Arxiv
18 Yanvar 2019, 15:55 | AKTUAL
O günlərin ağrıları

Hidayət Elvüsal


Görmüşük cana dəyən güllənin yeri qan verər, ağrıyar. Dəyməyən güllələrin yeri ağrıyır. Sənə, mənə, ona deyil, məhz BİZƏ dəymiş güllələrin yeri hələ də ağrıyır. 30 ilə yaxındır ki, bu yara qaysaq bağlamış. 30 ilə yaxındır ki, Qərənfilin göz yaşları qurumur. 30 ilə yaxındır ki, and içəndə üzümüzü AND yerinə tuturuq. “Leyli-Məcnun” məhəbbətinin sübutunu da orada, o AND yerində… İlham və Fərizənin timsalında hamı görüb. Görüb ki, bu millət cəsarətin, qətiyyətin və böyük məhəbbətin nə olduğunu bütün dünyaya bir daha bəyan edib.

Bizi güllələdilər, qırdılar, amma sındıra bilmədilər. Azadlıq yolundan dönmədik. Müstəqil olduq. Ən ali qurumlardan səsimiz ucaldı. Çoxları bizə möhtac oldu, qapımızı döydü. Qarşıladıq. Kömək əli uzaqdıq.

Xəyanət edənləri peşiman etdik. İndi çörək tapmırlar. Onun-bunun qapısında yüzillər boyu necə diləniblərsə, indi də dilənirlər. Azərbaycanın gücünü görən kimi, küçük kimi zingildəyib, ondan-bundan kömək umurlar. Və bu xəyanətkarlar bilirlər ki, təkbətək qalarıqsa… onlar yer üzündə qalmaz. Buna görə onları tək buraxmırlar. Nə vaxta qədər?

Uşaq uşaqdır, onu da bir vaxta kimi əzizləyirlər, böyüdürlər, sonra deyirlər ki, get başının çarəsinə bax. Baxa bilmirlər. Onlar qucağa öyrəşiblər. Müstəqil ola bilmirlər. Dilənib-dolanmaq adətləridir. Gecə-gündüz bizə ağızları sulana-sulana baxırlar.

Bax, 30 il əvvəlki faciələrimizin bəhanələrindən biri də bu xəyanətkar qonşulardır. Torpaq, çörək verdiyimiz qonşular. Əslində qonaq olan qonşular.

İndi də dəyməyən güllələrin yeri canımızı ağrıdır. Dəyən güllələr qəzəbini bəlkə də soyudub - kiminin ürəyində, kiminin sinəsində, kiminin ciyərində. Güllələrin qəzəbini qanı ilə soyudan igidlərimiz şəhidlərimiz AND yerimizdə, ürəyimizin başında, yaddaşımızdadır. Bayrağımızda həmişə yaşardırlar.

Bir il də keçəcək - 30 il olacaq. Sonra 50, 100, 1000… Unudacağıqmı? Gələcək nəsillərə dəyməyən, əsrlərin bu üzündə qalan güllələr onların da canını ağrıdacaqmı? Əgər ağrıtmasa, bu faciələr təkrar-təkrar yaşanacaq. Rəzil erməni bicliyi, bircə anda erməni faşizminə dönə bilir. Ümumiyyətlə isə faşizm ermənilərin qanında, genindədir. Bizi onlarla “dost” etmək istəyənlər unutmasınlar - erməni məqam axtaran yırtıcıdır. Nə qədər yaltaqdırsa, o qədər də əzazildir, cəlladdır. Nə qədər dostdursa, o qədər də düşməndir.

20 yanvar erməni bəhanəsi ilə tökülən qanımızdır. Sonralar daha nələr uydurmadılar. Ən şərəfsiz ordu silahsız xalqın üstünə gələn ordudur. 20 yanvardakı kimi. Xocalı faciəsindəki kimi. Heç vaxt, heç bir ordu Azərbaycanın üstünə şərəflə, haqla gəlməyib. Ya xəyanət, ya bəhanə, ya da müstəmləkə xəyalları ilə bu torpağı qanla sulayıblar.

…Bax, yenə o dəyməyən güllələrin yeri canımızı ağrıdır. Qanımız göz yaşına dönüb, axdıqca axır. Hər il bu zaman qərənfillər ağlayır. Matəmmi, yoxsa milli dirçəliş, mübarizə, qələbə bayramıdırmı?! Demək çətindir. Kədər və sevinc bir yerdədir. Şəhidlərimizə ağlayır, onların qələbəsi ilə qürur duyuruq.

30 ilə yaxındır ki, belədir. 100 illər, 1000 illər boyu da belə olacaq!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Neft zavodları İran istehsalı silahlarla vurulub - İDDİA 17 Sentyabr 2019, 00:33 Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşdü 17 Sentyabr 2019, 00:15 Qaxda ağır qəza: yaralılar var 16 Sentyabr 2019, 23:57 İlham Əliyev Mehriban Əliyeva ilə birgə dünya çempionatının açılışına qatıldı - FOTOLAR, YENİLƏNİB   16 Sentyabr 2019, 23:44 Xələf Xələfov İsveçrə ilə əməkdaşlıq imkanlarını müzakirə etdi 16 Sentyabr 2019, 23:31 Neftin qiyməti kəskin bahalaşdı 16 Sentyabr 2019, 23:14 UEFA "Qarabağ"a 4 milyon avroya yaxın pul köçürdü 16 Sentyabr 2019, 23:01 Rusiya, İran və Türkiyə liderləri Tehranda görüşəcək 16 Sentyabr 2019, 22:46 Bakıda 36 yaşlı kişi ürəyindən bıçaqlandı 16 Sentyabr 2019, 22:33 Tramp yenidən İranı hədəf aldı 16 Sentyabr 2019, 22:16 Qobuda daş karxanasında fəhlə öldü 16 Sentyabr 2019, 21:54 Türkiyə vitse-prezidentinin Bakı səfəri başa çatdı 16 Sentyabr 2019, 21:42 Paşinyan Sərkisyanın kürəkənini geri qayıtmağa çağırdı 16 Sentyabr 2019, 21:28 Bakıda xəstə kişi binadan yıxılıb öldü 16 Sentyabr 2019, 21:13 Qəzaya uğrayan təyyarə evin üstünə düşdü: 7 ölü 16 Sentyabr 2019, 20:42 Xəzərdə zəlzələ oldu 16 Sentyabr 2019, 20:29 Ərdoğan, Ruhani, Putin bir arada 16 Sentyabr 2019, 20:16 Tofiq Yaqublu Müsavat başqanı ola bilər 16 Sentyabr 2019, 20:01 Mingəçevirdə uşaq evindən oğurluq edildi   16 Sentyabr 2019, 19:57 Türkiyə və Azərbaycan ortaq vaqon istehsal edəcək 16 Sentyabr 2019, 19:50 Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sədrinin birinci müavini seçildi - FOTOLAR 16 Sentyabr 2019, 19:42 Elmar Məmmədyarov Romada FAO-nun baş direktoru ilə görüşüb   16 Sentyabr 2019, 19:34 Bu il bir tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - Nazir 16 Sentyabr 2019, 19:22 Yol hərəkəti qaydalarını pozan avtobus sürücüsu işdən ÇIXARILDI 16 Sentyabr 2019, 19:13 Gömrük Akademiyasında Bilik Günü qeyd olunub - FOTO 16 Sentyabr 2019, 19:03 Eldar Quliyev universitetə yeni qəbul olmuş tələbələrlə görüşdü - FOTOLAR 16 Sentyabr 2019, 18:54 Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürdü   16 Sentyabr 2019, 18:45 Vilayət Eyvazov polisdəki nöqsanlarla bağlı tapşırıq verdi 16 Sentyabr 2019, 18:36 DİN-də geniş kollegiya iclası keçirilib 16 Sentyabr 2019, 18:27 4 şəhər və rayonda lisey sinifləri açıldı 16 Sentyabr 2019, 18:18 UEFA “Qarabağ”ın hesabına bu qədər pul köçürdü 16 Sentyabr 2019, 18:09 Məktəblini maşın vurub öldürdü 16 Sentyabr 2019, 18:00 Yol polisi Bakı məktəblərində maraqlı aksiyalar keçirdi 16 Sentyabr 2019, 17:51 Lənkəranda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb 16 Sentyabr 2019, 17:48 Prezident: “Həmişə müəllimə böyük hörmət olub” - YENİLƏNİB 16 Sentyabr 2019, 17:42