Arxiv
28 Dekabr 2018, 09:03 | ƏDƏBİYYAT
Təmənnasız Əbülfət Mədətoğlu  

Müasir dövrümüzdə kimsə təmənnasız bir iş görəndə bu, hadisəyə çevrilir. O saat başlayırsan aləmə yaymağa ki, bəs filankəs çətin bir işimi yoluna qoydu, amma bir qəpik də ummadı. Təmənnasız insanlar indi azdır. Bəzi yaxşılıqlar da var ki, onun təmənnasızlığa aid etmək olmaz. Nəsə edir, sonra da balığı atır dəryaya. Vaxtı çatanda qarşılığında balina tələb edir. Bu, təmənnasızlıq deyil. 

Jurnalistika sahəsində isə təmənnalar müxtəlifdir. Pul umanları çoxdur. Pulu çox olandan pul umaq isə məncə qəbahət sayılmır. Dediyini vermişəm, qarşılığını ver. Haqqındakı tənqidi çap etməmişəm, çəkmişəm göstərməmişəm və ya səhifədən çıxartmışam, buyur meydana. Daha doğrusu, çox vaxt qapını özləri döyürlər. Üstəlik dost-tanış da tapıb xahiş-minnətə göndərirlər. Amma bir də var əvəz-əvəz. Jurnalist kimi yaxşılığın keçir, qarşı tərəf də bunu unutmur. Günlərin bir günü quyruğun qapı arasında qalanda, boğularkən saman çöpünə möhtac olanda bax elədiyin yaxşılıqlar qarşına çıxır, köməyinə gəlir.

Bir də var yazıçı-şair, jurnalist tayfasının biri-birinə təmənnası. Sovet vaxtı rahat idi. Yazın çap ediləndə və qonorar almağa gələndə və sənə yüksək hədd qonorarı yazılanda öz dostlarını axşam yemək-içməyə dəvət edirdin. Etməyəndə isə gələn dəfə qonorarın yüksəyini sənə yazmırdılar. Təmənna qonaqlıqdan uzağa getmirdi.

İndi isə zəmanə dəyişib. Qəzet, sayt redaktorları nəinki qonorar verir, heç öz işçilərini də normal dolandıra bilmirlər. Bunlar bir tərəfə – yaxşı yazı tapıb çap etmək də çətinləşib.

Özümə gəldikdə isə çap olunmaq problemiylə rastlaşmamışam. (Atamın timsalında bunun nə olduğunu isə bilirəm.) Ad çəkmək istəməzdim. Çünki hansı birini unutsam inciyəcəklər. Sayt, qəzet redaktorlarının hamısından razıyam.

Təmənnasızıq bir-birimizə qarşı. Amma bu o demək deyil ki, ucdantutma göndərdiyim yazıların hamısını çap edirlər. Çox vaxt qoruyurlar məni. Deyirlər ki, yaxşı yazıdır, amma məsləhət deyil. Gözəl anlayıram ki, bəhanə etmirlər. Məni çox istədiklərindən yazımı “brak” edirlər. Məni çox istəyənlərdən biri də bu günlərdə 60 yaşını qeyd edən şair, “Ədalət” qəzetinin baş redaktor müavini Əbülfət Mədətoğludur.

Onu imzasını çoxdan tanısam da, şəxsi tanışlığımız yox idi. Günlərin bir günü “Ədalət” qəzetinə getmişdim. Leyla Əliyevanın şeirlərindən ibarət “Poeziya” tərcümələr kitabımı böyük həmkarım, köhnə qonşum Aqil Abbasa təqdim etmək üçün. Redaksiyanın dəhlizində rastlaşdıq. Kitabı ona uzatdım. O da təbrik edib, kitabı yanında dayanan bir nəfərə verdi ki, bu haqda yazarsan. Həmin bir nəfər adını eşitdiyim, yazılarını oxuduğum, amma üzünü ilk dəfə gördüyüm Əbülfət Mədətoğlu idi. Ertəsi gün “Ədalət” qəzetində gözəl bir yazı çıxdı. O saat hiss olunurdu ki, 200 səhifəlik kitabı sonacan oxumuşdu. Belə hallarda ənənəyə sadiq qalıb annotasiyaya bir-iki xoş cümlə, boğazdan yuxarı tərif artırıb “dejurnı” yazı yazmamışdı.

Sonra “feysbuk”da dostlaşdıq. Mən öz köhnə yazılarımı səhifəmdə paylaşmağı çox sevirdim. Amma bilmirdim ki, bu yazıları diqqətlə oxuyub qiymətləndirənlər də var – nə vaxt yazılmasından asılı olmayaraq. Kimsə zəng elədi ki, bəs sənin “Şeyxülislam kimdir?” adlı yazın “Ədalət” qəzetində çıxıb. Özü də bütöv bir səhifə. Düzünü desəm inanmadım. Axı dörd il əvvəl yazmışdım. Tez qəzeti köşkdən aldım. Bu, Əbülfət Mədətoğlunun redaktor qiymətləndirməsiydi.

Sonralar kitab həvəskarı olduğunu bildim. Artıq redaksiyaya gedəndə kitablardan iki nüsxə götürürdüm. O cümlədən Qabilin 7 cildlik külliyyatını da.

Ona daha da yaxınlaşdıqca Füzuli rayonundan olan, qaçqınlıq həyatı yaşayan şair Mətləb Misir yadıma düşürdü. Mətləb Misirin 60 illik yubileyini AzTV-də mən işıqlandırmışdım. İllər sonra onun vəfatının ildönümündə yazdığım “Xalq şairi 22... Çadır şairi tək...” adlı xatirədə bu yubileydə aldığım təəssüratları vərəqə köçürtdüm.

 

HAŞİYƏ: Yazıçılar Birliyinə çatdım. 3-cü mərtəbəyə qalxdım. Atam – Xalq şairi Qabil qarşıma çıxdı.  “Sən gəlmisən çəkməyə? Bax a, bu yubilyar – Mətləb Misir –  çox gözəl insandır. Gözəl şairdir. Tanıyırsan?”. Çiyinlərimi çəkdim. Hirsini biruzə verərək  “Neftçalalı İmamverdi Əbilovu, Lənkərandan Mirhaşım Talışlını tanıyırsan da. Bizim Mətləb Misir də öz zonasının, rayonunun, kəndinin, mahalının ziyalısıdır – gözəl ziyalısı”.

Dinmədim. Nə deyə bilərdim ki. İstedadları xiridar gözü ilə seçən, hər adam haqqında bu cür sözlər deməyən Qabil Mətləb Misiri tərifləyirsə, deməli gözəl şair, gözəl insandır. Süjetim də bu insana layiq  süjet olmalıdır. Bir də gördüm ki, bizə çəlimsiz, arıq, gözlərindən qəm oxunan bir adam yanaşdı. Atam “Tanış ol, Mətləb Misir budur. Mətləb, AzTV-dən – “Xəbərlər”dən gəliblər səni çəkməyə”.
Amma demədi ki, oğlumdur. Mətləb özü macal vermədi. Qızardı. Əvvəlcə başa düşmədim ki, niyə qızardı? Sanki əsirdi. Demə rayona hər hansı bir qonaq gələrdisə şair, insan Mətləb Misirin evində qonaq olmasaydı, çörəyini yeməsəydi ondan inciyərmiş. Televiziya işçilərinə də xüsusi ehtiramı varmış.

Çox pis vəziyyətdə qoymuşdum onu. Sanki özünü doğma el-obasında –  Füzuli rayonunun Gecəgözlü kəndində sayırdı. Əlini ətrafında o yana, bu yana yellədərək sanki deyirdi: “Ana, Bakıdan – televiziyadan qonaqlarımız var  e, oğlunun 60 illiyini təbrik etməyə gəliblər. Ay uşaq, samavarı qoy. Ay qonşu, toğlunu kəs, mən qonaqları tək qoya bilmərəm. Manqalı qalayın. Təndir salın. Ay ana, plov dəmlə. Gətirin düzün stolun üstünə. Nə yaxşı gəliblər e məni təbrik etməyə? İndi bütün el-oba danışacaq. Zarafat deyil e, məni Az.TV1-də göztərəcəklər. Bütün Azərbaycan görəcək”. Bir anlıq duruxdu. Dayandı. Xəyallardan ayıldı.  Kəndlərində yox, Yazıçılar Birliyində idi. Üzünü bizə tutdu:

– Yox e, belə deyildi axı. Belə olmamalıydı axı. Niyə belə oldu axı. Mən Sizi belə qarşılayardım ki... Siz məni tanımırsız e? Qabil müəllim, Fikrət Qoca, Zəlimxan, burda hamı məni yaxşı tanıyır...

Sözünün xəbərini də, mübtədasını da itirmişdi. Çünki Vətənini itirmişdi.  Dalını gətirmirdi. Xəcalət çəkirdi deməyə ki, qaçqındır, çadır şairidir. ”Ağlamaqdan” qorxurdu, ağlamaqdan qorxurdu. Bu dərddən, nisgildən partlayıb “Çadır şeirləri” yazmağına hələ vardı.

Yubiley sözünün mənasını biliridi: “Yu, bilək”. Burdan çıxacaqdılar. 10-15-20 seçilmiş adam gedib qaçqın rayonlardan birinin adını daşıyan restoranların birində oturacaqdılar. (Hesabı Füzuli rayonunun İcra başçısı Nəbi müəllim ödəyəcəkdi.) Sağlığına badələr qaldıracaqdılar. Bu da ona böyük bir hörmətin nümunəsi olacaqdı. Amma o belə istəmirdi. 10,15, 20 adam istəmirdi. İstəyirdi ki, desin, qışqırsın ki, “ay camaat, ay bu zalda oturanlar, Sizin hamınızı kəndimizə dəvət edirəm. Avtobuslar sabah 9-da Yazıçılar Birliyinin qabağında Sizi gözləyəcək”. Amma deyə bilmirdi. Çünki özünün gedəcəyi mənzil çadır idi.  (SON) 

 

Əbülfət Mədətoğlunun da gözlərində bu qəmi, bu qüssəni hiss edirdim. Amma bilmirdim nədəndir. Günlərin bir günü Qış bulvarında Çingiz Əlioğluyla yürüyəndə Tuğ kəninə tez-tez getdiklərini və Əbülfətgilin evlərində qonaq olduqlarını, atası Mədət kişinin qonaqpərvərliyini qeyd etdi. Onda bildim Əbülfət müəllimin üzünə çökən qəm-qüssənin səbəbini.

Sonralar Füzuli rayonun 1-ci katibi olmuş Əhməd Əhmədzadə haqqında yazdığım məqalədə atamın, anamın və dayım Rafiqin məni zastavaya buraxandan sonra Tuğ kəndinə getməsini təsvir etmişdim. Özüm də bilmədən demə Əbülfət müəllimin yarasının közünü qoparmışdım. Açıldı, nə açıldı. Dostlarla tez-tez kəndlərinə getməklərindən danışdı. Sonra isə büzüşdü, yumağa döndü – indi yurdsuz-yuvasızam. Getməyə yerim yoxdu – dedi.

Bu gün zəng edib yubileyini təbrik etmək istədim. Soruşacaqdım ki, bəs yığıncaq-zad varmı? Məni yaddan çıxarmamısan ki? Birdən yuxarıda yazdıqlarım yadıma düşdü. Çünki Əbülfət Mədətoğlu öz 60 illiyini balaca restoran çərçivəsində görmür. Çünki o, böyük bir elin, obanın işıqlı ziyalısıdır. Onun 60 illiyində Tuğ kəndinə iri avtobus yol almalıydı. İçində də bizlər.

Əbülfət müəllim şairdir. Gözəl xiridar-redaktordur. Mənimçünsə ən çox qiymətləndirdiyim bir xüsusiyyətin sahibidir – TƏMƏNNASIZDIR.

Yubileyiniz mübarək, Əbülfət müəllim!

Mahir QABİLOĞLU

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bələdiyyə seçkilərində namizədlərin qeydə alınması bu gün başa çatır 22 Noyabr 2019, 00:52 Nadir mavi almaz 14,9 milyon dollara satıldı 22 Noyabr 2019, 00:32 Bakıda oğru marketi qarət edib 2 nəfəri bıçaqladı 22 Noyabr 2019, 00:15 Gəncədə məmur komaya düşdü 21 Noyabr 2019, 23:57 Azərbaycan nefti bahalaşdı 21 Noyabr 2019, 23:43 Ad gününüz mübarək, professor! 21 Noyabr 2019, 23:33 Mövludun mübarək, Həsən Məmmədov! 21 Noyabr 2019, 23:30 Yeni Açıq Hökumət Fəaliyyət Planı müzakirə edildi 21 Noyabr 2019, 23:19 "Ölkəmizdə rus dilində təhsil tam şəkildə qorunub saxlanılıb" - Mehriban Əliyeva 21 Noyabr 2019, 23:01 Qaladakı qəzada ölən bir ailənin dörd üzvü dəfn edilib - FOTO, VİDEO 21 Noyabr 2019, 22:46 Futbol Federasiyasının rəhbəri istefa verdi 21 Noyabr 2019, 22:29 İranda itkin düşən sabiq deputatın meyiti tapıldı 21 Noyabr 2019, 22:13 Biləcəridə 12 yaşlı qızı maşın vurdu 21 Noyabr 2019, 21:55 QHT-lərə xəbərdarlıq: Məlumatlandırma sessiyaları başlayır 21 Noyabr 2019, 21:39 Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində  - FOTO 21 Noyabr 2019, 21:17 “İmkan olacaqsa, Sumqayıt bulvarını genişləndirməliyik” - PREZİDENT 21 Noyabr 2019, 20:59 Bu yollarda sürət həddi endirildi 21 Noyabr 2019, 20:44 İlham Əliyev AXC-Müsavat dövründən danışdı: “Yalvarırdılar, mən bunun şahidiyəm” 21 Noyabr 2019, 20:29 Dadaş Dadaşlinskidən Elxan Məmmədova atmaca - VİDEO 21 Noyabr 2019, 20:16 “Erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər”  - İlham Əliyev, YENİLƏNİB     21 Noyabr 2019, 20:00 Bakıda əcnəbi vətəndaşın pulunu kirayə qaldığı evdən apardılar 21 Noyabr 2019, 19:55 Ağcabədidə toy karvanında qəza olub, ölən və yaralananlar var – FOTO 21 Noyabr 2019, 19:47 Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi - SƏRƏNCAM 21 Noyabr 2019, 19:05 Rəsmi Bakı Paşinyana CAVAB VERDİ: “Öz xalqını aldatmaq cəhdidir” 21 Noyabr 2019, 18:53 İsrail Prezidenti Knessetə üç həftə vaxt verdi 21 Noyabr 2019, 18:42 Oqtay Əsədov: “Rusiya ilə yüksək siyasi dialoq iqtisadi sahəyə də təsir göstərir” 21 Noyabr 2019, 18:29 “Real” Maurisio Poçettinonu baş məşqçi gətirmək istəyir 21 Noyabr 2019, 18:18 “Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatını tərəflər müəyyənləşdirməlidir 21 Noyabr 2019, 18:10 Yevda Abramov xəstəxanaya yerləşdirildi 21 Noyabr 2019, 17:53 Mehriban Əliyeva Rusiya Prezidenti ilə görüşəcək 21 Noyabr 2019, 17:38 Azərbaycanın yeni Ombudsmanı bu üç nəfərdən biri olacaq - ADLAR 21 Noyabr 2019, 17:37 Bakıda “Porsche Cayenne”nin sürücüsü yolu kəsdi - Tıxac yaratdı - VİDEO 21 Noyabr 2019, 17:29 İlham Əliyev 70 yaşlı deputatla bağlı sərəncam verdi 21 Noyabr 2019, 17:22 İctimai Nəzarət Şuralarının Forumu keçirilsin – Jurnalist təşkilatından TƏKLİF 21 Noyabr 2019, 17:15 Kürəkəni Sarkisyana 20 milyon dollarlıq hədiyyə edib 21 Noyabr 2019, 17:09