Arxiv
27 Fevral 2019, 09:20 | HADİSƏ
Modern.az-da TƏRS SUAL: Son dəfə ictimai nəqliyyata nə vaxt minmisiniz? - Maraqlı CAVABLAR  

Modern.az-ın “Tərs sual” rubrikası davam edir.

Əvvəla, onu xatırladaq ki, ictimai nəqliyyat həyatımızın az qala ayrılmaz hissəsinə çevrilib. Tıxaclar,  avtobus və metrolarda başımıza gələn macəralar, maraqlı və ya xoşagəlməz hadisələr illər keçsə də, dəyişməyəcək məqamlardır. Çox vaxt buna görə insanlar ictimai nəqliyyatdan imtina edirlər. Xüsusilə, tanınmışlar, şəxsi avtomobili olan sərnişinlər metro və avtobuslara minməkdən qaçırlar. Buna baxmayaraq, ictimai nəqliyyatdan istifadə edənlər də var.

Bu dəfə tərs sualımızı da elə ictimai nəqliyyatdan istifadə ilə əlaqələndirdik. Tanınmışlardan soruşduq: Sonuncu dəfə metro və avtobusdan nə zaman istifadə etmisiniz?

İlk olaraq, jurnalist həmkarlarımızla başlayaq...


“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev 2007-ci ildən bəri daha çox şəxsi avtomobili ilə hərəkət edir. Lakin baş redaktor bildirib ki, tez-tez ictimai nəqliyyatdan da istifadə etməli olur:

“Xüsusilə, şəhərin mərkəzində olan tədbirlərə, görüşlərə metrodan istifadə etməklə gedirəm. Çünki belə olanda tıxac, parkinq problemi olmur, həm də bir az piyada hərəkət imkanı əldə edirəm. Sonuncu dəfə yanvar ayının sonlarında Nizami küçəsindəki biznes mərkəzlərin birində planlaşdırılan görüşə metrodan istifadə etməklə getmişəm”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay isə sonuncu dəfə nə zaman metro və avtobusa mindiyini xatırlamır:

““Space” telekanalında çalışanda iş yerimiz evə yaxın idi deyə, sürücünü çağırmırdım. Hüseyn Cavid prospektindən Badamdara avtobusla gedirdim. O da ara-sıra olurdu. “Space” telekanalından 2006-cı ildə çıxmışam. Belə çıxır ki, 13 ildir ictimai nəqliyyatdan istifadə etmirəm”.


Daha çox şəxsi avtomobili ilə gördüyümüz jurnalist İradə Cəlil də metrodan istifadə etdiyini deyir:

“Avtobuslara deyil, daha çox metroya üstünlük verirəm. Sonuncu dəfə bir neçə ay əvvəl metrodan istifadə etmişəm. Səhv etmirəmsə, dekabr ayının sonları idi. Düzünü deyim, ictimai nəqliyyatdan istifadə ilə bağlı kompleksim yoxdur. Əksinə, zərurət yarandıqda, harasa tələsəndə, tıxaca düşmək ehtimalı yarananda metroya minirəm. Bir də qatarın səsi məni sakitləşdirir. Metroda harasa gedəndə ən çox insanların kədərli baxışlarını izləyirəm”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə ictimai nəqliyyatdan bir gün ərzində ən azı 5-6 dəfə istifadə edir:

“Sonuncu dəfə ictimai nəqliyyatdan elə bu gün istifadə etmişəm. Saat 8-ə 15 dəqiqə qalmış 33 nömrəli avtobusla nəvəmi məktəbə aparıb qoymuşam. 26 nömrəli avtobusla qayıtmışam və 3 nömrəli BakuBus avtobusu ilə digər nəvəmi məktəbə aparmışam. Onu da məktəbə qoyandan sonra 211 nömrəli marşrutla evə qayıtdım. Axşam isə onları gətirməyə gedəcəm. Belə görürəm ki, gedib-gəlməyimi nəzərə alsaq, gün ərzində ən azı 5-6 dəfə avtobusa, metroya minirəm”.


Mili Məclisin deputatı İlham Məmmədov isə mütəmadi olmasa da, arabir metro və avtobuslardan istifadə etdiyini söyləyib:

“Yaşadığım bina Milli Məclisə yaxın olduğu üçün çox vaxt işə piyada gəlirəm. Şəxsi avtomobilim də var. Sürücüm isə yoxdur. Avtomobilə ehtiyac olduqda özüm sürürəm.

İctimai nəqliyyatdan ara-sıra, şəhərdə tıxac və ya hər hansı hadisə olduqda, tələsdikdə yararlanıram. Ən çox metrodan istifadə edirəm. Çünki şəxsi avtomobillər kimi, avtobuslar da tez-tez tıxaca düşür. Bu baxımdan metro ən sərfəli nəqliyyat növüdür”.


Gəncə şəhərindən deputat seçilən Naqif Həmzəyevin ictimai nəqliyyatdan istifadə etdiyi sonuncu tarix yadındadır. Milli Məclisin üzvü fevralın 19-u Milli Məclisə gedərkən həm metroya, həm də avtobusa minib:

“Mən Gəncədən çox Bakıda ictimai nəqliyyatdan istifadə edirəm. Bu həm də Bakının küçə və prospektlərində tez-tez tıxac yaranması ilə əlaqədardır. Onu da vurğulayım ki, xüsusilə metronu sevirəm. Təəssüf ki, Gəncədə metro yoxdur, ona görə daha çox işə piyada gedib-gəlirdim. İndi də Gəncədə olduqda piyada hərəkət edirəm. Xidməti maşınım Bakıda olur, həm də xalqla, gənclərlə bir arada olmaq üçün ən optimal variant ictimai nəqliyyatdır. Metro və avtobusdan istifadə etməkdə qeyri-adi nə isə görmürəm”.

Sadaladığımız deputat həmkarlarından fərqli olaraq Fəzail Ağamalı sonuncu dəfə metro və avtobusdan təxminən 10 il əvvəl istifadə edib:

“Çox zaman piyada gəzirəm, məsafədən asılı olaraq gedəcəyim yerlərə piyada gedirəm. Amma metro və avtobusdan tez-tez istifadə etmirəm. İllər əvvəl olub ki, şəxsi maşınım daha zəruri bir məsələ üçün məşğul olanda Milli Məclisdən üzü aşağı piyada düşüb, avtobusa minmişəm. Amma avtobusda özümə qarşı xeyli diqqət müşahidə etdim. Sərnişinlər məni tanımışdılar. İndi nadir hallarda belə durum olur, demək olar ki, son illər metro və avtobusa minməmişəm. Qətiyyən metro və avtobusdan istifadə etməklə bağlı kompleks yaşamıram. Sadəcə, şəxsi maşınımla işə gedib-gəlməyim daha rahatdır”.

Etiraf etməliyik ki, ictimai nəqliyyatdan istifadə daha çox efirdən tanıdığımız şəxslər, müğənnilər, sənətçilər üçün çətin olur. Sərnişinlərin əksəriyyəti onları tanıdığından söhbət etməyə, şəkil çəkdirməyə can atırlar. Xalq artisti Mübariz Tağıyev də bu kimi məqamları nəzərə alıb, ictimai nəqliyyatdan istifadə etmir. Ustad ifaçı deyir ki, gənclik illərindən bəri şəxsi avtomobil idarə edir:

“Bir neçə dəfə maşınım təmirdə olanda metrodan istifadə etmişəm. Bir neçə il əvvəl olub. Maraqlısı o idi ki, mənim metro “səyahət”im fotosessiyaya çevrildi. Hər kəs əlində telefon şəklimi çəkirdi, birlikdə şəkil çəkdirmək istəyirdilər. Ona görə, ictimai nəqliyyatdan rahat istifadə edə bilmədiyimdən şəxsi maşınımla hərəkət edirəm”.

P.S. Növbəti tərs sualımızı gözləyin...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İzmirdəki zəlzələdə ölən və yaralananların sayı artdı 31 Oktyabr 2020, 20:16 Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27 Düşmənin kəşfiyyat-diversiya qrupu MƏHV EDİLDİ - VİDEO 31 Oktyabr 2020, 19:18 İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir 31 Oktyabr 2020, 18:46 Erdoğandan 66 ölkəyə təşəkkür mesajı – Siyahıda Azərbaycan da var 31 Oktyabr 2020, 18:24 Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı... 31 Oktyabr 2020, 17:54 Ermənistan beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirir – XİN 31 Oktyabr 2020, 17:49 Kanadada "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiya keçirilib 31 Oktyabr 2020, 17:39 Azərbaycanlı müşahidəçilər Gürcüstanda: “Qanun pozuntusu yoxdur” 31 Oktyabr 2020, 17:36 “Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq” 31 Oktyabr 2020, 17:24 Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 17:12 Ermənistanın fəaliyyəti bütün bölgə üçün təhdiddir - Leyla Abdullayeva 31 Oktyabr 2020, 17:09 Hərbi təxribatlara və virusa baxmayaq Azərbaycan iqtisadiyyatı inkişaf edir 31 Oktyabr 2020, 17:04 Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin STATİSTİKASI 31 Oktyabr 2020, 16:59 Ermənistanın mülki azərbaycanlılara atdığı mərmilərin statistikası AÇIQLANDI 31 Oktyabr 2020, 16:51 XİN cəbhədəki vəziyyətlə bağlı bəyanat YAYDI 31 Oktyabr 2020, 16:44 Məşhur aktyor 90 yaşında vəfat etdi 31 Oktyabr 2020, 16:41 Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib - VİDEO     31 Oktyabr 2020, 16:29 “Azərbaycanın rayonlarına 6 saat ərzində 200-dən artıq mərmi atıb” – Prezidentin köməkçisi 31 Oktyabr 2020, 16:18 Ali Məhkəmədən beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ 31 Oktyabr 2020, 16:10 Müdafiə Nazirliyi: Düşmən yaşayış məntəqələrimizi atəşə tutur 31 Oktyabr 2020, 16:01 Azərbaycanda daha 1095 nəfər virusa yoluxdu, 12 nəfər vəfat etdi 31 Oktyabr 2020, 15:40 Ermənistanın təxribatları barədə faktlar dünyanın diqqətinə çatdırıldı 31 Oktyabr 2020, 15:23 İranda ötən sutkada 386 nəfər koronavirusdan ölüb 31 Oktyabr 2020, 15:15 Rusiyada koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib 31 Oktyabr 2020, 15:00 Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə müraciət edib 31 Oktyabr 2020, 14:41 Rəsmi Bakı: “Ermənistan ərazisindən Ordumuzun mövqelərinə atəş açılır” 31 Oktyabr 2020, 14:29 Tailandda erməni  terrorunun qurbanları yad edilib 31 Oktyabr 2020, 14:25 Deputat: "Minsk qrupu Ermənistanın hərəkətlərinə qiymət verməlidir" 31 Oktyabr 2020, 14:15 Ermənistan qəsdən Şuşa meşələrində yanğın törədir - Hikmət Hacıyev 31 Oktyabr 2020, 14:12 Ermənistan silahlı qüvvələri qəsdən Şuşa meşələrində yanğın törədir - Prezidentin köməkçisi 31 Oktyabr 2020, 14:09