Modern.az

Bakı Metropoliteni güclü qar və şaxtaya hazır olduğunu bəyan etdi

Bakı Metropoliteni güclü qar və şaxtaya hazır olduğunu bəyan etdi

Aktual

17 Yanvar 2019, 17:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanvar ayının 17-dən 18-nə kimi şiddətli şimal-qərb küləyinin əsəcəyi ilə bağlı xəbərdarlığına uyğun olaraq, yanvarın 16-sı açıq hava şəraitində olan bütün təsərrüfat sahələrində müvafiq tədbirlər görmüş "Bakı Metropoliteni" QSC həmçinin güclü qar və şaxtalı hava şəraitinə tam hazırdır.

Bu barədə qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

B.Məmmədov qeyd edib ki, ən böyük çətinlik qatarların depodan xəttə verilməsi ilə bağlı olur:

“Elə buna görə də Metropoliten ataların “Qışa yaydan hazırlaş” tövsiyəsinə əməl edir. Qışın şiddətli, çovğunlu-qarlı günlərində qatarların hərəkəti üçün mane açıq səma altında olan park yollarında yarana bilər. Belə şəraitdə yollara, xüsusən yolayırıcı qurğulara, qarın çökməsinə imkan vermək olmaz. Əks halda bu qurğuların işində nasazlıq qaçılmaz və depodan yeraltı yollara qatar vermək mümkünsüz olar”.

Onun sözlərinə görə, qarla mübarizə qərargahının xidməti, məişət və yuyunma otaqlarının qışa hazırlığını təmin etmək məqsədi ilə lazımi təmir işləri aparılıb, qərargah normaya uyğun materiallarla, avadanlıqlarla və alətlərlə təmin olunub:

“İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və digər fərdi mühafizə vasitələri alınıb. Park yollarının ərazisi yoxlanılıb, yollar, yolayırıcı qurğular və üfürücü qurğuların yerləşdiyi yerlər təmizlənib. Yol sahələrində çəpərləmə ləvazimatının, alətlərin və avadanlığın vəziyyəti yoxlanılıb, işə yararsız alətlər təmir olunub.

Yol xidmətinin qəza-bərpa məntəqəsinin də vəziyyəti yoxlanılıb, qış şəraitinə tam uyğun olması təsdiq edilib. Qarın yığılması üçün tələb olunan alətlər saz vəziyyətdədir. Depo və park yollarında izolə qovşaqlarının vəziyyəti daim yoxlanılır, qüsurlu elementləri dəyişdirilir. Ümumən, qışa hazırlıq məqsədilə park yollarında digər profilaktik işlər mütəmadi yerinə yetirilir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır