Modern.az

Sonuncu ölən ümidlərdir...

Sonuncu ölən ümidlərdir...

14 Mart 2019, 08:47

Ümid... bizi yaşadan, var edən, həyata olan inamımızı itirməməyimiz üçün savaş verən tək şey... Yaşamağa, yaratmağa həvəsləndirən, sahilə vuran ləpələr kimi içimizi titrədən nakam arzuların bir gün gerçəkləşəcəyinə bizi inandırandır ümid. O ümid ki, “bəlkə”lərlə başlayan hər cümlənin sonunda insanın içində buruqluq yaradır, gözlərinin içində parıltıya səbəb olur. Heç vaxt baş tutmayacaq hadisələrin də arzusunda olub təkidlə “mən inanıram”deməkdir ümid. Ümidsiz yaşaya bilərmi insan? Bu sualın cavabı məni hər zaman düşündürür. Axı insana yaşama sevinci verən, onu ayaqda tutan tək şey ümiddir. Ümidsizlik ölümə gedən yolun başlanğıcıdır deyirlər. Fikrimcə bu çox doğrudur çünki ümidsizlik dirilər üçün deyil ölülər üçündür… Ümid keçmişlə yox gələcəklə bağlıdır, insan gələcəyə ümidlə baxmırsa, onun yaşama sevinci əlindən alınıb deməkdir. Hər kəsin məqsədi ayrı olduğu kimi ümidi də ayrıdır.
Xərçəng xəstəsi birinin “sağalacam”deməyi, kimsəsizlər evində körpələrin  pəncərədən boylanıb  anasını gözləməsi, yeriyə bilməyən birinin ayağa qalxacağına inanması və bəzən də küçədə yaşayan yaşlının soyuqda kiminsə onu evinə dəvət edəcəyini arzulamasıdır ümid. Ah bu ümidlər, ümidlər... ya gerçəkləşəcək ya da o gerçəkləşmədən biz bu dünyadan köçəcəyik, amma heç vaxt ümid etməkdən vaz keçməyəcəyik… keçə də bilmərik, çünki sonuncu ölən ümidlərdir…

 

Günel Məmmədyarlı

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir