Arxiv
17 Yanvar 2019, 13:15 | DİASPOR
Amerikanın cüdo üzrə azərbaycanlı çempionu  

2007-ci ildə ABŞ-ın Kaliforniya ştatının Ontario şəhrində keçirilən "Qış milli cüdo çempionatı"nda erməni güləşçini məğlub edərək, finala çıxmasına imkan verməyib. Hətta həmin güləşçinin erməni məşqçisi də onun əlini sıxaraq təbrik edib…

Evinin harasına baxsan orada Azərbaycanla bağlı, Azərbaycanı xatırladan nəsə görəcəksən. 12 ildir ki, ABŞ-da yaşayır, zərrəcə dəyişilməyib. Nə görkəmində, nə də dilində yad heç nə hiss olunmur…

Deyir ki,- "Səmimi sözümdür, Azərbaycanda idmana verilən dəyər dünyanın heç bir yerində verilmir. Yaxşı idmançının necə deyərlər, hamının gözü üstə yeri var"…

Haqqında söhbət açdığım Zaur Cəlilin atası Telman Cəlilov Azərbaycan Dövlət İncəsənət İnistitutunda "Səhnə hərəkəti kafedrası"nda müəllim işləyib, eyni zamanda Sumqayıt Dövlət Teatrının baş baletmestri olub. 1998-ci ildən ABŞ-da yaşayır. Hazırda "Nyu York Azərbaycan Mədəniyyət Mərkəzi"nin prezidentidir…

Zaurun həyat yoldaşı Leyla Rəhimova (Cəlil) muğam ifaçısıdır. 1998-ci ildə Türkiyədə keçirilən "Dədə Qorqud festivalı"nın, 1999-cu ildə "Pöhrə- 99" muğam müsabiqəsinin laureatı olub. 2000-ci ildə muğam müsabiqəsində 3-cü yerə çıxıb. 2002-ci ildə isə müsabiqənin "Qram Pri" mükafatına layiq görülüb. "O səs Türkiyə" tele müsabiqəsində iştirak edib. Cənnət adlı bir qızları var...

Zaur Cəlil 1985-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. 2003-cü ildə şəhərin 5 saylı məktəbində orta təhsilini başa vurub. Bir il sonra hərbi xidmətə çağrılıb. Ordudan təxris olunandan sonra, 2006-cı ildə ABŞ-a gəlib. Hazırda Minnesota ştatının Minneapolis şəhərində yaşayır…

Zaur 1991-ci ildən, 6 yaşından idmanın cüdo növü ilə məşğul olur. İlk vaxtlar Əhəd Rəcəblinin, 1995-1997-ci illərdə Zaur Rəcəblinin, 1999-cu ildə isə Tofiq Məmmədovun yanında məşqlərə qatılıb. Arada məşğul olduğu idman növünü roma-yunan güləşiylə dəyişib. Burada onun məşqçiləri Qərib və Tahir Əliyevlər olub. 2000-ci ildən yenidən Rəcəbli qardaşlarının yanında cüdo ilə məşğul olub…

2006-cı ildə ABŞ-a gəldikdən sonra, Nyu York şəhərində cüdo yarışlarına qatılaraq 60 kq çəki üzrə ştat çempionu olub və Roçester şəhərində keçiriləcək olimpiadaya vəsiqə qazanıb. Həmin yarışda da yüksək nəticə göstərərək, olimpiadanın qızıl medalına layiq görülüb… 
2006-cı ildən bugünədək 100-ə yaxın medal və kuboklarla təltif olunub. Yaşadığı Minnesota ştatının ardıcıl olaraq 11 dəfə çempionu olub… 

2015-ci ildə Texasda keçirilən Amerika çempionatının bürünc, 2016-cı ildə isə gümüş medalını qazanıb. 2017-2018-ci illərdə iki dəfə dalbadal qızıl medala layiq görülüb... 

Beləliklə, yeganə azərbaycanlı olaraq iki ildir ki, cüdo üzrə Amerika çempionudur. Amerika Cüdo Federasiyası tərəfindən M-1 dərəcəsi və sertifikatla təltif olunub. Zəfər çaldığı bütün yarışlarda Azərbaycan bayrağına bürünərək azərbaycanlı olduğunu fəxrlə nümayiş etdirir… 
Deyir ki,- "Master Cüdo uzrə dunya çempionatının iştirakçısı olmuşam. İnşəallah bu il yenidən yarışlara qatılıb bir azərbaycanlı olaraq yüksək pilləyə yiyələnməyə çalışacam. Amerikada MMA- qaydasız döyüş üzrə bir çox yarışlarda vuruşub qalib gəlmişəm. Hətta dünya şöhrətli Mayk Taysonla görüşümüz də olub…

2018-ci ildə öz vəsaitim hesabına "CHAMPIONS Gym" idman zalını açmışam. Və çalışacam ki, davamlı məşq edib daha da yüksək nəticələr əldə edim, tələbələr yetişdirib dünyada imzamı tanıdım"…

…Dilindən Allahın adı düşməyən, hər kəlməsindən təvəzökarlığı hiss olunan, milli kimliyini unutmayan, içində Azərbaycan sevdası gəzdirən bu gənclə tanışlığımızdan çox sevindim…
…Azərbaycan! Doğma məmləkətim, nə qədər ki, belə oğulların var, başın həmişə uca olacaq…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55