Arxiv
12 Fervral 2019, 18:31 | AKTUAL
Prezident 21 milyon manat ayırdı

Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Respublikamızda son illər həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, digər sahələrdə olduğu kimi, qeyri-neft sektorunda da köklü dəyişikliklərə səbəb olmuşdur. Regionlarda suvarılan torpaq sahələrinin genişləndirilməsi, mütərəqqi texnologiyalara əsaslanan aqroparkların, müasir heyvandarlıq komplekslərinin, iri fermer təsərrüfatlarının yaradılması nailiyyətlərin əldə olunmasında xüsusi rol oynamışdır və hazırda da bu işlər uğurla davam etdirilir.

 

Bu məqsədlə ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının daha artıq inkişaf etdirilməsi üçün strateji əhəmiyyəti olan bir sıra iri su təsərrüfatı obyektləri tikilib istifadəyə verilmiş, on minlərlə hektar yeni suvarılan sahə əkin dövriyyəsinə daxil edilmiş, mövcud suvarılan torpaqların su təminatı yaxşılaşdırılmış, eyni zamanda, rayon mərkəzləri və onlara bitişik yaşayış məntəqələri içməli su ilə təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013–2017-ci illərdə ölkənin 40 şəhər və rayonu üzrə əhalisi 1,4 milyon nəfərə yaxın olan 611 yaşayış məntəqəsində əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 1107 subartezian quyusu qazılmışdır. 2018-ci ildə isə ölkənin əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 300 subartezian quyusu qazılmışdır və suvarma su mənbəyi işğal zonasında qalmış Ağdam rayonunda hazırda əlavə olaraq 35 subartezian quyusunda qazma işləri aparılmaqdadır.

 

Sərəncamda qeyd edilir ki, əhalisi 736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 2019-cu ildə 300 subartezian quyusunun layihələndirilməsini və qazılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.27-ci yarımbəndində göstərilmiş məbləğin 21 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

 

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan ordusu Qarabağda itki verdi 22 Yanvar 2020, 01:16 İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən iclasda - FOTO 22 Yanvar 2020, 00:56 İnternetdə yeni fırıldaqçılıq aşkarlanıb 22 Yanvar 2020, 00:46 Trampın taleyi həll olunur 22 Yanvar 2020, 00:27 Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzi yaradılır - Protokol imzalandı 22 Yanvar 2020, 00:11 ABŞ-da dəhşətli virus aşkarlandı 21 Yanvar 2020, 23:55 Qənirə Paşayeva Tovuzun Dönük Qırıqlı kəndində seçicilərlə görüşdü - FOTOLAR 21 Yanvar 2020, 23:42 Rusiyada 55 min dollar dəyəri olan nadir zümrüd tapıldı 21 Yanvar 2020, 23:23 Prezident “Naxçıvan” və “Qoşadaş”ın birgə işlənməsinə razılaşdı 21 Yanvar 2020, 23:12 Universitetdə yanğın olmayıb - FHN 21 Yanvar 2020, 22:54 İlham Əliyev AYİB sədri ilə görüşdü 21 Yanvar 2020, 22:37 Şirvanda yaşayan məcburi köçkünlərdən Vüqar Bayramova böyük etimad - FOTO 21 Yanvar 2020, 22:20 Xızıda itkin düşən ana və 3 uşağı tapılıb - FOTO 21 Yanvar 2020, 22:06 Azay Quliyev seçicilərin problemlərini dinlədi - FOTOLAR 21 Yanvar 2020, 21:50 Rusiyada yeni hökumətin tərkibi bəlli olub 21 Yanvar 2020, 21:36 İlham Əliyev Mövlud Çavuşoğlu ilə müzakirə apardı 21 Yanvar 2020, 21:17 Ağalar  Vəliyev seçicilərlə görüşdü - FOTOLAR 21 Yanvar 2020, 21:03 Masazırda "Betonqarışdıran"la "Mercedes" toqquşdu 21 Yanvar 2020, 20:40 Mənzillərin kirayə haqları 300 manat ətrafında olmalıdır - İqtisadçıdan ETİRAZ 21 Yanvar 2020, 20:19 Kürdəmirdə mikroavtobus traktora çırpıldı: yaralılar var 21 Yanvar 2020, 20:03 Böyük Britaniya İrandakı səfirini dəyişməyəcək 21 Yanvar 2020, 19:55 Əhali arasında ən çox yayılan xəstəliklərin SİYAHISI 21 Yanvar 2020, 19:42 Azərbaycanda nə qədər həkim var? - RƏQƏM 21 Yanvar 2020, 19:28 Musa Qasımlı kənd sakinləri ilə görüşüb 21 Yanvar 2020, 19:20 Ötən il doğulan körpələrin 53,2 faizi oğlandır 21 Yanvar 2020, 19:17 Prezident Davosda “Signify” şirkətinin baş icraçı direktoru ilə görüş 21 Yanvar 2020, 19:09 Lukaşenko: “Belarus Azərbaycan neftini bazar qiymətləri ilə almağa hazırdır” 21 Yanvar 2020, 19:04 Hadi Rəcəbli gənclərlə görüşüb - FOTO 21 Yanvar 2020, 18:59 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2020, 18:52 Fəzail Ağamalı Surra kəndində seçicilərlə - VİDEO 21 Yanvar 2020, 18:45 Koçaryanın vəkilləri məhkəməni boykot etdilər 21 Yanvar 2020, 18:40 "Real" 30 milyon avroluq transfer həyata keçirib 21 Yanvar 2020, 18:33 Azərbaycanda qızıl və gümüş hasilatı artıb 21 Yanvar 2020, 18:26 Mahir Abbaszadə Abşeron rayonunda seçiciləri ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:20 İqbal Məmmədov kənd ağsaqqalları ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:14
SORĞU Yeni parlamentdə kimlər olsun?