Arxiv
14 mart 2019, 18:19 | MEDİA
“Adı “qara siyahı”ya düşən KİV-lərin rəhbəri mütləq cəzalandırılmalıdır!” - Mətbuat Şurasının üzvü SƏRT DANIŞDI

Bu il Mətbuat Şurasının “KİV haqqında” qanuna dəyişiklik edilməsi ilə əlaqədar yeni təklifləri var və həmin təkliflər rəsmi qurumlara təqdim edilib. Şuranın sədr müavini, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Modern.az-a açıqlamasında bildirib ki, qurumun məqsədi KİV haqqında qanunvericiliyə yeni düzəliş edilməsi, sənədə KİV orqanının təsisçisi ilə bağlı müddəa daxil olunmasıdır:

“İndiyə qədər belə idi ki, qanun pozuntusuna yol veriləndə KİV orqanının özü cərimələnirdi. Biz isə təklif edirik ki, cəzalar həm də qəzet və ya saytın rəhbərinə yönəlsin. Çünki qanun pozuntusuna yol verən mətbuat orqanı hüquq-mühafizə orqanlarının da  müdaxiləsi ilə sıradan çıxır. Nüfuzdan düşdükdən sonra bir çox mətbuat orqanları fəaliyyətini dayandırır. Həmin şəxslər isə fəaliyyətindən əl çəkmir və bir müddət keçdikdə fərqli adlarda yeni KİV qurumu təsis edirlər. Hətta dəfələlərə yeni KİV orqanı təsis edərək, “reket”çilik edənlər var. Düşünürük ki, qanunsuzluğa yol verən KİV orqanlarının rəhbərlərinə ən azından müəyyən müddətlik yeni KİV orqanı təsis etməyə məhdudiyyət qoyulmalıdır”.

 

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyev də Modern.az-a Şuranın təklifini dəstəklədiyini bildirib.

MŞ-nın Şikayətlər Komissiyasında ay ərzində eyni adlı sayt və ya qəzetdən daxil olan bir neçə şikayətə baxmalı olduqlarını diqqətə çatdıran baş redaktorun sözlərinə görə, “xəbərdarlıq”, “ciddi xəbərdarlıq” kimi ictimai qınaqlar bəzən müsbət effekt vermir, KİV-ləri “qara siyahıya” salanda isə baş redaktorlar narazı qalır:

“Jurnalistlərin Peşə Davranış Qaydalarını mütəmadi pozan nəşrlərə qarşı heç bir ölçü götürməyəndə isə mediadan şikayətçi tərəf narazı qalır, məhkəmələrə baş vurur. Bu isə KİV orqanları üçün əlavə problemlər yaradır. Şikayətlərin böyük əksəriyyətinin bir çox hallarda eyni adlı sayt və qəzetlərdən daxil olduğunu nəzərər alsaq, “KİV haqqında” Qanuna təklif olunan yeni müddəaları müsbət dəyərləndirmək olar. Təklif olunan yeni dəyişiklik KİV orqanının icraçısı – yəni bş redaktoru ilə yanaşı, təsisçisinin də məsuliyyətini artıracaq. İndki halda məsuliyyəti yalnız baş redaktor daşıyır və elə KİV orqanları da var ki, il ərzində 2-3 baş redaktor dəyişir.

Düzdür, deyək ki, Mətbuat Şurasının ictimai qınaqları şəxslərə deyil, KİV-lərə ünvanlanır, amma bütün hallarda məsuliyyət məsələsini təsisçiyə istiqamətləndirməklə vəziyyəti qismən də olsa dəyişmək olar. Təsisçinin KİV orqanının sahbi statusunda olduğunu nəzərə alsaq, bəzi məsələlərdə daha diqqətli olacağı qənaətindəyəm”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zelenski Putinlə münasibətindən danışdı 21 Yanvar 2020, 00:46 ABŞ yeni silahını nümayiş etdirdi – VİDEO 21 Yanvar 2020, 00:22 BBC-nin baş direktoru istefa verəcək 21 Yanvar 2020, 00:03 Azərbaycan Prezidenti Davosda müzakirələr apardı 20 Yanvar 2020, 23:47 Prezident İlham Əliyev Davosda "VTB Bank"ın prezidenti ilə görüşüb 20 Yanvar 2020, 23:35 Abşeronda qadını keçmiş əri bıçaqlayıb 20 Yanvar 2020, 23:22 Ərdoğan Haftarla danışıqlardan imtina etdi - SƏBƏB   20 Yanvar 2020, 23:06 Hökumət tam tərkibdə istefaya getdi 20 Yanvar 2020, 22:47 İmişlidə 16 yaşlı nişanlı qız intihar etdi 20 Yanvar 2020, 22:36 Serbiyada Qanlı Yanvar faciəsinin 30-cu ildönümü anıldı - FOTO 20 Yanvar 2020, 22:20 Siyəzəndə zəlzələ oldu 20 Yanvar 2020, 22:19 Bələdiyyələrin fəaliyyətlərini tənzimləyən normativ hüquqi aktlar 20 Yanvar 2020, 22:09 Türkiyənin bəzi məhsulları Azərbaycanda istehsal oluna bilər 20 Yanvar 2020, 21:53 Abşeronda mənzildən kişi meyiti tapıldı 20 Yanvar 2020, 21:37 Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşdü 20 Yanvar 2020, 21:20 İstiqlal salnaməsinin qəhrəmanlıq səhifəsi 20 Yanvar 2020, 21:11 Azay Quliyev qazilərlə birlikdə 20 yanvar şəhidlərini anıb - FOTOLAR 20 Yanvar 2020, 20:50 Mingəçevir sakini odlu silahdan yaralandı 20 Yanvar 2020, 20:17 Rəşad Mahmudov seçicilərlə görüşdü: şəhid atasına baş çəkildi – FOTO 20 Yanvar 2020, 20:01 Lerikdə 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO 20 Yanvar 2020, 18:56 Hicran Hüseynova Sumqayıtda aztəminatlı ailələrlə görüşüb - FOTO 20 Yanvar 2020, 18:10 Oğurluq üstündə saxlanıldı - başqa cinayətlərinin üstü açıldı 20 Yanvar 2020, 18:01 İqbal Məmmədov Lerikdə şəhid ailələri və Qarabağ əlilləri ilə görüşüb - FOTO 20 Yanvar 2020, 17:50 Ziyafət Əsgərov Lənkəranda şəhid ailələrinin problemləri ilə maraqlanıb - FOTO 20 Yanvar 2020, 17:40 İcra başçısı şəhid ailəsinə baş çəkdi - FOTO 20 Yanvar 2020, 17:30 Çexiya Senatının spikeri vəfat etdi 20 Yanvar 2020, 17:20 Ziyafət Əsgərov və Hadı Rəcəbli Lənkəranda 20 Yanvar şəhidlərinin abidəsini ziyarət ediblər  20 Yanvar 2020, 17:08 Siqaret çəkən futbolçular millimizin heyətindən qovuldu 20 Yanvar 2020, 17:00 Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib 20 Yanvar 2020, 16:52 Rus generalı 20 yanvar qırğınından YAZIB: “Xalq Cəbhəsinin dəniz vağzalındakı mərkəzini tutduq” 20 Yanvar 2020, 16:45 “Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx 20 Yanvar 2020, 16:37 Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır 20 Yanvar 2020, 16:29 Sarkisyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa GÖNDƏRİLDİ 20 Yanvar 2020, 16:20 BBC-nin baş direktoru istefaya gedir 20 Yanvar 2020, 16:11 Məşhur Məmmədov Şəhidlər xiyabanını ziyarət edib 20 Yanvar 2020, 16:03
SORĞU Yeni parlamentdə kimlər olsun?