Modern.az

Deputat şikayətləri dinlədi

Deputat şikayətləri dinlədi

13 Mart 2019, 15:40

Deputat Elşad Həsənov seçicilərlə görüş keçirib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatı Elşad Həsənov 17 saylı Yasamal 3-cü seçki dairəsini təmsil edən seçiciləri qəbul edib.

 

Görüş zamanı vətəndaşlar onları narahat edən müxtəlif məsələləri qaldırıblar. Qəbulda əsasən məşğulluq, "Sovetski" ərazisindən köçürülməyə görə kompensasiya, əmlak mübahisəsi, həmçinin bir sıra sosial və hüquqi məsələlər müzakirə edilib.

 

Seçiciləri tək-tək qəbul edən deputat onların müraciət, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini vəd edib.

 

Qeyd edək ki, qəbulda vətəndaşların səsləndirdiyi müraciətlərinin bir hissəsi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?