Arxiv
23 Yanvar 2019, 08:29 | DİASPOR
Azərbaycan mətbəxinin ABŞ-dakı fədaisi...  

Ondan çox müsahibələr götrülüb, haqqında çox yazılıb, çox verilişlər hazırlanıb. Fəqət, onların heç birində bu xanımın gördüyü işin mahiyyəti yetərincə insanlara çatdırılmayıb. Sadəcə görüntü, sadəcə təqdimat…

…Ürəklə bağlı dilimizdə çox deyimlər var- ürəkli adam, ürəksiz adam, cəsur ürək və s.. Amma çox nadir işlənən bir ifadə də var- dəli ürək. Bü ifadə yalnız fədailərə aid edilir- bir amal, ideya uğrunda hər şeyindən keçməyə hazır olan fədailərə. O da fədaidir, Azərbaycan mətbəx mədəniyyətini təmənna güdmədən əcnəbilər arasında təbliğinə özünü həsr edən, dəli ürəkli fədai…

"Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan" kitabı haqqında


Azərbaycan mətbəxinin təamları haqqında çox kitablar nəşr olunub. Hamısı da bir-birinə bənzəyir, yəni müxtəlif yeməklərin reseptlərindən ibarət. Belə kitablar amerikalı oxucu üçün çox maraqsızdır. Bir dəfə gördüsə, ikinci dəfə əlinə götürməz. Amerikada kulinariya kitablarındakı yemək reseptləri xüsusi təqdimatla yazılır. Hər hansı bir yeməyin resepti verilməmişdən öncə hökmən həmin xörək haqqında bir əfsanə, rəvayət və ya el arasında işlədilən deyim göstərilir. Bu baxımdan, lap elə qısqanclıqla da qarşılansa, "Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan" kitabı Amerika standartlarına uyğun nəşr edilib. Məsələn, burada cız-bız xörəyinin resepti təqdim olunmamışdan öncə Aleksandr Dümanın "Qafqaza səyahət" kitabından bir nümunə göstərilir. Düma yazır ki, "Azərbaycanın Nuxa şəhərində olarkən cız-bız adlanan xörək sifariş verdim. Bu xörək adətən kasıblar üçün nəzərdə tutulub. Qeyri-adi qoxusu və dadı var. Buralara yolu düşən hər kəsə cız-bız dadmasını tövsiyə edirəm. Çox heyif ki, bunu yazarkən artıq Poti şəhərindəyəm. Burada yeməkxanalarda cız-bız yoxdur"…

Onun gördüyü işlərin mahiyyəti

2014-cu ildə yuxarıda adı göstərilən kitab geniş oxucu kütləsinə təqdim olunandan sonra onu kulinariya ilə bağlı müxtəlif tədbirlərə dəvət edirlər. Həmin tədbirlərin əksəriyyətində Azərbaycan mətbəx mədəniyyəti ilə bağlı məruzələrlə çıxış edir. Milli mətbəximizin gözəllikləri haqqında danışıb amerikalıları məlumatlandırır. İndiyədək bizim mətbəximizlə maraqlanan 150-dək amerikalıya öz evində xörəklərimizin bişirilmə qaydalarını öyrədib. Evdə yemək dərsləri keçir, mətbəximizin sirlərini onlara aşılayır. Şəxsi mülkü olan, yaşadığı evinin arxasındakı həyətyanı ərazidə yalnız amerikalılardan ibarət tez-tez Azərbaycan mətbəxi və mədəniyyəti gecələri keçirir. Hər dəfə bir neçə xörəyimizin hazırlanma ardıcılığını izah etməklə iştirakçılara nümayiş etdirir, sonra da həmin yeməklər süfrəyə verilir. Sonda tədbir iştirakçıları Azərbaycan musiqisinin sədaları altında rəqs edirlər.

Bütün bunlardan əlavə ötən ildən başlayaraq amerikalıların Azərbaycana "Mətbəx və mədəniyyət" turlarını təşkil edir. Tur iştirakçılarını ölkəmizin bir sıra rayonlarına apararaq müxtəlif kəndlərdə yaşayan azsaylı xalqların mətbəxi ilə də tanış edir. Məsələn, 2018-ci ildə keçirilən turun marşrutu belə olub- Bakı-Quba (Xınalıq kəndi, Qırmızı qəsəbə, İsmayıllı ( Lahıc və İvanovka kəndləri), Qəbələ (Nic kəndi), Şəki (Kis kəndi), Qax (İlisu kəndi), Balakən (Mahamalar kəndi). Və iki Qafqaz ölkəsinin mətbəxini müqaisə etməkdən ötrü Gürcüstan respublikası...

…2007-ci ildən fəaliyyətdə olan azcookbook.com saytı da var. Orada təşkil etdiyi bütün tədbirlər haqqında məlumat tapmaq olar.

Bütün bunlar bir xanımın hobbisi kimi görünə bilər, amma dərindən düşünsək bu, Azərbaycan mətbəxinin təbliğinə böyük xidmətdir…



Sadəcə tərcümeyi hal…


Fəridə Sadıqova - Buyuran Bakıda dünyaya gəlib. 1994-cü ildə 5 saylı məktəbdə orta təhsilini başa vurub. 1994-1998-ci illərdə Azərbaycan Xarici Dillər Universitetində ingilis-fransız dilləri üzrə bakalavr, 1998-2000-ci illərdə magistr dərəcələrinə yiyələnib. 1999-2001-ci illərdə "Azerbaijan International" jurnalında çalışıb. Orada işləyərkən jurnalın Los Anclesdəki baş ofisinə dəvət alaraq bir illik ixtisasartırma kurslarında iştirak edib. Burada Murad Buyuran adlı bir türk gənclə tanış olub. 2002-ci ildə ailə qurduqdan sonra həmişəlik Los Ancelesə köçüb. 2003-2005-ci illərdə Kaliforniya Dövlət Universitetində ikinci ali təhsil alaraq, "Biznesin idarə edilməsi ixtisası üzrə" magistr dərəcəsinə yiyələnib. Qızının 15, oğlunun 11 yaşı var. Hər ikisi də Azərbaycan, ingilis, rus, türk dillərində sərbəst danışırlar…

…Atası Rzaqulu Sadıqov fizika-riyaziyyat elmləri doktoru olub. AMEA-nın Fizika-Riyaziyyat İnsitutunda baş elmi işçi işləyib.

Anası Firuzə Əliyeva iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Azərbaycan Koperasiya Universitetində müəllim işləyir…


Final


Bəli, Kaliforniya ştatının Long Beach şəhərində yaşayan Fəridə Sadıxova-Buyuranın xidmətləri çoxdur. Olduqca mehriban, gülərüz, təvəzökar olan bu xanım Azərbaycan mətbəxinin Amerikadakı əsl fədaisidir…



Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa Liqasının qrup mərhələsində VAR sistemi tətbiq edilməyəcək 9 İyul 2020, 22:59 Bank kreditləri üzrə dövlət dəstəyi veriləcək subyektlər müəyyənləşdi 9 İyul 2020, 22:43 Dağlıq ərazidə baş verən yanğın söndürüldü 9 İyul 2020, 22:30 İtaliyada 34 926 nəfər koronavirusun qurbanı oldu 9 İyul 2020, 22:16 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 59-a çatdı - FOTO 9 İyul 2020, 22:00 Siam əkizlərini 18 saat davam edən əməliyyatla ayrılıblar 9 İyul 2020, 21:44 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ə çatıb 9 İyul 2020, 21:28 Zərdabda Kürdə batan 3 nəfərdən birinin meyiti tapıldı - YENİLƏNİB 9 İyul 2020, 21:14 6050 obyektdə sanitar-epidemioloji tələblər pozulub 9 İyul 2020, 21:09 Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə görüşü keçirilib 9 İyul 2020, 20:53 Smartfonların elektromaqnit radiasiya səviyyəsi açıqlandı - SİYAHI 9 İyul 2020, 20:41 Azərbaycanda internetin keyfiyyəti yaxşılaşacaq 9 İyul 2020, 20:33 Nazirlər Kabinetindən əməkhaqları ilə bağlı QƏRAR 9 İyul 2020, 20:03 Pandemiya ilə mübarizə aparan tibb işçiləri ilə bağlı 2 VACİB TƏKLİF                              9 İyul 2020, 19:54 Jurnalistlər ev almaq üçün indi heç kimə yaltaqlanmırlar... 9 İyul 2020, 19:45 Azərbaycanda daha 548 nəfər virusa yoluxdu, 10 nəfər öldü 9 İyul 2020, 19:31 Rusiya XİN-I Azərbaycanın təşəbbüsünü ALQIŞLADI 9 İyul 2020, 19:04 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANIB 9 İyul 2020, 18:58 İsveçdə hər plastik torba üçün 55 qəpik vergi tutulur 9 İyul 2020, 18:51 Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb 9 İyul 2020, 18:40 Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38 Paşinyanın oğlu ordudan təxris olundu - VİDEO 9 İyul 2020, 17:36 Rusiya 13 ölkə ilə hava uçuşlarını bərpa edir – Bəs Azərbaycan? 9 İyul 2020, 17:34 Bakı-Sumqayıt yolunda yeni geridönmə yeri yaradıldı - FOTO 9 İyul 2020, 17:28 Dilqəmlə Şahbazdan XƏBƏR VAR 9 İyul 2020, 17:22 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 9 İyul 2020, 17:16 Azərbaycan MDB ölkələri arasında 30 ilin REKORDUNU VURDU 9 İyul 2020, 17:10 Gəlin, xırdalayaq, günahkar axtarmayaq! 9 İyul 2020, 17:04