Arxiv
18 Yanvar 2019, 15:22 | AKTUAL
“Quş qripinə” görə aparılan monitorinq başa çatıb

“Quş qripi” xəstəliyinə görə yanvarın 14-dən başlayan növbəti monitorinq başa çatıb. Monitorinq ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX), Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

 

Modern.az xəbər verir ki, keçirilən tədbir köçəri quşların payız miqrasiyası nəzərə alınaraq Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda həyata keçirilib. Monitorinq keçirilən müddətdə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları seçmə üsulla ovlanmış 32 baş (Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatindan 5 baş, Salyan rayonundakı Şirvan Milli Parkından 3 baş, Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğundan 8 baş, Ağcabədi rayonundakı Ağ göl Milli Parkından 8 baş) köçəri quşlardan patoloji material, həmçinin Abşeron, Şabran, Salyan, Masallı, Kürdəmir, Samux, Sabirabad, Yevlax, Saatlı, Biləsuvar, Lənkəran, Ağcabədi rayonlarındakı və Mingəçevir şəhərətrafı ərazilərdə yerləşən şəxsi və quşçuluq təsərrüfatlarda saxlanılan 556 baş ev quşundan qan nümunələri götürüblər.

 

Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara rast gəlinməyib, eləcə də təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəlik qeydə alınmayıb.

Götürülmüş patoloji materiallar və qan nümunələri Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

Dövlət Baytarlıq Xidməti əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və s.) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılsın.

Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərzaq anbarında güclü yanğın 15 Dekabr 2019, 00:31 Bakıda yol qazası tıxaca səbəb olub 15 Dekabr 2019, 00:14 Məktəblər bu səbəbdən bağlandı 14 Dekabr 2019, 23:53 Leyla Əliyeva “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib 14 Dekabr 2019, 23:33 Azərbaycanlı tələbə Türkiyədə öldü - SƏBƏB 14 Dekabr 2019, 23:16 Mingəçevirdə gənc oğlanı bıçaqladılar  14 Dekabr 2019, 23:01 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 14 Dekabr 2019, 22:33 Müdafiə Nazirliyinin nümayəndələri Moskvada 14 Dekabr 2019, 22:14 Nigeriyada terrorda 19 nəfər öldü 14 Dekabr 2019, 21:52 "ABŞ sanksiya tətbiq etsə, buna məcbur olacağıq" - Çavuşoğlu 14 Dekabr 2019, 21:34 Azərbaycanlı futbolçunun baş məşqçisi erməni oldu 14 Dekabr 2019, 21:16 Üç ay ərzində dəm qazından 106 nəfər ölüb 14 Dekabr 2019, 20:54 Bazardakı yanğın 300 kv. metr sahəni əhatə edib: xəsarət alan yoxdur - RƏSMİ 14 Dekabr 2019, 20:36 Türkiyə, Almaniya, İran və İtaliyanın tibbi ekspertləri Bakıya toplandı - FOTO 14 Dekabr 2019, 20:19 "3-cü mikrorayon bazarı"ndakı yanğında iki avtomobil yandı 14 Dekabr 2019, 20:03 Bakının bu ərazisində işıqlar söndürüldü 14 Dekabr 2019, 18:52 AMİP deputatlığa namizədlərinin adlarını açıqladı - Etibar Məmmədov SİYAHIDA yoxdu 14 Dekabr 2019, 18:44 Çingiz Mustafayev adına radio satışa çıxarılmayacaq, amma... 14 Dekabr 2019, 18:41 3-cü mikrorayon bazarındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB 14 Dekabr 2019, 18:27 3-cü mikrorayon dairəsi BAĞLANDI - BNA sürücülərə müraciət etdi 14 Dekabr 2019, 18:21 MSK parlament seçkilərinin müşahidəsi üçün beynəlxalq təşkilatlara dəvət göndərib 14 Dekabr 2019, 17:54 “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verildi - FOTO 14 Dekabr 2019, 17:47 Ölkədə 500-dən çox abidənin təmirə ehtiyacı var - RƏSMİ 14 Dekabr 2019, 17:38 MSK: 125 deputat yerinə 268 şəxs namizədliyini irəli sürüb 14 Dekabr 2019, 17:26 İlham Əliyev krala məktub göndərdi 14 Dekabr 2019, 17:11 Polis Cəlilabadda xüsusi əməliyyat KEÇİRDİ 14 Dekabr 2019, 17:05 Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik etdi 14 Dekabr 2019, 16:57 İlham Əliyev 60 yaşlı icra başçısı ilə bağlı sərəncam verdi 14 Dekabr 2019, 16:43 Xaçmazda silsilə oğurluq edən şəxs saxlanıldı 14 Dekabr 2019, 16:36 Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirdi - FOTO 14 Dekabr 2019, 16:27 Milli Qəhrəmanın ailəsinə üçotaqlı mənzil verildi 14 Dekabr 2019, 16:16 Pənah Hüseyn seçkilərə qatılmayacaq: “Qərarım qətidir” 14 Dekabr 2019, 16:09 Müxalifət partiyaları seçki bloku yaradacaq? 14 Dekabr 2019, 15:49 Elvin İsayev Azərbaycana deportasiya edildi - RƏSMİ 14 Dekabr 2019, 15:24 Təbriz Qasımov dünya çempionu oldu - FOTO 14 Dekabr 2019, 15:13