Arxiv
5 Fervral 2019, 09:53 | ƏDƏBİYYAT
Atasızlığa...  

Fidan Z.Aslanova


Həyatda hər nəyi itirirsən itir, onunçun özünü ovudacaq səbəb-bəhanə tapa bilirsən. Onlar da olmadı, adına qədər-qismət deyib üstündən keçirsən.
Qədəri günahkar, qisməti mərdimazar, taleyi borclu çıxarıb, Tanrıya asi olduğun məqamdı Atanı itirmək...

***

Ağlım kəsəndən yadımdadı ki, fevral ayını heç sevməzdi Atam. Bu ayı salamat çıxana zaval yoxdu - deyirdi. 5 fevral 2013. Od düşdüyü yeri yandırır. 6 il... Heçmi insanın içindəki od soyumaz?!

***

Bir yaxın yoldaşdan kitab alacaqdım. Görüşüb xeyli söhbət etdik. Özümüzdən danışdıq. Atalarımızdan danışdıq. Atalı vaxtlarımızı xatırlayıb, Atasız halımıza baxdıq. Sonra ikimiz də bir ağızdan dedik ki: “Atalarımız dünyalarını tez dəyişdi. Nə özləri bir gün gördülər, nə də bizə bir gün ağladılar”. 
İkimizin də yaşı 30-u keçib...

***

Ağ gün demişkən...

Atam hər dəfə bizə nəsihət edəndə deyirdi ki, “Mən kömürçü Əminin oğluyam. Uşaq vaxtından ailəmdən uzaq düşüb (Kəndlərində tam orta məktəb olmayıb. 6-cı sinifdən rayonda qohumlarının evində qalıb məktəb oxumaq üçün), oxuyub, ali təhsil aldım. Mənim kimi saf kənd uşağı Əfqanıstanın od-alovundan, Bakı kimi əjdahanın (heç sevmirdi bu şəhəri) ağzından çıxıb, Zakir Sadatlı oldum. Siz də oxuyun, çalışın, özünüz-özünüzə bir gün ağlayın. Sizə mal-mülk qoyub gedən dədələrdən olmayacam. Amma adım gələn yerdə də siz xəcalət çəkən övladlardan olmayacaqsınız”.

Həyatda qızına sataşan ataların olduğunu eşidib, ailəsinə zülm edən, oğurluq, üzəduranlıq, şərəfsizliklə övladına çörək “qazanan”, “gün ağlayan” “atalar”ı gördükcə anladım ki, şərəfli, vicdanlı, ədalətli, mərd kişinin övladı olmaq, adı çəkiləndə fəxr duyulan sözlər eşitmək elə Dümağ günə çıxmaq imiş... 
Məsləhət edə bilmədiyin fikir, addım atmağa qorxduğun yol, arxanda hiss etmədiyin dayaq, çətinə düşəndə qolundan yapışmayan əl, başına çəkilməyən tumar, eşitmədiyin səs....-lər imiş... Bizim tamarzı qaldığımız, adına “Ağ gün” dediyimiz şey həyatda Atasızlığı hiss etdiyimiz, dərk etdiyimiz hər məqam imiş...

***

Olduğun yer cənnətdi, Ata. Bilirəm...

***

Zakir Sadatlı

Daha adamları sevib qurtardım,
Sevgidən, nifrətdən doydum, İlahi.
Üstündən ah çəkdim bir iki qullab
Onu da yarımçıq qoydum, İlahi.

Adamlar içini xaraba qoyub, 
Uçuq divarların dibiynən gedir.
Hərə öz başına bir noxta salıb
Bir zatı qırığın ipiynən gedir..

Otlar ac qarına çıxır torpaqdan
Sular birnəfəsə yürüyüb gedir.
Ağac basdırırsan göyərib çıxır,
Adam basdırırsan çürüyüb gedir...

Başın qarışıqdı başına dönüm,
Küfr olar, desəm ki, işin-gücün yox,
Səndən bəndələrin çörək istəyir,
Sən olan yerdə də əkin-biçin yox...

İlahi, səni də dişimə vurdum
Yerdən göy çağırmaz, göydən yer məni
İlahi, sən mənə yiyə durmadın,
Dədəmə, nənəmə apar ver məni! 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda yük maşını körpüdən aşıb, 2 nəfər ölüb - FOTO 22 Noyabr 2019, 16:50 Gülər Əhmədova xalq artistinin atmacasına CAVAB VERDİ 22 Noyabr 2019, 16:49 Yağışyağdırma sistemləri quraşdırılacaq - SƏRƏNCAM 22 Noyabr 2019, 16:38 Putin dekabrın 19-da növbəti mətbuat konfransı keçirəcək 22 Noyabr 2019, 16:33 Daha bir jurnalist bələdiyyə üzvlüyünə NAMİZƏD OLDU 22 Noyabr 2019, 16:30 Prezident Süni Mayalanma Mərkəzinin yaradılmasına 4,8 milyon manat ayrdı 22 Noyabr 2019, 16:29 İlham Əliyev Naxçıvanla bağlı daha bir sərəncam verdi 22 Noyabr 2019, 16:24 “Hər 3 namizəd Ombudsman olmağa layiqdir” - Hikmət Babaoğlu 22 Noyabr 2019, 16:19 Prezident Naxçıvan Nazirlər Kabinetinə 500 min manat ayrdı 22 Noyabr 2019, 16:17 Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı 22 Noyabr 2019, 16:14 Baş redaktor bələdiyyə seçkisinə qatıldı - Namizədliyi təsdiqləndi 22 Noyabr 2019, 16:09 BMU ilə Polis Akademiyası arasında əməkdaşlıq sazişi imzalanıb 22 Noyabr 2019, 16:02 Bələdiyyə seçkilərinə qatılan jurnalistin namizədliyi qeydə alındı - FOTO 22 Noyabr 2019, 16:01 Ombudsman vəzifəsinə namizədlərin müzakirəsi yekunlaşdı - YENİLƏNİB 22 Noyabr 2019, 15:56 Biləcəridəki qəzada 2 nəfər ölüb 22 Noyabr 2019, 15:53 Bakıda şadlıq sarayından 5 min dollar, 2020 manat oğurlandı 22 Noyabr 2019, 15:46 Bakı-Gəncə qatarında sürət həddi artırıldı 22 Noyabr 2019, 15:40 Avro-2020-nin “Pley-off” mərhələsinin püşkü atıldı - CÜTLƏR 22 Noyabr 2019, 15:26 100 yaşlı kollec 22 Noyabr 2019, 14:57 “Mən niyə istefa verməliyəm?!” - Komitə sədrindən AÇIQLAMA 22 Noyabr 2019, 14:50 Musa Musayev “91-lər”lə bağlı narazılıq etdi, Siyavuş Novruzov CAVAB VERDİ 22 Noyabr 2019, 14:49 Goranboyda Ədliyyə işçilərinin peşə bayramı qeyd edilib   22 Noyabr 2019, 14:35 Paşinyan hökuməti 50 milyon dollar borc götürəcək 22 Noyabr 2019, 14:35 Paytaxtda iki marşrut xətti üzrə avtobuslar əvəzləndi 22 Noyabr 2019, 14:31 Pərvin Kərimzadə xankəndlilərlə görüşüb - FOTO 22 Noyabr 2019, 14:28 Mikayıl Cabbarov: Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollar yatırıb” 22 Noyabr 2019, 14:13 Bakıda ERMƏNI DİLİ kursları açılır 22 Noyabr 2019, 14:04 Milli Məclis iclasın vaxtını niyə dəyişdi... - SƏBƏB 22 Noyabr 2019, 13:49 8 baş inəyi oğurlayan dəstə TUTULDU 22 Noyabr 2019, 13:45 Araz Əlizadə onu söyənləri parlamentə çağırdı - VİDEO 22 Noyabr 2019, 13:41 Sumqayıt- Bakı qatarı xarab oldu - Yolda qaldı 22 Noyabr 2019, 13:40 Biləsuvarda dəhşətli QƏZA: sürücü maşında yandı - VİDEO 22 Noyabr 2019, 13:36 Soyğunçu dəstə Bakıda adam qaçırdı 22 Noyabr 2019, 13:35 Putinin dünya jurnalistlərini bu tarixdə başına toplayacaq 22 Noyabr 2019, 13:33 Novruz Məmmədov yeni vəzifəsində tədbirə qatıldı - FOTO 22 Noyabr 2019, 13:16