götürülür - RƏSMİ 7 Avqust 2020, 20:51 SOCAR-da Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə edildi 7 Avqust 2020, 20:43 Paytaxtda zəncirvari qəza: 7 avtomobil toqquşdu 7 Avqust 2020, 20:28 “Qobu park-3”-ə köçkünlərin yerləşdirilməsi başa çatır 7 Avqust 2020, 20:16 Azərbaycanla Türkiyənin qırıcları birgə havaya qalxdı – Təlimdən VİDEO 7 Avqust 2020, 19:21 Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır 7 Avqust 2020, 19:13 Bu şəhərdə hər kəs pulsuz koronavirus testindən keçəcək 7 Avqust 2020, 19:03 Saxta arayış satan baş həkim tutuldu 7 Avqust 2020, 18:44 Yol Polisi Bakını tərk etmək istəyən sürücülərə MÜRACİƏT ETDİ 7 Avqust 2020, 18:31 Avropada maska taxmayanları nə qədər cərimə edirlər? - MƏBLƏĞLƏR 7 Avqust 2020, 18:27 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır 7 Avqust 2020, 18:18 Sabah qruplarına müəllim axtarılır 7 Avqust 2020, 18:15 Deputat növbədənkənar sessiyanın xalqa faydasından danışdı 7 Avqust 2020, 18:06 Bakı yollarında 2 kilometrlik tıxaclar yaranıb - FOTOLAR 7 Avqust 2020, 18:00 Putin və Lukaşenko ilə “vaqnerçilət”in taleyini müzakirə edib 7 Avqust 2020, 17:55 Bu il yanğınlarda 23 nəfər həlak olub 7 Avqust 2020, 17:40 Abituriyentlərin nəzərinə: Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb 7 Avqust 2020, 17:35 Məhkəmə Əli Kərimlinin sürücüsünə iş kəsdi 7 Avqust 2020, 17:34 Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlandı 7 Avqust 2020, 17:28 Dolların manata qarşı məzənnəsi açıqlandı 7 Avqust 2020, 17:12 Milli Məclisin sədr müavini UFC-nin rəhbərinə müraciət etdi 7 Avqust 2020, 17:01 Azərbaycana 30 kq narkotik vasitə gətirən şəxs yaxalandı - VİDEO 7 Avqust 2020, 16:53 Yoluxma sayı 129-a düşdü: 421 sağalma, 4 ölüm 7 Avqust 2020, 16:44 2020-ci il tarixə bəşəriyyətin sınaq ili kimi yazılmaqdadır 7 Avqust 2020, 16:43 “Bakubus” sürücü axtarır 7 Avqust 2020, 16:39 Azərbaycanda məscid, kilsə və sinaqoqların sayı AÇIQLANDI 7 Avqust 2020, 16:37 Hakimliyə namizədlər yazılı imtahan veriblər 7 Avqust 2020, 16:29