Arxiv
31 Yanvar 2019, 14:29 | MƏDƏNİYYƏT
Ömər Eldarov Rəsulzadənin hansı heykəlini hazırlayıb? - Heykəltəraşdan AÇIQLAMA  

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri İsa Qəmbər bu gün 135 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Bakıda qoyulmalı olan heykəli ilə bağlı açıqlama verib.
İsa Qəmbər vaxtilə məşhur heykəltəraş Ömər Eldarov tərəfindən Rəsulzadənin heykəlinin hazırladığını vurğulayıb:

“Rəsulzadənin möhtəşəm bir heykəli hazırlanıb. Heykəltaraş Ömər Eldarovun hazırladığı bu heykəli mən emalatxanada görmüşəm. Ortada siyasi iradə olarsa, başqa heykəltaraşlara da imkan yaratmaq olar. İstənilən halda, Bakıda Rəsulzadənin heykəli qoyulmalıdır”.

İsa Qəmbər deyib ki, o, həmin heykəli 25 il əvvəl görüb:

“Mən bu gözəl sənət əsərini düz 25 il əvvəl-1994-cü ilin yanvar ayında görmüşəm. Müsavat Partiyası olaraq M.Ə.Rəsulzadənin 110 illik yubiley tədbirlərinə hazırlaşırdıq. Türkiyədən Rəsulzadənin silahdaşları-dəyərli ağsaqqallarımız Məhəmməd Kəngərli, Əhməd Karaca və digər dostlarımız gəlmişdi. Onlarla birlikdə məşhur heykəltaraş Ömər Eldarovun emalatxanasına getdik.
Rəsulzadənin möhtəşəm abidəsinin orijinalını orda və həmin gün gördük və hamımız çox bəyəndik!”.

İsa Qəmbərin sözlərinə görə, həmin heykəl Elçibəy hakimiyyətinin qərarı ilə hazırlanmışdı.

Modern.az
saytının əməkdaşı məsələ ilə əlaqədar Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, heykəltəraş Ömər Eldarovla əlaqə saxlayıb.

Belə bir heykəlin hazırlandığını təsdiqləyən Ömər Eldarov həmin abidənin əslində nümunə olduğunu deyib. O bildirib ki, heykəlin hazırladığı vaxt da dəqiq yaddaşında qalmayıb:

“Lap çox vaxt keçib. O zamanlar məndən xahiş edildi ki, Məhəmməd Əmin Rəsulzadənin heykəlinin 2 metrlik nümunəsini hazırlayım. Mən də bunu etdim. daha sonra onun üzərində 4 metrlik əsas heykəl hazırlanmalı idi. Halbuki, Rəsulzadənin heykəli elə nümunə olaraq, qaldı. Yəni əsas heykəl hazırlanmadı.

Əsas heykəlin də Kukla Teatrının qarşısındakı bağda qoyulması nəzərdə tutulurdu. Amma o heykəl hazırlanmadı, 2 metrlik nümunə heykəl isə elə indi də mənim emalatxanamda qalır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlərin Cenevrə görüşü başladı 29 Yanvar 2020, 14:26 Qazaxıstandan Bakıya uçan təyyarə geri qayıtdı 29 Yanvar 2020, 14:10 Seçki məntəqələrində panduslar quraşdırılacaq 29 Yanvar 2020, 14:04 Siyavuş Novruzov Şahbuz şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb - FOTO 29 Yanvar 2020, 13:58 Elmar Musayev Gədəbəy seçicilərinə müraciət etdi - VİDEO 29 Yanvar 2020, 13:51 Makiyajlı, diqqət çəkici hicablı QADINLAR - “Seçim özlərinindir” 29 Yanvar 2020, 13:46 Tramp yəhudiləri ərəblərlə barışdıra biləcək? – “Əsrin razılaşması”nın DETALLARI 29 Yanvar 2020, 13:40 Çingiz Qənizadənin seçiciləri ilə izdihamlı görüşləri - Fotolar 29 Yanvar 2020, 13:35 Çin aviaşirkəti Bakıya uçuşları dayandırdı 29 Yanvar 2020, 13:30 Naxçıvan seçicilərindən Eldar İbrahimova böyük dəstək - FOTOLAR 29 Yanvar 2020, 13:25 Qış vaxtı, yaz havası - 16 DƏRƏCƏ İSTİ  29 Yanvar 2020, 13:20 Avtobuslara koronavirusla bağlı nəzarət ARTIRILDI 29 Yanvar 2020, 13:13 Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrıldı - Bu xəstəxanalarda 29 Yanvar 2020, 13:07 Abituriyentlərin nəzərinə - Builki qəbul imtahanlarında ballar belə hesablanacaq 29 Yanvar 2020, 13:01 Doktorantlar Prezidentə müraciət etdi 29 Yanvar 2020, 12:56 Təhsil Nazirliyi Çindən azərbaycanlı tələbələrin gətirilməsinin yollarını AXTARIR 29 Yanvar 2020, 12:50 Səhiyyə Nazirliyindən dəhşətli virusla bağlı əhaliyə MÜRACİƏT 29 Yanvar 2020, 12:45 “Virus daşıyıcısı olan uşaqlar bağçaya, məktəbə gəlməsinlər” - Baş pediatrdan MÜRACİƏT 29 Yanvar 2020, 12:39 Pomidor, qızıl, fındıq... – Azərbaycanın neftdən sonra ən çox pul qazandığı SAHƏLƏR 29 Yanvar 2020, 12:34 Siyavuş Novruzov seçicilərlə görüşlərini davam etdirir - FOTO 29 Yanvar 2020, 12:29 Tofiq Qasımov İsveçrədə dəfn olunub: “Ailəsi bu barədə Azərbaycana gec məlumat verib” 29 Yanvar 2020, 12:23 XİN-dən İstanbuldakı Baş Konsulluğun səhvinə REAKSİYA 29 Yanvar 2020, 12:16 Ceyhun Məmmədov seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR 29 Yanvar 2020, 12:10 Azərbaycan Davos İqtisadi Forumunun Regional mərkəzinin yaradılacağı nadir ölkələrdəndir - Mikayıl Cabbarov 29 Yanvar 2020, 12:05 “Xalqa xidmət etməkdən böyük qürur hissi duyuram” - Ziyad Səmədzadə ağsaqqallarla bir arada - FOTOLAR 29 Yanvar 2020, 11:59 BMU-nun tələbələri proqramçılar müsabiqəsinin qalibi olub - FOTO 29 Yanvar 2020, 11:53 Seçiciləri Ağalar Vəliyevi yenidən deputat görmək istəyir - FOTO 29 Yanvar 2020, 11:47 Serj Sarkisyanın cinayət işi məhkəməyə verildi 29 Yanvar 2020, 11:41 Ziyafət Əsgərovun seçicilərlə görüşləri davam edir - FOTO 29 Yanvar 2020, 11:35 "Azercell" 2020-ci il üzrə Tələbə Təqaüdü Proqramının nəticələrini açıqlayıb - FOTO 29 Yanvar 2020, 11:29  “Azərsu” rəhbəri Ağcabədi və Laçın sakinlərini qəbul etdi 29 Yanvar 2020, 11:23 Bakı sakini QİÇS-dən öldü 29 Yanvar 2020, 11:17 Fəzail Ağamalının Milli Məclisdəki çıxışından VİDEO 29 Yanvar 2020, 11:15 Nazirlər Kabinetində 4 şöbənin müdir vəzifəsi bu şəxslərə həvalə olundu 29 Yanvar 2020, 11:12 Novruz Aslanovun təşviqatı davam edir - FOTOLAR 29 Yanvar 2020, 11:06
SORĞU Yeni parlamentdə kimlər olsun?