Arxiv
6 Dekabr 2018, 14:33 | ƏDƏBİYYAT
Əkrəm Əylisli: “Özümə maksimum 5 il vaxt qoymuşam” - MÜSAHİBƏ

“Vallah, “Daş yuxular”da insanları aşağılamamışam”


Bu gün yazıçı Əkrəm Əylislinin 81 yaşı tamam olub. Yazıçı 1937-ci ilin bu günündə Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub.

Modern.az saytı doğum günündə 81 yaşlı Əkrəm Əylisli ilə söhbətləşib.  

- Əkrəm müəllim, 81 yaşınız tamam olur. Öncə sizi təbrik edirik.

- Minnətdaram!

- 81 yaşında olmaq necə hissdir? Ümumiyyətlə, doğum günlərinizi necə xatırlayırsız?

- Bilirsiz, siz soruşursuz, çox zaman da bir çoxlarının cavabı standartdan kənara çıxır. Standartlardan kənara çıxmaq istəmirəm. Olanı deyəcəm. Xüsusi günləri qeyd etməyi sevmirəm. Nədənsə mənə qeyri-səmimi gəlir.

- Doğum gününüzdə təbriklər alırsızmı?

- Həmişə bir nəfərdən təbrik alıram. Yenə də yad edənlər sağ olsun.

- O zaman söhbətin səmtini bir qədər dəyişək. Yaradıcılığınızda nə yeniliklər var?

- Yaradıcılığım belədir ki, bu yaxınlarda ABŞ-da 3 cildlik kitabım çapdan çıxıb. Kitabda sovet dövründən sonrakı vaxtlarda yazdığım əsərlər toplanıb. Bu, mənim üçün əhəmiyyətlidir. Sonuncu kitabım çox ciddi kitabdır.

- Bəs mövzusu nədir? Kitabda siyasi motivlər əks olunubmu?

- Siyasət boş şeydir. Bilmirəm, and içsəm inanarsız, yoxsa yox. Siyasətdən çox uzaq insanam.

- Deyəsən “Daş yuxular” əsəriniz sizə siyasətə “imza”  atdırdı...

- Vallah, yüz faiz inanıram ki, bizim ən vətənpərvər insanlarımız bu əsərlə fəxr edəcək. “Daş yuxular”da insanları aşağılamamışam. Nə isə... Bu söhbəti uzatmayaq.

- 81 yaş ixtiyarlıq çağıdır... Qocalıq sizi qorxutmur ki?

- Qocalıq qorxutmasa da, arada xəstəlik gəlib qapıda dayanır. Sizə bir etiraf edim:  81 yaş  insanın ən  kövrək dövrüdür. Belə bir məsəl var. “Filankəs  81 yaşında uşaq kimidir”. Bu sözdə çox böyük həqiqət var. Elə bil insan qocalıqda keçmişə qayıdır. Təsəvvür edin: yadıma 50 yaşımı salıram. Elə bilirəm dünəndir. Bir də çönüb 81 yaşında qabağa baxırsan. Heç nə yoxdur. Özümə maksimum 5 il vaxt qoymuşam. Bundan artığını düşünə bilmirəm.

- 30-40 yaş insan həyatının gənclik illəri hesab edilir. O illər üçün darıxırsızmı?

- İnsan üçün ən gözəl illər uşaqlıq çağıdır. 1 yaşdan 10 yaşa qədər olan dünyam və mənim hiss etdiklərim... o qədər maraqlıdır ki, yerdə qalan 70 ildə nə olubsa,  onların hamısından təsirlidir.

- O zaman xəyallarızda  Əylis kəndinə də tez-tez qayıdırsız?

- Canım da, varlığım da Əylisdir.

- Sanki danışdıqca kövrəlirsiz?

- Qocalıq bunu tələb edir. Bilirsiz, həmişə demişəm ki, pasportum Bakıdadır, qəlbim Əylisdə. Bu, həmişə belə olub. Bakı vətənimin, Əylis isə qəlbimin paytaxtıdır.

- Bu yaşda həyat yoldaşınız yəqin ki, sizə dəstək olur.

- Elə yaşdayıq ki, bir varlıq kimiyik. Allah uzaq eləsin, bir-birimizə yad nəyimizsə yoxdur. Yad mikrob evimizə düşə bilməz. İllərdir ki, beləyik.

- Kişilər yaşlandıqca, həyat yoldaşına daha çox bağlanır deyirlər. Razısızmı?

- Bilirsiz, o sözdə müsəlmançılıq damarı da var. Məsələn, deyirlər ki, kişi arvadını tərifləməz. Niyə axı?! Dostumla bağlı söhbətimiz yadıma düşdü. O, həmişə  evə çatmağa az qalmış həyat yoldaşını tərifləməyə başlayırdı. Bunu ona görə edirdi ki, içkili vəziyyətdə evə gəldiyinə görə arvad yaxşı qarşılasın. Nə deyirəm, onlarsız günümüz olmasın... 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan atəşkəsi 30 dəfə pozdu 20 Sentyabr 2020, 09:42 Paris İrəvanı Yaxın Şərqə “qaytarır” 20 Sentyabr 2020, 09:39 Gürcü alimi erməni sürüsünün silsilə riyakarlığı barədə  20 Sentyabr 2020, 09:24 Koronavirusa ən yüksək yoluxma baş verən daha bir ölkə 20 Sentyabr 2020, 09:18 Bir “Əsrin müqaviləsi” kimi imzalandı, iki əsrin müqaviləsi oldu… 20 Sentyabr 2020, 09:14 Bakıda ağır QƏZA: “Mitsubishi” yol kənarındakı maneəyə çırpıldı 20 Sentyabr 2020, 09:08 Kosmik turizm başlayır... 20 Sentyabr 2020, 09:07 Bakının mərkəzində bina uçub - Sakinlərin harayına yetişən yoxdu – FOTO 20 Sentyabr 2020, 08:56 Abituriyentlərə XƏBƏRDARLIQ: Bu gün sonuncu gündür 20 Sentyabr 2020, 08:29 Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28