Modern.az

2010-cu ilin dünyada Xocalı ili elan edilməsi təklifi irəli sürülüb

2010-cu ilin dünyada Xocalı ili elan edilməsi təklifi irəli sürülüb

Ölkə

13 Dekabr 2009, 17:18

Türkiyənin Bursa şəhərində “Yaxın tariximizdə türk və müsəlman soydaşlarımızın məruz qaldığı insan haqları məsələləri” adlı iki günlük simpozium dekabrın 13-də yekunlaşıb. Bu barədə Modern.az-a tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Türkdilli Olkələrin Parlament Jurnalistlər Assosiasiyasının sədr müavini qismində iştirak edən Elşad Eyvazlı məlumat verib. O, bildirib ki, simpoziumun sonunda yekun sənəd qəbul edilib. E.Eyvazlının sözlərinə görə, tədbirdə iştirak edən millət vəkili  Qənirə Pasayeva 2010-cu ilin dünyada türklər və müsəlmanlar tərəfindən Xocalı ili elan edilməsi təklifi ilə çıxış edib.

Xatırladaq ki, Ahıska Türkləri Federasiyasinin təşəbbüsü, Türkiyə Baş Bakanlığı, TİKA və Bursa Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə düzənlənən tədbirdə 50-dən artıq ölkənin  200-ə yaxın nümayəndəsi iştirak edib.

Simpoziumda rəsmi Türkiyəni dövlət naziri Faruk Çelik təmsil edib. Bursa şəhərinin rəhbəriyi, ayrı-ayrı ölkələrin millət vəkilləri,  müxtəlif təşkilatların rəhbərləri simpoziumun işinə qatılıblar. Tədbirdə Azərbaycandan Qənirə Paşayeva ilə yanaşı digər millət vəkilləri Sabir Rüstəmxanlı və Fazil Mustafa da iştirak edib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər