Arxiv
17 Fervral 2019, 11:38 | HADİSƏ
Hacıqabuldakı ər-arvad intiharı: “Əfsanə ilə Sahib bir-birlərini  elə sevirdilər ki...” - Əmisi DANIŞDI  

Fevralın 15-də Hacıqabulda yaşanan dəhşətli hadisə - ərlə arvadın intihar etməsi ölkədə ciddi rezonans doğurub.

Rayonun Kolanı kənd sakinləri 1982-ci il təvəllüdlü Sahib Rəsulov yaşadığı evin həyətində özünü ağacdan asaraq öldürüb. Hadisədən bir neçə saat sonra onun həyat yoldaşı, 1984-ci il təvəllüdlü Əfsanə Mayılova da eyni üsulla intihar edib.

Sosial şəbəkələrdə xeyli vaxtdır ailə quran cütlüyün uşaq sahibi ola bilmədikləri vurğulanıb. Qeyd olunur ki, bu səbəbdən ər-arvad yaxınlarının təzyiqi ilə ayrılıblar, daha sonra isə bu faciə baş verib.

Məlumata görə, cütlük 15 il birgə yaşayıb, uşaqları olmadığı üçün bu il fevralın 14-də ayrılmaq qərarı veriblər. Bir gün sonra isə inttihar ediblər.


Modern.az saytı hadisənin təfərrüatı barədə əlavə məlumat əldə etmək üçün intihar edən Əfsanə Mayılovanın əmisi Niyazəli Mayılovla əlaqə saxlayıb.

O saytımıza açıqlamasında bildirib ki, intiharın səbəbi təkcə övladsızlıq olmayıb:

“Əfsanə ata-anasını erkən yaşlarında itirib.  Ata-anası dünyasını dəyişəndən sonra Əfsanəni mən böyütmüşəm. Əfsanə ilə Sahib bir-birlərini o dərəcədə sevirdilər ki, sözlə ifadə edə bilmirəm. Bu da sonu. Onların sevgisinə Romeo- Cülyetta, Leyli-Məcnun adı vermək olardı. 15 il olardı ki, ailəli idilər. Heç vaxt kimsə onların ailəsinə təzyiq göstərə bilməyib. Sahib ailəsinə kimlərinsə müdaxilə etməsinə imkan verməyib. Maddi durumları yaxşı deyildi, bu da intiharın səbəblərindən biridir”.

Niyazəli Mayılov xatırladıb ki, ər-arvad hər ikisi eyni gündə intihar edib:

“Sahib atası evində özünü asıb. Həmin gün Əfsanəyə deyib ki, get əmingilə, bir az başın dincəlsin, ürəyin açılsın. Elə Əfsanə bizdə olanda xəbər gəldi ki, Sahib özünü asıb. İnanmadıq. Qəribəsi o idi ki, bütün qohumlar ora toplaşıb ağlayanda Əfsanə ağlamırdı. Eləcə dayanıb baxırdı. Əfsanənin atası evi də ora yaxındır. Qadınlar deyib ki, “gedək yas məclisi üçün bir-iki şey-şüy gətirək”. Əfsanə də deyib ki, “siz gedin, evi yığışdırıb gəlirəm”. Əfsanəni gözləsək də gəlib çıxmadı. Atası evinə qayıdanda gördük ki, o da özünü orda asıb. Danışa bilmirəm. O qədər bir-birinə yaraşırdılar ki!  Özlərinin evi ayrı idi. Bir tərəfdən övladın olmaması, digər tərəfdən də maddi sıxıntının olması onları canından bezdirmişdi. Bir neçə dəfə müalicə almışdılar. Ancaq maddi imkansızlıq müalicəni davam etdirməyə mane olurdu. Təkcə övladın olmaması deyil, maddi çətinlik də onların başına belə oyun açdı”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşviliyə ittiham: Həyat yoldaşını öldürmək istəyib 22 May 2019, 00:03 Azərbaycan nefti ucuzlaşıb 21 May 2019, 23:52 Azərbaycanda zəlzələ oldu 21 May 2019, 23:34 Tornado 10 saniyədə şəhəri xaraba qoydu 21 May 2019, 23:12 İstanbulda 74 FETÖ  tərəfdarı saxlanıldı 21 May 2019, 22:55 “Ermənistan idmanı siyasət alətinə çevirir” - XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47 Nazirlik: Şəhərin mərkəzi küçələrinə giriş qadağası yoxdur 21 May 2019, 16:45 “Qartal yuvası” təqdim olundu 21 May 2019, 16:44