Arxiv
12 Fevral 2019, 21:53 | AKTUAL
Gənclərin xilas edilməsinə yönələn addım

“Bu qanun layihəsində istedadlı, təhsilli gənclərlə bərabər, həyatının müəyyən mərhələsində səhv yola düşən, zərərli vərdişlərə qurşanan gənclər və ya gənclərin həmin zərərli vərdişlərə qurşanmasının qarşısını alan tədbirlər nəzərdə tutulur. Bu da çox vacibdir və tütünə, narkomaniyaya, qumar oyunlarına qurşanmış gənclərin sayının artmamasına öz təsirini göstərəcək. Eyni zamanda bu zərərli vərdişlərə qurşanan gənclərin xilas edilməsinə yönələn addımları nəzərdə tutur”. Modern.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva “Gənclər siyasəti haqqında" qanuna münasibət bildirərkən deyib.

 

Qənirə Paşayeva bildirib ki, bu qanun layihəsində nəzərdə tutulan vacib müddəaların həyata keçirilməsinə müvafiq qurumlar daha da fəal olmalıdır: “Qanunun icrasına ciddi nəzarət edilməlidir və həmin qurumların məsuliyyət məsələsi də bu sənəddə öz əksini tapmalıdır. Bu qanun layihəsində qeyd edilən18 yaşına çatmayan şəxslərə tütün məhsullarının satışının qadağan edilməsi digər qanunvericilik aktlarımızda da nəzərdə tutulsa da, çox təəssüf ki buna riayət edilmir. Məsələn, qanunla siqaret satılan köşklərin məktəblərdən hansı məsafədə olması ilə bağlı qanunvericilikdə müəyyən tələblərin olmasına baxmayaraq, hələ də bir sıra məktəblərin yaxınlığında həmin köşkləri görmək mümkündür.Bu kimi hallara son qoyulmalıdır. Eyni zamanda bu qanunda 18 yaşına çatmayan şəxslərin idman-mərc oyunları ilə məşğul olmasının qadağan edilməsi nəzərdə tutulub, bu sahəyə nəzarət edən qurumların daha məsuliyyətli olmalarına ehtiyac var, bu kimi hallara imkan verməməlidirlər. Bu qanunun bölgələrdə icrasına da böyük ehtiyac var. Bu qanunda cənab Prezidentin gənclərlə görüşündə verdiyi çox önəmli mesajların öz əksini tapdığı, gənclərimizin məşğulluq, asudə vaxtlarının səmərəli keçirmələri, gənc alimlərimizin vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər nəzərdə tutulduğu üçün bu qanun layihəsini dəstəkləyirəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentdən 28 may paylaşımı: “Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq" 27 May 2020, 18:55 Xaçmazda həmyerlisini yandıran şəxs qarşı cinayət işi AÇILDI 27 May 2020, 18:32 Bu tarixdən 11 nömrəli marşrut xəttinə BakuBus avtobusları buraxılacaq 27 May 2020, 18:06 Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir! 27 May 2020, 18:02 Planetin 29 yaşa qədər hər 6 sakinindən biri işsiz qalıb – koronavirusa görə 27 May 2020, 17:55 28 May – Respublika Günü münasibətilə onlayn simpozium keçirilib 27 May 2020, 17:46 Vladimir Zelenski İlham Əliyevə zəng edib 27 May 2020, 17:39 13 ölkənin baş naziri Əli Əsədova təbrik məktubu göndərib 27 May 2020, 17:22 Ədliyyə Nazirliyi: “Son 5 ildə 143 nəfər Azərbaycana ekstradisiya olunub” 27 May 2020, 17:14 "Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib 27 May 2020, 16:59 Rusiya əhalisinin real gəlirləri bu il 6% azalacaq 27 May 2020, 16:50 Qərargah indiyədək koronavirusdan sağalanların sayını AÇIQLADI 27 May 2020, 16:35 Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü 27 May 2020, 16:23 Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib 27 May 2020, 16:16 Britaniyada hicablı müsəlman qadın hakim seçildi 27 May 2020, 15:57 Sərdar Cəlaloğludan ETİRAZ: “Elə bil mənim onlara borcum var, hər imkanı yaratmalıyam” 27 May 2020, 15:48 Jalə Əliyeva: "Azərbaycana münasibətdə onların ədalət tərəzisinin gözü kordur" 27 May 2020, 15:34 Deputat: Xalq Cümhuriyyəti milli dövlətçilik salnaməmizin şanlı səhifəsidir 27 May 2020, 15:24 ABŞ-da son sutkada 18611 nəfər koronavirusa yoluxub 27 May 2020, 15:15 “Ermənistan hansı həll yolunu seçir: inteqrativ, yoxsa cəzalandırıcı?” 27 May 2020, 15:01 Masallıda koronavirusla bağlı SON VƏZİYYƏT: “Lənkəranla, Cəlilabadla müqayisədə...” 27 May 2020, 14:58 İranda daha 56 nəfər koronavirusdan ölüb 27 May 2020, 14:41 Azərbaycanda 170 min tondan çox ət istehsal edilib 27 May 2020, 14:37 Məktəbdaxili qiymətləndirmələr necə aparılacaq? 27 May 2020, 14:28 17 Azərbaycan vətəndaşı Hindistandan ölkəyə gətiriləcək 27 May 2020, 14:18 BDU-nun şöbə müdiri vəfat edib 27 May 2020, 14:09 Ramil Səfərov kimdir - qatil, yoxsa qəhrəman? 27 May 2020, 13:59 Bu taksi sürücülərinə şəhərlərarası sərnişin daşımağa icazə verilməyəcək 27 May 2020, 13:44 Vladimir Zelenski prezident İlham Əliyevi təbrik edib 27 May 2020, 13:36 Bakının mərkəzində yola qoyulan masa ərazidən götürülüb - FOTO 27 May 2020, 13:28 Naxçıvan istiqamətində GƏRGİNLİK: Düşmən mövqelərini irəli çəkmək istədi 27 May 2020, 13:11 Azərbaycan nefti bahalaşıb 27 May 2020, 13:04 İordaniyanın Kralı İlham Əliyevi təbrik edib 27 May 2020, 12:54 Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır 27 May 2020, 12:44 Azərbaycandan İrana 19 məhbus ekstradisiya olunub 27 May 2020, 12:40