Arxiv
19 Fervral 2019, 20:57 | ƏDƏBİYYAT
Musa Urudun ingilis dilində şeirlər kitabı çap edildi

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, millət vəkili Musa Urudun  yeni kitabı çapdan çıxıb. Modern.az xəbər verir ki, “Mütərcim” Nəşriyyat Evi şair Musa Urudun şeirlər kitabını ingilis dilində çapdan buraxıb.

 

“Sevgiyə aparan yol” (The Way To Love) adlanan kitaba şairin son illər qələmə aldığı 33 şeiri daxil edilib. Şeirləri ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli çevirib. Kitab ingilisdilli oxucular üçün nəzərdə tutulub. Tərcüməçi kitaba ön söz də yazıb.

 

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Musa Urud müasir poeziyamızın istedadlı nümayəndələrindən biridir, o, həm də millət vəkilidir. Onun şeirlərinin əsas mövzusu Vətən, torpaq sevgisi, yurd həsrətidir. Bu da təsadüfi deyil. Musa Urud Qərbi Azərbaycanda, Zəngəzur qəzasının Qarakilsə rayonunun Urud kəndində anadan olub. Bu yerlərdə onun atası, anası, babaları, ulu babaları əsrlərlə yaşayıblar;  ermənilər 1988-ci ildə bir milyondan çox azərbaycanlını doğma tarixi torpaqlarından qovublar. Musa Urudun ailəsi də məcburi deportasiya edilmiş ailələrdən biridir...

 

Ön sözdə bu məlumatlarla yanaşı, Musa Urudun Azərbaycan poeziyasında yeri və rolu barədə də əcnəbi oxuculara qısa məlumat verilir. Qeyd edilir ki, şairin şeirlərində əsas yeri həyat lövhələri və doğma yurdunun təbiət mənzərələri tutur; ənənəvi şeirin forma və metodlarına sadiq qalan Musa Urudun poeziyası yeni cərəyan və dəblərdən uzaqdır və o, sırf milli şairdir. Musa universal klassik mövzulardan yazan şair kimi həm də müasirdir, portret təsvirlərində xalqın canlı danışıq dilinə bağlıdır.

 

Kitaba daxil edilmiş poetik şeirlərin əksəriyyəti sərbəst vəznlidir, burda tipik yeni ədəbi nümunələr var. Bütün bunlarla yanaşı, şeirlərin açarı “bir parça Vətən torpağı”dır ki, şair bunu həyatının əsas ağrısı və sevgisi adlandırır. Şairin Vətənə, Həyata, İnsana, Dostlara, Ailəyə, Dünyaya... sevgisi poetik fikirlərlə zəngindir. “Bir parça Vətən torpağı” (A Piece of Homeland), “Mən bir tənha ağacam” (I am a Lone Tree), “Alma ağacı” (The Apple Tree), “Salam, Türkiyə!” (Hello, Turkey!), “Yol ayrıcında” (At the Crossroad), “Ölüm mələyinə məktub” (Letter to  Angel of Death), “Su mələyi” (The Water-Nymph) və s. nümunələr bu qəbildəndir.

 

İngilis dilində çap olunan bu toplu “Mütərcim” Nəşriyyat Evinin “Müasir Azərbaycan poeziyası” seriyasından olan sayca on ikinci kitabıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56 Bakıda məşqə gedən 21 yaşlı oğlan avtovağzalda itkin düşdü 24 Avqust 2019, 17:42 Ukrayna vətəndaşı Bakıda 160 min dollarlıq dələduzluq edib 24 Avqust 2019, 17:30 Çin Trampa rəsmi XƏBƏRDARLIQ etdi 24 Avqust 2019, 17:13 Azərbaycanın daha bir aparıcı bankına haker hücumu olub 24 Avqust 2019, 16:53 Türkiyədə zirehli avtomobil aşıb, 2 polis ölüb, 4-ü xəsarət alıb 24 Avqust 2019, 16:46 Zelenski Bakı ermənisini TŞ-nin rəhbəri postuna gətirir? 24 Avqust 2019, 16:31 Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü 24 Avqust 2019, 16:18 Sosial evləri kirayə verənlər: “Mənzilə ehtiyacları yoxdur, pul qazanmağı düşünürlər” 24 Avqust 2019, 15:53 ABŞ İran tankerini qəbul edən limanları sanksiyalarla hədələdi 24 Avqust 2019, 15:39 Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB 24 Avqust 2019, 15:27 İranda iqtisadi vəziyyət pisləşməkdə davam edir 24 Avqust 2019, 14:56 Azərbaycanlı aparıcı 45 milyonluq torpaq sahəsini satdı - Fotolar 24 Avqust 2019, 14:49 Bakıda narkobaronlara qarşı əməliyyat: "Bibixanım" saxlanıldı - FOTOLAR 24 Avqust 2019, 14:21 Goranboyda növbəti ümumrayon aksiyası keçirildi 24 Avqust 2019, 14:05 Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi 24 Avqust 2019, 13:51 Bazar gününə Bakıda 35 dərəcə isti olacaq 24 Avqust 2019, 13:38 Bakıda 30 yaşlı qadın qohumunun evindən itkin düşüb 24 Avqust 2019, 13:26 Abel Məhərrəmovun kürəkəni vəfat etdi 24 Avqust 2019, 13:10 Türkiyədə Nəsiminin 650 illiyinə həsr olunmuş sikkə buraxılıb 24 Avqust 2019, 13:03 Bu il 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib 24 Avqust 2019, 12:53 Hitler Almaniyası SSRİ-yə qalib gəlsəydi, Azərbaycanı nə gözləyirdi? - Tarixçilərdən CAVAB 24 Avqust 2019, 12:48 Türkiyənin İraqda başladığı əməliyyatın 4 hədəfi – Politoloq ŞƏRHİ 24 Avqust 2019, 12:34 Heydər Əliyev Mərkəzinin parkında konsert keçiriləcək 24 Avqust 2019, 12:31 AQTA Maarifləndirir: Ədviyyatların insan sağlamlığı üçün xeyri və ziyanları 24 Avqust 2019, 12:15 Düşmən tapdağı altındakı Xocalının SON GÖRÜNTÜSÜ 24 Avqust 2019, 12:12 Rusiyada yol qəzasında 3 Ermənisan vətəndaşı öldü 24 Avqust 2019, 12:04 Vilayət Eyvazovdan yeni TƏYİNATLAR 24 Avqust 2019, 11:52 "Qarabağ" 20 min avro cərimələndi 24 Avqust 2019, 11:38 Bakıda 18 manata görə adam döydülər 24 Avqust 2019, 11:21