Arxiv
15 Dekabr 2018, 12:30 | ƏDƏBİYYAT
Əli Rza Xələfli xalqına 65 yaşın hesabatını verdi  

Cəbrayılsızlıq nisgilini düşüncələrində gizlədib, yazılarında büruzə verən şair, publisist, yazıçı Əli Rza Xələfli ömrünün 65-ci baharını yola saldı. Hamımızın sinədəftər redaktor kimi tanıdığımız düşüncə adamı həyatının bu çağında da öz ənənəsinə sadiq qaldı, dostları başına topladı, əvvəlcə rəsmi hissəni Azərbaycan Yazıçılar Birliyində, sonra bədiiləşmiş ziyafətini isə yaşadığı - sığındığı Lökbatan qəsəbəsindəki “Qaradağ” sarayında qeyd elədi.

Bir gündə baş tutan bu iki tədbiri birgə qeyd etməyimin yalnız bir səbəbi var. Ümumən demək olardı ki, SÖZ ADAMI yubiley törəninin növbəti yolayrımını elə UCA SÖZ-ün işığındaca yola saldı. AYB-nin Natəvan klubunda yazar dostumuzun əsərlərinin müzakirə olunduğu hissəni əslində ədəbiyyatın elmi-praktik konfransı adlandırsaq, bəlkə də tədbirə daha adekvat qiymət vermiş olarıq. Burada tənqidçi-professorlar Nizami Cəfərovun, Qəzənfər Kazımovun, Təyyar Salamoğlunun, ünlü ədəbiyyat adamı Qəzənfər Paşayevin, şair Oqtay Rzanın, general-yazar Yasəf Nəsirlinin, yubilyarın tələbə yoldaşlarının, digər elm, ədəbiyyat xadimlərinin çıxış və məruzələri yazarın çoxşaxəli yaradıcılığının elmi-bədii baxımdan qiymətləndirilməsi idi. Onların çıxışları boyu Əli Rza Xələfli yaradıcılığındakı əsas qayə, ideyalar dinləyicilərin qarşısında qat-qat açılırdı.

“Baş daşımın yazıları”, “Karvan körpüdən keçir”, “Üzü Qarabağa” və s. kimi 30 kitabla bərabər ortaya “Kredo” kimi ədəbiyyat qəzeti qoymuş yazarın bu boyda enerji ilə xalqına xidmətdən zövq aldığından, 65 yaşında yaradıcılığının hələ də çiçəklənmə mərhələsində olduğundan ağız dolusu danışan natiqlər onun yazılarında Qarabağ həqiqətlərinin yaşadığına da xüsusi diqqət çəkdilər. İki saatdan artıq davam edən tədbirdən sonra qonaqlar “Qaradağ” sarayına gəldilər.

Bəzən bu davamiyyətə “masa təmizləndi və yenidən qurularaq insanların ixtiyarına verildi” deyirlər. Çünki eyni ahənglə 65 illik yubiley bu dəfə musiqi sədaları və Azərbaycan nemətlərindən hazırlanmış təamlarla davam etdi. Uca SÖZ də öz yerində. Buradakı ziyafəti tanınmış aktyor, bədii qiraət ustası Azad Şükürov aparırdı. Dostlar, doğmalar, söz adamları yubilyara öz təbriklərini ünvanladılar, onun yubileyini söz çələngi ilə toxudular.

Hər iki tədbirdə çıxış edən Əli Rza Xələfli 65 yaşın ucalığından keçdiyi həyat yoluna nəzər salıb bütövlükdə xalqımıza ünvanlanan hesabat xarakterli çıxışlar etdi. Təkrarsız yazı adamı ömrünün, yaradıcılığının hər gününün, saatının, dəqiqəsinin xalqı qarşısında xidmət ola biləcəyindən zövq aldığını dilə gətirdi. Bizdən də yubilyara yeni-yeni yaradıcılıq uğurları, uzun ömür, can sağlığı arzulamaq qaldı. Dost arzusu çin olar, inşallah!


Nəzirməmməd Zöhrablı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BMU-nun gənc müəllimi Keele Universitetində tədqiqat aparıb 14 Oktyabr 2019, 10:10 “Vasim Məmmədəliyevin vəfatı hamımız üçün çox böyük itkidir” - Mehriban Əliyeva  14 Oktyabr 2019, 10:08 Bakının bu rayonu qazsız qalacaq 14 Oktyabr 2019, 10:04 Qənirə Paşayeva: “Bu düşmənə də, dosta da bir mesajdır” 14 Oktyabr 2019, 10:01 Cıdır düzü payızda – SON FOTOLAR 14 Oktyabr 2019, 10:00 Suriya kürdləri Türkiyəyə qarşı Bəşər Əsədlə BİRLƏŞDİ 14 Oktyabr 2019, 09:52 Gədəbəy atəşə tutuldu 14 Oktyabr 2019, 09:51 İran-Azərbaycan sərhədində İNSİDENT: sərhədçimiz bıçaqlandı - FOTO 14 Oktyabr 2019, 09:44 Göyərçin cildli kərkəs - Türk qanı axıtmaqdan ləzzət alan Njdenin dəhşətli CİNAYƏTLƏRİ 14 Oktyabr 2019, 09:38 “Türkiyəni qınayanlar evlərində rahat yatırlar” 14 Oktyabr 2019, 09:32 Türkdilli ölkələrin prezidentləri Bakıya toplaşır 14 Oktyabr 2019, 09:05 Şimali Kipr prezidenti rəsmi Ankaranı QƏZƏBLƏNDİRDİ 14 Oktyabr 2019, 08:57 Tənzilə Rüstəmxanlı: “Bizi biabır edən bu gənclər nə zaman yetişdi?” - MÜSAHİBƏ 14 Oktyabr 2019, 08:36 Dövlət Nəzarət Təhükəsizlik Departamenti... Adı vahimə yaradan, xüsusi geyim forması olan bu qurum nə işlər görür? - FOTOLAR 14 Oktyabr 2019, 08:13 Bu gün “Avro-2020”nin seçmə mərhələsində final kimi oyun: Fransa-Türkiyə - TƏQVİM 14 Oktyabr 2019, 08:11 “Avro-2020”nin seçmə mərhələsində daha 9 oyunun NƏTİCƏSİ 14 Oktyabr 2019, 08:01 Yeni robot fotoqraf işə başlayıb 14 Oktyabr 2019, 00:34 Niyam "Maşın"dan getdi: Laləni isə göz yaşları qorudu 14 Oktyabr 2019, 00:08 Bakıda jurnalist vəfat etdi 13 Oktyabr 2019, 23:57 Hakim səhvini etiraf edib Azərbaycandan ÜZR İSTƏDİ 13 Oktyabr 2019, 23:50 Makron təcili Təhlükəsizlik Şurasını topladı 13 Oktyabr 2019, 23:31 Suriya ordusu Türkiyəyə qarşı 13 Oktyabr 2019, 23:14 Vasim Məmmədəliyev vəfat edib 13 Oktyabr 2019, 22:56 "Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç  13 Oktyabr 2019, 22:38 Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi 13 Oktyabr 2019, 22:16 Millimiz hakim səhvinin qurbanı oldu - VİDEO 13 Oktyabr 2019, 21:57 Bakıda təkər emalı sexi yandı 13 Oktyabr 2019, 21:29 Azərbaycan idmançısı Olimpiya Oyunlarına lisenziya qazandı 13 Oktyabr 2019, 21:13 ABŞ hərbçilərini  Suriyadan çıxarmağa başlayıb 13 Oktyabr 2019, 20:47 Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqal 13 Oktyabr 2019, 20:26 Türk Ordusu 59 məntəqəni terrorçulardan təmizləyib 13 Oktyabr 2019, 19:31 Tanınmış telejurnalistə ağır itki üz verib 13 Oktyabr 2019, 18:53 Müsavat Partiyasında yeni başqan məlum oldu - NƏTİCƏLƏR 13 Oktyabr 2019, 18:26 NASA-dan ürküdücü FOTOlar - "Dünya fəlakətə doğru gedir!" 13 Oktyabr 2019, 18:00 Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə əmr verdi 13 Oktyabr 2019, 17:52