Arxiv
23 Yanvar 2019, 11:08 | ƏDƏBİYYAT
Böyük Çölün sirri nədir...

Aida Eyvazlı

Ötən il Mərkəzi Asiya və Azərbaycan üçün çox önəmli hadisələrlə yadda qaldı. Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə Türkdilli ölkələrin dövlət başçılarının iştirak etdikləri iclasda çox mühüm qərarlar qəbul edildi. Türk ellərinin ağsaqqalı Nursultan Nazarbayevin “Böyük Çölün yeddi özəlliyi” proqram məqaləsində dediyi kimi, “Məkan ilə zamanın kəsişdiyi yerdə milli tarix başladı”. Türk Şurasında iştirak edən dövlət başçıları İlham Əliyev, Nursultan Nazarbayev, Rəcəb Tayib Ərdoğan və samittə qonaq qısmində qatılan Özbəkistan prezidenti Şavkat Mirzyayev, Macarıstanın Baş naziri Viktor Orban, Qırğızstan prezidenti Soronbay Jeenbekov bu tarixin kitabına ilk imzalarını atdılar.


Sövet quruluşu dağıldıqdan sonra, xalqın istəyi və zamanın tələbi ilə hakimiyyətə gələn Nursultan Nazarbayev, əvvəlcə Qazaxıstanda yaşayan milli və etnik xalqları birləşdirməyə, mehribanlaşdırmağa başladı. Dedi ki, qazax elinin, türk yurdunun çadırında olan Şanırak işarəsi bir ocaq başında birləşməkdir. Əvvəl yurdun içərisi, sonra çölü. Yurdun içərisində birlik olmasa, çölündə də mümkün deyil. 130-dan artıq xalqı bir Şanırak altında birləşdirdi.

“Çöl” dediyimiz də əslində elə yurdun içərisidir.  O çöllər ki, sahibləri və xaqanları  eramızdan  3 min il əvvəl də, türk oğulları, türk ərənləri, türk fatehləri idi.  Həmin o ərənlərin, o sərkərdələrin—Mete xanın, Kül Teginin, İlteriş xaqanın, Bilgə xaqanın, Atillanın, Çingiz xanın, Əmir Teymurun, Şeyx İbrahimxəlil Şirvanşahın, Sultan Süleymanın... (o siyahını bura yazsam, bir kitaba sığmaz) izlərini və qoyub getdiklərini, onlardan bu günə qalanları arayıb axtarmaq, mülkümüzə və tariximizə sahib çıxmaq üçün  “Mənəvi Miras”, "Gələcəyə doğru: Mənəvi Yenilənmə", “Böyük Çölün 7 özəlliyi” adlı dövlət proqramını əhatə edən məqalələr yazdı. Bu şans hər kəsin qismətinə düşmür. Tarixi axtarıb yazmaq. Məşhur səyyah və tarixşünas  Fəzlullah Rəşid Əd Din “Came ət-təvarix” əsərində yazırdı ki, “Hər bir halda  əcdadların ruhunu və xatirəsini yad etmək, onların gördükləri müqəddəs işləri  və müdrik sözlərini toplayıb  tarixlərini yaratmaq gələcək nəslin borcudur.  Bu nəcib və müqəddəs işi isə  uca Yaradnın izni,  köməyi ilə, bir də ki tanınmış və nüfuzlu insanların inadı və inamı ilə görmək mümkündür”.

Tanrı bu şansı bizim əsrlərdə doğulan və yaşayan  Nursultan Nazarbayevə qismət etdi.  Qazaxıstan Dövlət Başçısının, Elbaşının “Mənəvi yenilənmə”  proqramı həyata keçirilərkən, TWESCO—Beynəlxalq Türk Akademiyası dünyanın tanınmış ictimai xadimlərini, jurnalistlərini, arxeoloqlarını bir araya yığıb, türk dünyasının tarixini özündə saxlayan məkanlara bir səyahət təşkil etdi.  Çimkəntdən Türküstana qədər getdik. O Türküstana ki, orada türk dünyasının ən böyük sufisi, fəlsəfi fikir adamı, məzarı və qurduğu mədrəsəsi bu günə qədər ən çox ziyarət olunan Əhməd Yəssəvi və onun ustadı və piri Arstan babanın yurdu yerləşir.


Səyahətimizdən 1 il keçməmiş, yeni bir fərman hazırladı. Türküstanı  türk dünyasının mənəvi mərkəzi elan etdi. İndi Qazaxıstanın yeni vilayət statusu alan Türküstanda zərrin günəşin şəfəqləri altında torpağı, daşı gülən  türk yurdunda  yeni bir həyat başlayıb.   
Dünyaya yeni bir ziyarət, yeni bir mənəvi ruhu dincəldən şəhər təqdim olunacaq. Bir zamanlar bu Türküstanı yer üzündən silinməməsi üçün böyük Əmir Teymur yenidən qurdu, dağıntılar üstündə yeni Türküstan yaratdı. 
Fateh Teymur hansı şəhəri fəth edirdisə, oradakı xaqanların, övliyaların məzarının qoruyub saxlanması, bərpası üçün əmrlər verir, fərman imzalayırdı. Belə rəvayət edirlər ki, 1397-ci ildə Fateh Teymur Moqolistanın( Teymur dövrünün əsərlərində Monqolustan  “Moğolistan” –yazılır) Çaqatay  hökmdarları üzərində növbəti qələbəsini çaldıqdan sonra, Türkistanda dəfn olunan  sufi təriqətinin  banisi Əhməd Yəssəvinin  qəbrini  ziyarətə gəlir. Əsgərlərinə  Sufinin qəbrini və qəbrin ətrafında olan xanəgahı tikdirib bərpa etmək haqqında əmr verir. Əsgərlər  məqbərəni tikməyə başlayırlar. Lakin  gecələr  tikinti başa çatan kimi, təbiət hadisəsi  külək və ya tufan baş verir,  əsgərlərin tikdiklərini vurub uçurur. Bu hadısə düz üç gecə davam edir.  Üşüncü gecə Əmir Teymurun yuxusuna  gələn Həzrət Əhməd Yəssəvi deyir ki, mənim qəbrimi  tikməzdən əvvəl  Zəngi Atanın məzarını ucalt. Tanrının yanında onun  mərtəbəsi məndən ucadır. Röyada ikən  Fateh Teymur  deyilən yeri necə tapacağını soruşur. Belə cavab alır: İlxının işərisindəki ağ dəvə özü karvanın qabağına düşəcək. harada diz çöküb  otursa, həmin yerdə Zəngi ata uyuyur. (burada qeyd etmək yerinə düşər ki, Əmir Teymur “Teymurun Tuzikləri” kitabında da yuxularına inandığını yazır). Səhər o başdan yuxudan oyanan  Teymur  ordusuna  yola düşmək haqqında əmr verir. Və yuxuda eşitdiyi kimi, ilxının içərisində olan yeganə ağ dəvə karvanın qabağına düşür. Bir neçə günə ordu Türkistandan  gəlib Daşkəndin Zəngi ata məhəlləsinə çatır.  Karvanın içərisində olan ağ dəvə bir qəbrin yanında, xıxıldayıb, oturur. Yalnız Zəngi atanın ziyarətgahı hazır olandan sonra, Əmir Teymurun əsgərləri yenidən Türkistana qayıdır. 10 ay ərzində Əhməd Yəssəvinin məzarı tam təmir olunur, möhtəşəm bir saray kompleksi tikilir.


Əhməd Yəssəvinin ölümündən 233 il sonra XIV əsrdə tikilən  saray kompleksi bu gün də görənləri heyran etməkdədir. Bu abidə Türkistan dövlətinin  yüksəlişi illərində  Qazax xanlarına xidmət etdi,  dünyanın müxtəlif dövlətlərindən Rusiyadan, Çindən, Firəngistandan  gələn diplomatları, elçiləri, qonaqaları bu sarayda qəbul  olundu, şənlərinə ziyafətlər verildi. Qədim Səhranın – Böyük Çölün  Qazax xanlarının ən müxtəlif dövlət əhəmiyyətli davalı-savaşlı fərmanları  bu saraylarda  verildi. Qurultaylar keçirildi, dövlət məsələləri həll olundu.

Əhməd Yəssəvinin məzarı olan məkanən yaxınlığında Çingiz xanların,  Toxtamışların, Fateh Teymurların izindən xəbər verən Qızıl Orda dövlətinin qalıqları var. İndi UNESCO-nun yardımı ilə həmin Otrar şəhərinin iç üzünü açırlar ki, yüzillərin o biri üzünü dünya görsün. Türküstan yenə sufilərin şəhərinə çevrilir. Bu dəfə isə bu müqəddəs işi Nursultan Nazarbayev görür. Nə bilim, bəlkə o böyük sufilər, xaqanlar elə onun da yuxularına gəlirlər. Tanrı Yer üzünə göndərdiyi hökmdarlarını yuxularında butalayır axı. Beləcə milli irsi yaşatmaq,  elini, obasını, yurdunu soyuna-kökünə döndərmək üçün  Elbaşı  “Böyük Çölün 7 özəlliyi” adlı məqaləsində yazır ki: “...Bu, tarixə düzgün yanaşma olmaqla bərabər, köklərimizi tanımağa, milli tariximizi dərindən araşdıraraq açılmamış düyünlərini işıqlandırmağa imkan verər”.  
Və məqalənin  birinci hissəsində ilk dövlətəbənzər qurumların, protodövlətlərin böyük bir qisminin bugünkü Qazaxıstan ərazisində yaradılıdığını, mühüm mədəni nailiyyətlərin bozqırlara kənardan gəlmədiyini, son illər aşkarlanan tarixi abidələrin əcdadlarımızın öz dövrlərindəki ən qabaqcıl və üstün texnoloji yeniliklərlə birbaşa bağlantılı olduğunu göstərir.

Çöl mədəniyyətinin dərin qatlarını analiz edən müəllif: “Qədim mənbələr bugünkü qazaxların ulu babalarının ucsuz-bucaqsız Avrasiya qitəsində siyasi və iqtisadi tarixin istiqamətini dəfələrlə dəyişdirdiyini göstərməkdədir”- fikrini qeyd edir.


Qazaxıstan prezidenti Nursultan Nazarbayev məqaləsində, türk oğlunun  bozqırlarda həm dostu, həm yoldaşı olmuş at və atı əhilləşdirmə mədəniyyətindən bəhs edir. Bozqırlarda tapılan  daş yazılı abidələr də bunu sübut edir.  Atı olan igidin əlində mütləq silahı olacaq ki,  düşməninə qalib gəlsin.  Bu bozqırların  sirrinə vaqif olanda görürsən ki, dəmir mədənlərini tapan da, dəmiri də at kimi ram edən də elə boz çöllərin sahibləri olublar.  Təsadüfi deyil ki, bu məqalə işıq üzü görəndən az sonra UNESCO-nun Qeyri Maadi İrs siyahısına  belə bir bənd də yazıldı: “Eramızdan əvvəl IV minilliyə aid olan Botay tədqiqatları sübut etdi ki,  atların əhilləşdirilməsi məhz Qazaxıstan səhralarında olub”.


Məqalənin “At minmək mədəniyyəti” bölümünü oxuyanda, fikrimdən Çingiz xanın Yasası,  Əmir Teymurun “Tüzikləri” keçir. Belə dəyərli kitabları yazıb, bu günümüzə yadigar qoyan fatehlərin öyüdlərini və qanunlarıni dövlət idarəçiliyindən tutmuş, ailə və təsərrüfat idarəçiliyində  kim işlətdisə ancaq xeyir tapdı. Bəlkə elə buna görə də, müəllifin dövlət  proqramı xaraxterli  məqaləsindəki  atın bəslənməsindən, gözəlliyindən, döyüşlərdə iştirakından, yorğa yerişindən, Qırat kimi qaçışından, hətta bu günümüzdə dünyanın bütün ölçü vahidləri içərisində sürətin  at gücü ilə ölçülməsi barəsindəki çoxlarının unutduğu bilgiləri  elə şirin və  obrazlı bir dildə izah edir ki, hətta 2-ci sinifdə oxuyan məktəbli bu qaydaları oxuyub, artıq qədim türkün at minmə, silah düzəltmə mədəniyyətini əzbərdən danışa biləcək. Bu sətirlərə fikir verin. Sitat: Süvarinin e.ə. I minillik və b.e. I əsri arasındakı təkamülü, odlu silahın icad edilib geniş kütlələrin istifadəsinə girənə qədərki uzun bir müddətdə köçərilərə hərbi üstünlük verən ağır zirehli süvarinin formalaşmasında da təsirli olmuşdur”.


Tarixi həqiqətləri və irsi araşdıranda görürsən ki,  türklərin yayıldığı və yaşadıqları ərazilərdə qoyub getdikləri izləri, kurqanları öz dövrlərindən  bu günə şahidlik edir.  Məqalədə o şahidlərdən biri 1969-cu ildə  Qazaxıstanın Esik kurqanından tapılan, qazaxıstanlı alimlərin Tutanxamon adı verdiyi,  dünya elmi dairələrində “Altın Adam” kimi tanınan  qızıl əsgər heykəlindən də söhbət açılır. “Altın adamı” xarakterizə edən  Elbaşı belə yazır: “Bu əsgər bizə bir çox sirrin qapılarını aralamış, əcdadlarımızın bizi heyrət içində buraxan yüksək səviyyədə sənət əsərləri yaratdığını göstərmişdir. Əsgərin qızılla işlənmiş paltarları qədim ustaların qızıldan istifadə üsulunu yüksək səviyyədə dərk etdiyini, Çöl mədəniyyətinin gücü və estetik gözəlliyini əks etdirən zəngin mifologiyaya sahib olduqlarını göstərir”.

Bu sətirləri oxuyanda isə istər-istəməz düşünürsən, Elbaşı burada öz tarixini qızıl kimi sözlərlə izah edib.

Bir dəfə Astanadakı Türkiyə səfirliyində Cümhuriyyət günündə iştirak edirdim. O zaman Türkiyənin Qazaxıstandakı elçisi belə bir söz dedi: “Biz Qazaxıstanda heç darıxmadıq ki, çünki Ana yurdumuzdan Ata yurdumuza gəlmişik”. 

Orta əsr şəhərlərinin salınmasında bilavasitə rol oynamış köçəri türklər Azərbaycanda, Türkiyədə, Qazaxıstanda qurduqları şəhərlərin adını tarixə yazmaqla, həm də bu yerləri türkün beşiyi etmişlər. Kim deyə bilər ki, Qazaxıstandan Altaya, Yaqutiyyəyə gedən yollar gəlib Azərbaycanın Şəkisində, Şirvanında çarpazlaşmayıb? Kim deyir ki, dünyanın  İpək yolunun keçdiyi bu ərazilərlə  Avropaya, Çinə, Hindistana-- dünyanın 5 qitəsinə qapı açılmayıb. Və burada da yenə Elbaşının bu sözləri yerinə düşür: “Çox böyük coğrafi məkanı istifadə edən türklər ucsuz-bucaqsız çöldə köçəri və oturaq mədəniyyətin özünə xas nümunələrini meydana gətirib sənət ilə elmin, ticarətin mərkəzinə çevrilən orta əsr şəhərlərinin inkişafında vacib rol oynamışlar”.

Dövlətinin əmin-amanlığını qorumaq üçün Kastiliya və Leoniyanın hökmdarı III Henrix de Trastamara elçisi Rui Qonsales de Klavixonu Səmərqəndə göndərmişdi. Bu o Teymur idi ki, bütün Avropanı ayağına gətirmişdi. 27 dövləti öz müttəfiqi kimi bira araya yığıb, birlik yaratmışdı. Elçi de Klavixo sonralar “Əmir Teymurun sarayına qədər səyahət gündəliyi”ndə yazırdı:

“Böyük Əmir Teymurn Səmərqəndin  imperatorunu öldürdükdən sonra, onun torpaqlarını ələ keçirdi və buradan da onun hökmdarlığı başladı, sonra siz eşidəcəkdiniz ki,  bütün  Moğol torpaqlarını (Monqolustanı) fəth edib, sərhəddini Kiçik Hindistan adlanan imperiyanın sərhədləri ilə birləşdirdi... Sonra Xorasan imperiyasının bütün torpaqlarını fəth etdi,  sonra Taxikini (Taciki), Reyi ələ keçirdi, ondan sonra Fars və Midiyanı  Tairus imperiyası ilə (Təbriz) birlikdə və Soltaniyəyə sahib oldu”.

Сanıbek xan da, Fateh Teymur da,  Şeyx İbrahim  Şirvanşah da, Abdulxair xan da, Alaş Orda xanları da  bozkır çöllərində, səhralarında hər zaman tikib yaratdılar, dünyanın ən ucqar ölkələrinə bu yerlərdən ipək, silah , saz, bəzək və məişət alətləri daşındı, dünyanın hər yerindən İpək yolu ilə bu yerlərə min bir naz –nemət, mədəniyyət nümunələri  daışındı. Çünki ölkə qüdrətli idi, çünki boz qırların xaqanları öz  qüdrətləri və dövlət idarəçiliyi, siyasətləri ilə dünyanı ayaqlarına gətirə bilmişdilər.

Bu igidləri də yetişdirən  gözəl yurdun, gözəl təbiəti var idi. Tanrı türk yurdlarından öz mehr-məhəbbətini heç vaxt əskik etmədi. Bol sulu çaylarının kənarındakı bağ-bostanlı düzlərində lalələr, bağlarında almalar bitirdi.  İndi bir çox türk tarixlərində yazılan  “Qızıl alma” elə Alamtıda bitən alma idi. Yaşıl çəmənlərin al qırmızı bəzəyi, göz  muncuğu olan lalələr də ilk dəfə  Tanrı dağlarının (Tyan Şan dağlarının) ətəyində yetişmədimi?! Buradan toplanıb  dünyanın toy, mərasim çadırlarına getmədimi, sevgililərin saçlarına düzülmədimi?!

Türk elinin  ağsaqqalı Nursultan Nazarbayev də elə bu mətləblərə aydınlıq gətirib.

Tarixi bilmək bir borcdursa, onu yaşatmaq ondan da ağır və şərəfli borcdur. Keçmiş tariximizi yaşatmaq, onu  ən azı Əmir Teymurun “Tüzikləri” və Əhməd Yəssəvinin məzarı şəklində dünyaya çatdırmağın  müasir zamanın tələblərinə uyğun yollarını göstərir N.Nazarbayev.

Yazır ki, “Buna görə də qədim zamanlardan günümüzə qədərki dövrü əhatə edən bütün yerli və xarici arxivlər dünyasında böyük tədqiqatlar aparmaq üçün "Arxiv-2025" adlı yeddi illik layihə  həyata keçirməyi məqsədəuyğun sayıram”.

Dünyanın türk tarixi sevdalısı olan hər kəs- ictimai xadim, tarixçi alim, jurnalist,  ədəbiyyatçı, arxeoloq… hər kəs bu  layihəyə öz töhfəsini vermək üçün artıq çalışmaya başlayıb. Çünki o tarixi yuxusuz gecələrin, isti-soyuq, küləkli-boranlı yolların axarında yazılacaq. Ancaq ki, bu arxivləri araşdırıb ərsəyə gətirəndən sonra, zəhmət çəkənlər baxıb görəcək ki, nə qədər şərəfli bir işin altına çiyin veriblər.
 
Göy Tanrısı XX-XXI əsrdə türk dünyasının tarixini yazmaq  üçün Nursultan Nazarbayevə bir məqam verib. O da  Böyük Çölün xaqanlarının -Əl Fərabi və Yəssəvi, Kültegin və Beybarıs, Təvke və Abılay, Kenesarı və Abay kimi bir çox böyük şəxsiyyətləri  adlarını əbədiləşdirmək üçün "Böyük Çölün Böyük Adları" adlı öyrədici və maarifləndirici ensiklopedik bir park açılmasını təklif etməklə yanaşı, "Böyük Çölün Şəxsiyyətləri" adlı  elmi seriyalar hazırlamaq və yaymaq istiqamətində fəaliyyəti ardıcıl şəkildə həyata keçirməsini qeyd edir. Bu işləri görmək üçün dünyanın tanınmış mütəxəsislərinin biliklərindən və kitabxanalardan yararlanmasının vacibliyini vurğulayır.



“Böyük Çölün yeddi özəlliyi” adlı proqram çərçivəsində 
2019-cu ildə Astanada Dünya Türkoloqlarının Konqresi keçiriləcək. Türkçülüyə və türkün çöl mədəniyyətinə bir zamanlar barmaqarası baxmaq istəyənlər Türk Xalqları Mədəniyyət Günlərində  dünyanın məşhur  muzeylrində saxlanılan türk elinə aid olan abidələrlə tanış olacaqlar.

 7 il ərzində Qazaxıstanda “Böyük Çöl” adlı qədim incəsənət və texnologiya muzeyi, 

"Böyük Çölün Böyük Sivilizasiyaları" adlı milli tarixi rekonstruksiya klubu, 
Qədim Otırar şəhərinin evləri və küçələri, ictimai məkanlarıı, su boruları, şəhər qala divarları və bəzi digər yerləri bərpa edilərək, turistlərin ən çox ziyarət etdiyi məkana çevriləcək.
Unudulmuş, itirilmiş musiqilər "Çöl Folklorunun Antologiyası"nda,  "Böyük Çölün Qədim Nəğmələri"  adlı antologiyada  çap olunacaq.

Barəsində sənədli filmlər çəkilmyən türk xaqanlarının – Azərbaycanın, Balkaknların, Yaqutiyyənin, Sabiriyyənin(Sibir)  hökmdarları olmuş fatehlər -- Kül Tekinin, Bilgə Xaqanın , Şeyx İbrahim Şirvanşahın həyatlarından   sənədli və  bədii filmlər, cizgi filmləri çəkiləcək.

Qazaxıstan qədim paytaxtının  yalnız  qazaxların mənəvi mərkəzi deyil, eyni zamanda bütün Türk dünyası üçün müqəddəs bir məkan  olduğunu  bir daha göstərəcək.

Fikrimi yenə də müasir türk dünyasının Bilgə xaqanı—Nursultan Narbayevin “Doğma tarixini bilən, ona dəyər verib onunla fəxr edən xalqın gələcəyinin aydın olacağına əminəm. Keçmişiylə qürur duyub, bu gününün dəyərini bilmək və gələcəyə nikbin baxmaq ölkəmizin müvəffəqiyyətinin təminatıdır” sözləri ilə bitirirəm.

Əgər “Böyük Çölün yeddi özəlliyi nədən ibarət olduğunu bilmək istəsəniz, mütlq o məqalni tapıb oxuyun. Məqalə artıq dünyanın 10-dan artıq dilinə tərcümə olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdü 5 Dekabr 2019, 21:02 Gələn il Azərbaycan bir sıra beynəlxalq təşkilatların donor ölkəsi olacaq 5 Dekabr 2019, 20:46 ATƏT-in Minsk Qrupundan bəyanat: “Hazırki status-kvo qəbuledilməzdir” 5 Dekabr 2019, 20:33 "Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik" - Şenol Günəş 5 Dekabr 2019, 20:17 Vətəndaşlara 158,05 ton mineral gübrə satılıb 5 Dekabr 2019, 20:03 Daxili orqanında 142 metadon həbi aşkar edildi 5 Dekabr 2019, 19:50 Suriya böhranı üzrə dördtərəfli sammit keçiriləcək 5 Dekabr 2019, 19:45 Goranboy İcra Hakimiyyətində könüllülərlə bağlı önəmli görüş keçirildi 5 Dekabr 2019, 19:31 Prezident Şamaxıda zəlzələdən ziyan çəkənlər üçün tikilmiş yeni binada olub - FOTOLAR 5 Dekabr 2019, 19:23 Suriyada ABŞ-ın cəmi 600 hərbçisi qalacaq 5 Dekabr 2019, 19:18 İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdi - YENİLƏNİB  5 Dekabr 2019, 19:05 Fransada genişmiqyaslı tətil keçirilir 5 Dekabr 2019, 18:54 “Nəsimi Poeziyası” kitabı italyan dilində dərc olundu 5 Dekabr 2019, 18:49 Diaspor Komitəsinin gördüyü və görəcəyi işlər - VİDEO 5 Dekabr 2019, 18:45 Bu küçədə hərəkət məhdudlaşdırılacaq 5 Dekabr 2019, 18:43 “Ermənistan Kəlbəcərli girovları “hamının hamıya” prinsipi ilə azad etməkdən inadla imtina edir"   5 Dekabr 2019, 18:34 Nurlana Əliyeva “Naxçıvan” Universitetinə rektor təyin olundu - SƏRƏNCAM 5 Dekabr 2019, 18:25 Şəhid övladları prezidentə məruzə etdilər - Birinci vitse-prezident kövrəldi - VİDEO 5 Dekabr 2019, 18:10 Nazir polkovniki təqaüdə göndərdi 5 Dekabr 2019, 18:01 İpoteka və Kredit Zəmanət Fondunun büdcəsi təsdiq edildi 5 Dekabr 2019, 17:53 Heydər Əliyev Fondu Moskvada xüsusi mükafata layiq görüldü - FOTO 5 Dekabr 2019, 17:51 “Vətən məndən başlanır” - UNEC  5 Dekabr 2019, 17:42 Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub 5 Dekabr 2019, 17:30 Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM 5 Dekabr 2019, 17:28 Xəzər rayonunda yol tikintisinə 11,8 milyon manat ayrıldı 5 Dekabr 2019, 17:28 Piyadanı öldürüb qaçan sürücü tutuldu 5 Dekabr 2019, 17:26 Ermənistanda sabiq Baş prokurora 5 cinayət işi açıldı 5 Dekabr 2019, 17:23 Prezident xalq artisti Əlibaba Məmmədovla bağlı sərəncam verdi 5 Dekabr 2019, 17:21 Polis olmaq istəyənlərin NƏZƏRİNƏ 5 Dekabr 2019, 17:16 Nazirlər Kabinetinin Aparatında yeni TƏYİNAT 5 Dekabr 2019, 17:08 YAP bütün partiyaları növbədənkənar seçkilərə ÇAĞIRDI 5 Dekabr 2019, 17:02 Prezident parlamenti buraxdı, növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM 5 Dekabr 2019, 16:40 QHT-lər hərbi vətənpərvərlik işinə cəb edilir 5 Dekabr 2019, 16:30 Ermənistanın 1-ci prezidentinə qarşı da cinayət işi açıla bilər 5 Dekabr 2019, 16:28 Polis bu meyitin yaxınlarını axtarır - FOTO 5 Dekabr 2019, 16:26
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?