Arxiv
22 Noyabr 2018, 09:17 | ƏDƏBİYYAT
Amerikanın azərbaycanlı cərrahının ÖMÜR HEKAYƏSİ…

Müəllifdən: Doktor Şapur Ənsari Cənubi Azərbaycandandır. İranda doğulub, böyüyüb. Uzun illərdir ABŞ-da yaşayır. Azərbaycan dövləti qarşısında xidmətləri var. Bir milyon dollar pul ödəyərək Vaşinqtonda Amerika-Azərbaycan Ticarət Palatası üçün bina alıb, dövlətimizə hədiyyə edib. Bunu heç qardaş qardaşa etməz...

Ötən il yayda övladları ilə birlikdə Azərbaycana getməyə hazırlaşırdı. Mənə zəng edib yardımçı olmağımı xahiş etdi. Dostlar sağ olsun, mən də dəyanətli dostlarımdan birinə zəng edib onu qarşılamağı, xidmətində durmasını xahiş etdim. Dostum canla-başla xahişimi yerinə yetirdi. Amma mənə bir şey çatmadı. Bu boyda səxavət göstərib dövlətimizə bir milyon dollarlıq bina hədiyyə edən adamı yüksək səviyyədə qarşılayası bir dövlət məmuru niyə tapılmadı? Biz niyə beləyik?


O da Azərbaycanın bütövlüyünü arzulayan aydınlarımızdan biridir. Böyük Azərbaycan sevdalısıdır. Bütün varlığı ilə Azərbaycana, millətinə bağlı adamdır…

Əsilzadələrə xas olan mədəniyyəti, kübar davranışı, iti zəkası ilə minlərlə insanın rəğbətini qazanıb. Onunla həmsöhbət olarkən azərbaycanlı olduğundan mənəvi zövq alırsan… 
Əlli dörd ildir ki, ABŞ-da yaşayır. Buna baxmayaraq, fikir və düşüncələrini ana dilində səlist, mükəmməl ifadə edə bilir…

Bəli, o da kifayət qədər maddi imkanları olan yüzlərlə soydaşımızdan biridir, amma maddi imkanlarını milli mənəvi dəyərlərin təbliğinə xərcləməyi bacaran nadir insanlardandır…

Cəsarətli ziyalıdır. 2015-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının iclasında geniş nitq söyləyir. Təqiblərdən qorxmayaraq çıxışında cənubda yaşayan azərbaycanlıların haqlarının İran dövləti tərəfindən kobudcasına pozulduğunu kəskin tənqid edir və bu problemi dünya ictimaiyyətinin nəzərinə çatdırır...

1999-cu ildə öz şəxsi hesabından bir milyon dollar ödəyərək ABŞ-dakı Amerika-Azərbaycan Ticarət Palatası üçün bina alıb. Üç rəngli bayrağımız bu gün də həmin binanın üstündə dalğalanır…
O, 1997-ci ildə xalq artisti, məşhur pianoçu Çingiz Sadıqovun müşayəti ilə Fidan və Xuraman bacılarının ABŞ-da konsertini təşkil edib və ABŞ-ın nüfuzlu orkestrlərindən birini kirayələməklə konsertin bütün maliyyə xərclərini özü ödəyib…

Azərbaycanda bir-neçə dəfə olub. Heç vaxt da əliboş getməyib…

ABŞ-da müasir texnalogiyalara uyğun, yüksək keyfiyyətli, on min tirajla audio disk buraxdıraraq, Bülbülün 100 illiyi münasibəti ilə Bakıda təşkil olunan yubiley tədbirinə hədiyyə edib…

O, 1974-cü ildə ABŞ-ın Miçiqan ştatı, Monro şəhərində yaratdığı özəl xəstəxananı 1994-cü ildən Qocalar evinə çevirib və məhz onun maddi imkanları hesabına orada ahıl yaşlı insanların yaşaması ilə yanaşı, müalicəsi də yüksək səviyyədə təmin olunur. Qırx nəfərlik xidməti personalı olan həmin qocalar evi iki dəfə Miçiqan ştatında birinci yerə çıxıb…

Bu siyahını uzatmaq da olar, amma onun xeyirxah əməlləri saymaqla tükənməz. Kim bilir, Allahla öz arasında sirr kimi qalan neçə-neçə xeyirxah əməlləri var…

Yaş fərqlərinə baxmayaraq Cavad Heyətlə uzun illər dostluq edib və dostunun fəaliyyətinə də biganə qalmayıb, dəfələrlə maddi dəstək göstərib…

Deyir ki, “doctor Cavad Heyətlə bizi bir-birimizə bağlayan Azərbaycan sevgisi olub. O da mənim kimi Azərbaycan aşiqi idi. Doktor ömrünün son illərində Azərbaycanda tez-tez olurdu. Heydər Əliyevlə dostluq əlaqələri var idi. Heydər Əliyev ona çox həssas yanaşırdı. Hətta onun tapşırığı ilə Cavadın Bakıda yaşamasına şərait də yaratmışdılar. Bakıya səfərlərimin birində ona təklif etdim ki, Əbülfəz Elçibəylə görüşüb, onu ziyarət edək. O vaxt Elçibəy Kələkidən Bakıya təzə gəlmişdi. Cavad dedi ki, birdən bizim bu ziyarətimiz yaxşı qarşılanmaz. Doğrusu, nə mən, nə də o, Elçibəyi yaxından tanımırdıq. Amma İran dövlətinin azərbaycanlılara qarşı ögey münasibətini tənqid etməsi, onların hüquqlarının pozulması haqqında dedikləri çox xoşuma gəlmişdi. Dedim, narahat olma, heç nə deməzlər, o da Azərbaycan tarixinin bir parçasıdır. Nədənsə razılaşmadı, özüm gedib Elçibəylə görüşdüm…”.

Ümummilli liderimiz Heydər Əliyev ilk dəfə ABŞ-da olarkən onun Vaşinqtonda, Çikaqoda Azərbaycan diasporası ilə keçirilən görüşlərində yaxından iştirak edib, onunla şəxsən görüşə bilib. Deyir ki, Heydər Əliyevə həmişə rəğbətim olub. Hələ sovet dönəmində Moskvada işləyərkən onun varlığından qürur duyurdum. Fəxr edirdim ki, SSRİ kimi nəhəng bir dövlətin başında duran insanlardan biri də Azərbaycan oğludur…

O vaxt Azərbaycanın ABŞ-da səlahiyyətli səfiri olmuş Hafiz Paşayevlə bu gün də dostluq əlaqələrini saxlamaqdadı. Deyir ki, “Hafiz müəllim yüksək intilektə malik, sözün əsl mənasında ziyalı, insanpərvər, işıqlı şəxsiyyətlərdəndir. Çox şadam ki, “Bir səfirin monifesti” kitabında mənə də yer ayırıb…”.

Haqqında söhbət açdığım bu xeyirxah insan- ABŞ-da çox məşhur ürək cərrahı, professor Şapur Ənsaridir. Onunla ABŞ-ın Bloomfield Hill şəhərindəki evində- Xalq artisti, muğam ustası Alim Qasımovun ötən ilin axırlarında ABŞ-a səfəri zamanı, xalq artistinin gəlişi şərəfinə düzənlədiyi ziyafətdə tanış olduq. Əllidən çox ABŞ-da yaşayan azərbaycanlının iştirak etdiyi bu məclisə məni də dəvət etmişdi…

O, 1936-cı ildə, iyulun 2-də Cənubi Azərbaycanın Marağa şəhərində mülkədar ailəsində dünyaya gəlib. 

1956-1963-cü illərdə Tehran Tibb Universitetində ali təhsil alıb. 1963-cü ildə İranda ABŞ-ın səfirliyində təşkil olunmuş müsabiqədən uğurla keçərək bu ölkəyə dəvət alıb. 1963-1968-ci illərdə ABŞ-ın Veysteti Tibb Universitetində ürək cərrahı ixtisasına yiyələnib.1968-1971-ci illərdə Vaşinqtonda Corc Taun Universitetində təhsilini davam etdirib. 1971-ci ildə Miçiqan ştatının Monro şəhərinə dəvət almaqla həmin şəhərin iki böyük xəstəxanasında həkim-cərrah kimi çalışıb. Tezliklə kardialogiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1980-ci ilədək həmin vəzifədə işləyib.

1980-ci ildə Kanadaya dəvət alaraq bir il orda cərrah kimi fəaliyyət göstərib. 1981-ci ildə Vesqansen ştatının Mirvaki şəhər xəstəxanasında dünyaca məşhur amerikalı ürək-damar cərrahları ilə birlikdə beş il ürək damarlarının dəyişdirilməsi ilə məşğul olub və cərrahiyənin bu sahəsinə mükəmməl yiyələnib. O vaxta qədər dünya səhiyyəsində yalnız həmin xəstəxanada ürək damarlarını dəyişdirə bilirmişlər. Beləliklə o, ABŞ-da bu əməliyyatı apara bilən beş cərrahdan biri olur. 
1986-1989-cu illərdə Ohaya ştatında çalışır. 

1989-cu ildə İran İslam Respublikasına dəvət alır, iki il ərzində orada bir neçə mütəxəsis yetişdirməklə ürək damarlarının dəyişdirilməsi cərrahiyyə əməliyyatlarının təməlini qoyur. 
1992-ci ildə yenidən ABŞ-a qayıdaraq Miçiqan ştatında çalışır. Ötən bu müddət ərzində o, elmi fəaliyyətlə də məşğul olub, ABŞ-ın müxtəlif universitetlərində bu elmin sirlərini tədris edib, tibb elməri doktoru, professordur…

Deyir ki, “İran Azərbaycanında doğulsam da özümü müstəqil Azərbaycanın bir parçası sayıram. Çünki azddır, millətimin dili dövlət dilidir, insanları ana dilimizdə məktəbə gedir, bu dildə danışır. Harda olsam, hansı mühitə düşsəm də Azərbaycanla fəxr edirəm, azərbaycanlı olduğumdan qürur duyuram…”.


Elman Eldaroğlu,
ABŞ, Miçiqan ştatı

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ali məktəblərə və kolleclərə sənəd qəbulun vaxtı AÇIQLANDI 19 Fevral 2020, 13:12 Sabahın HAVA PROQNOZU - yağış, duman, qar 19 Fevral 2020, 13:06 Qeydiyyatsız evlərin sənədləşməsi həyata KEÇİRİLƏCƏK 19 Fevral 2020, 13:00 Azərbaycanda “google map” vasitəsi ilə narkotik satan şəxslər SAXLANILDI 19 Fevral 2020, 12:55 JTI yenidən “Ən yaxşı işəgötürən”dir 19 Fevral 2020, 12:49 Tibb elmində inqilab edən DAHİLƏR – Hippokratdan bu yana… 19 Fevral 2020, 12:42 BMU-nun tələbəsi Almaniyanın Koblenz Universitetinə təcrübə keçəcək   19 Fevral 2020, 12:35 Bakıda 7 evdən oğurluq edən xalaoğlular tutuldu - FOTO 19 Fevral 2020, 12:29 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinləyib - FOTO 19 Fevral 2020, 12:22 PA-nın şöbə müdiri parlament seçkilərindən yazdı: “Geriyə dönmək artıq mümkün deyil” 19 Fevral 2020, 12:15 Nailə Mirməmmədliyə BDU-da vəzifə verildi 19 Fevral 2020, 12:08 Gəncədə müzakirələr: Regionlarda gənclərin vətənpərvərlik tərbiyəsi - FOTOLAR         19 Fevral 2020, 12:02 Prezident Administrasiyasına bu məhkəmələrdən şikayətlər artıb - SİYAHI 19 Fevral 2020, 11:56 Məktəblilərə siqaret satanlar cərimələndi 19 Fevral 2020, 11:50 Təhsil Nazirliyinin “Azəriqaz”a 28 min borcu var 19 Fevral 2020, 11:44 Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq - YENİLİKLƏR 19 Fevral 2020, 11:38 Çempionlar Liqasında növbəti oyunlar keçiriləcək 19 Fevral 2020, 11:32 “Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması çətin məsələ deyil” - MÖVQE 19 Fevral 2020, 11:31 Həcc ziyarətinə getmək istəyənlərin sayında azalma var 19 Fevral 2020, 11:28 Polis 25 cinayətin üstünü açdı 19 Fevral 2020, 11:22 Azərbaycanda ən çox vətəndaş qəbul edən nazirliklər - TAM SİYAHI 19 Fevral 2020, 11:15 Almaniya səfiri: “Azərbaycanla ortaq mədəniyyət mərkəzləri yaradılacaq” - VİDEOMÜSAHİBƏ 19 Fevral 2020, 11:08 “BakuBus”ın sürücüsü  noutbuku sahibinə qaytardı 19 Fevral 2020, 11:02 Şagirdlər arasında V İngilis dili olimpiadası keçiriləcək 19 Fevral 2020, 10:56 Koreyada oxumaq istəyənlərin nəzərinə 19 Fevral 2020, 10:50 BTA-nın Azərbaycan Nümayəndəliyinin rəhbəri Goranboyda olub 19 Fevral 2020, 10:45 Prezidentə daha çox müraciət edən “MİRZƏLƏR”  19 Fevral 2020, 10:40 Sahibkarlar mallarını icbari sığorta etdirsinlər - TƏKLİF 19 Fevral 2020, 10:34 BANM-nin tələbələri Malayziyada qalib oldular - FOTO 19 Fevral 2020, 10:29 Prezidentə ən çox bu rayonlardan şikayət gəlir - SİYAHI 19 Fevral 2020, 10:23 “Qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsiyik” - Baş konsul 19 Fevral 2020, 10:16 Lənkəranda ötən ilin yekunları müzakirə edilib - FOTO 19 Fevral 2020, 10:10 Binəqədidə qanvermə aksiyası keçirilib - FOTO 19 Fevral 2020, 10:05 Türkiyənin tikinti şirkəti “MİDA”nı məhkəməyə verib 19 Fevral 2020, 09:59 Daxili orqanında narkotik və psixotrop maddələr keçirmək istədi 19 Fevral 2020, 09:53